Ukraynanın Aİ üzvlüyü “düyünə düşüb”
02.06.2022 [10:50]
Rəsmi Kiyev xəbərdarlıq etdi
Pərviz SADAYOĞLU
Rusiya - Ukrayna müharibəsi başladığı dövrdən bəri aktuallığını qoruyan rəsmi Kiyevin Avropa İttifaqına daxil olmaq məsələsi artıq ikinci plana keçməkdədir. Avropa kontingentinin Rusiyaya münasibətdə son davranışları, sanksiya paketlərinin qəbulu yolunda yaranan “tıxac” isə Ukraynanı narahat edir. Bunu, dövlət başçısının açıqlamalarından da hiss etmək mümkündür. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının iclasında videomüraciət zamanı bildirib ki, Ukrayna Avropa İttifaqı üzvlüyünə alternativ tapmaq cəhdlərini rədd edir və namizəd statusu istəyir. Zelenski xatırladıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu yaxınlarda Odessaya səfər edib və orada raket hücumu səbəbindən sığınacağa enmək məcburiyyətində qalıb. “Əgər bu, hətta bu səviyyədə hiss olunurdusa, bəs niyə Rusiya hələ də terrorçu dövlət, terrorun himayədarı dövlət kimi tanınmayıb? Ukraynanın hardasa, sizin dövlətlərinizin hüdudlarından kənarda, Avropanın bir parçası olaraq qalması faktı Rusiyanın öz qonşularını ələ keçirmək üçün aqressiv iştahı inkişaf etdirməsinə kömək etdi. Yalnız Avropa Birliyini genişləndirməklə, gücləndirməklə biz Avropanın fevralın 24-də, 2014-cü ildə, hətta 1968 və ya 1956-cı ildə yaşadıqlarının təkrarlanmasının qarşısını ala bilərik”, - deyə o, bildirib.
Göründüyü kimi, Zelenski Avropanı təhlükəsizliyinin təhdid altında olması haqda “xəbərdarlıq edir”. Rusiyanı “çətinə salmaq” üçün enerji, neft kimi mühüm amilləri sanksiya siyahısına sala bilməyən Qərb və Kiyev Avropanın Ukrayna ilə bağlı qərarlarda tərəddüdünü görür. Bu tərəddüd isə Ukraynaya baha başa gələ bilər.
Kiyev namizəd ola bilmir - Avropa İttifaqı isə susur...
Vurğulandığı kimi, bu ilin martından aktuallaşan Ukraynanın Aİ-yə daxil olması məsələsi bir sıra prosedurlar səbəbilə ertələnmişdi. Bəzi siyasi mütəxəssislər isə Ukraynanın Aİ üzvlüyünə qəbulu perspektivinə şübhə ilə yanaşırdılar. Aİ-nin Ukraynanı hazırki vəziyyətdə quruma üzv qəbul etməsinin çətinliyi isə mühüm səbəblərə söykənir. Aİ üzvü olmaq üçün müəyyən şərtlər mövcuddur. Bu şərtləri yerinə yetirməmiş Ukraynanın Aİ üzvlüyünə qəbulu inandırıcı görünmür. Bu səbəbdən də Prezident Zelenski üç ay öncə Ukraynanın şərtlərdən kənar qəbulu ilə bağlı müraciət səsləndirmişdi. Nəzərə alsaq ki, Aİ-yə üzv olmaq üçün illərlə gözləyən dövlətlər var və onların arasında Türkiyə də mövcuddur, Kiyevin bu cür qısa zamanda quruma daxil olması mümkünsüz görünür. Ukrayna nəinki hələlik namizəd statusunu belə ala bilmir, hətta həmin siyahıda görünmür. Bu isə Kiyevin narahatlıqlarının əsas səbəblərindəndir.
Zelenskinin umduğu hərbi güc Aİ-də yoxdur
Digər tərəfdən, Zelenski artıq bir neçə dəfə Aİ-nin Ukraynaya hərbi yardım göstərməməsindən şikayətlənib. Hətta “dəstəyin”, sadəcə maliyyə ilə çərçivələnməsindən narahatlığını belə ifadə etmişdi. Amma Aİ üzvlüyü belə köhnə qitənin Kiyevə hərbi yardım göstərməsinə imkan verməyəcək. Çünki Aİ iqtisadi formatlı birlikdir və onun hərbi yardım mexanizmi formalaşdırılmayıb. Avropanın Ukraynaya “yardımı” daha çox deklarativ sözlərlə ifadə olunur. Avropa İttifaqının silahlı qüvvələri mövcud deyil. Kontingentin təhlükəsizliyinin təmini ilə bağlı Avropa Ordusunun yaradılması ilə bağlı vaxtaşırı Almaniya və Fransa təkliflərlə çıxış etsələr də, hələ ki, bu istiqamətdə real addımlar atılmayıb. Avropa İttifaqının vahid hərbi birliyi mövcud deyil. Qeyd edilməlidir ki, NATO-nun varlığı bu məsələni də kölgədə saxlayır. Bu mənada, Ukraynanın Avropadan küskün düşməsi başadüşülən deyil. Kiyevin Avropaya yönəlik narazılıqlarını daha intensiv səsləndirməsinin arxasında isə ABŞ-ın 40 milyardlıq hərbi yardımının yolda olması dayanır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

