KTMT-nin İrəvan toplantısı baş tutmaya bilər
08.06.2022 [10:35]
Rəsmi Kreml Ermənistandakı siyasi böhranla bağlı müraciət edib
PƏRVİZ
İyunun 10-da İrəvanda KTMT Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının keçirilməsi gözlənilir. İclasın İrəvanda keçirilməsi isə Ermənistanın növbəlilik əsasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik etməsindən irəli gəlir. Sözügedən görüşlə əlaqədar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da İrəvana səfəri planlaşdırılır. Ancaq həm səfər, həm də toplantı baş tutmaya bilər. Belə ki, “Past” qəzetinin əldə etdiyi məlumata görə, Rusiya tərəfi Ermənistanda daxili siyasi böhranı nəzərə alaraq görüşün KTMT-nin istənilən başqa ölkəsində keçirilməsi təklifi ilə Ermənistana müraciət edib. Hələlik bununla bağlı hansı razılaşmaların əldə olunduğu tam dəqiqləşməyib. Qəzetin yaydığı məlumatda bildirilir ki, Ermənistan tərəfi Kremlin bu müraciətinə cavab açıqlamayıb.
Qeyd edək ki, bu ilin mayında KTMT-nin Moskvada keçirilən yubiley toplantısı bəzi narazılıqlarla yadda qalmışdı. Həmin iclasda Ermənistanın baş naziri Nikol Paşinyanın təmsil olunduğu hərbi ittifaqdan narazılıq etməsi, Ermənistana qarşı “ikili standart” yürüdülməsi kimi fikirlər səsləndirməsi qurum üzvü olan ölkələrin etirazına səbəb olmuşdu. Hətta Rusiya prezidenti Vladimir Putin də quruma keçici sədrlik edən Paşinyanın fikirləri ilə razılaşmamışdı. Bundan başqa, Rusiya Ukrayna problemi ilə əlaqədar qurumun tam dəstəyini əldə etmədiyini önə sürmüşdü.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov bildirib ki, son bir neçə ayda post-sovet regionunda baş verən hadisələr KTMT-nin fəaliyyətinə də təsirsiz ötüşməyib. Belə ki, qurumun əsas hərbi gücü sayılan Rusiya öz müttəfiqlərindən gözlədiyi dəstəyi əldə edə bilməyib. Hətta bəzi ölkələr nəinki Rusiyaya dəstək verib, tam əksinə. Ukraynanın ərazi bütövlüyünü tanıyıb, Rusiyaya qarşı tətbiq olunan sanksiyalarda iştirakını istisna etməyib. Bu narazılıq qurumun Moskva toplantısında da səsləndirilib: “Ümumiyyətlə, KTMT-nin hərbi ittifaq formatlı fəaliyyəti bu ilin yanvarında Qazaxıstanda baş verən hadisələrə aktiv müdaxilə istisna olmaqla elə də gözə dəyməyib. Ermənistan isə bu gün əlinə düşən keçici “sədrlik” fürsətindən maksimum yararlanmağa çalışır. Bu dövlətin hərbi gücü yox səviyyəsindədir və KTMT-yə verə biləcəyi töhfədən də söhbət gedə bilməz. Sadəcə olaraq, özünün varlığını sübut etmək, guya qurumda müəyyən rol oynadığını nümayiş etdirmək üçün bu kimi canfəşanlıqlar edir”.
Millət vəkili bildirib ki, KTMT XİN rəhbərlərinin İrəvan toplantısı formal xarakter daşıyır. Yəni, sadəcə sədrlik müddəti Ermənistanda olduğu üçün iclasın orada keçirilməsi nəzərdə tut?lmuşdu. Müzakirə edilməsi nəzərdə tutulan məsələlərin mahiyyətinə diqqət yetirdikdə, Ermənistanın bu məsələlərdə oynaya biləcəyi hər hansı rol və ya təsir mexanizmi yoxdur. “İclasda üzv ölkələrin beynəlxalq və regional təhlükəsizliyi və bunun üzv ölkələrə təsirini müzakirə etməsi planlaşdırılır. Bundan başqa, xarici işlər nazirləri Şurası KTMT Birləşmiş Qərargahı və Katibliyi geosiyasi reallıqlar fonunda böhranlı situasiyalara reaksiya mexanizmlərinin təkmilləşdirilməsi işləri barədə məlumat verəcək. Amma diqqət yetirdikdə bu gün Ermənistanın daxilində təhlükəsizlik təhdid altındadır. Revanşist müxalifətin bu ölkədə törətdiyi çaxnaşmalar Ermənistanda sabitliyin olmadığını ortaya qoyur. Öz daxilində sabitlik yarada bilməyən bir ölkə regional və ya beynəlxalq təhlükəsizliyə hansı töhfəni verə bilər? Fikrimcə, məhz bu səbəbdən də iclasın ünvanının dəyişdirilməsi məsələsi aktuallaşıb. Ermənistan, ilk növbədə, bundan çıxış yolu tapmalıdır. Bunun üçün isə Azərbaycanla dayanıqlı sülhün əldə olunması üçün bütün güclərini səfərbər etməlidirlər. İnanmıram ki, indiki halda Ermənistanda regional və ya beynəlxalq təhlükəsizlik barədə fikirləşən tapılar. Çünki ölkə daxilindəki reallıqlar bunu təkzib edir”, - deyə A.Badamov əlavə edib.
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03

