Ermənistan prezidentinin “realist” etirafı...
24.06.2022 [10:36]
Nardar BAYRAMLI
İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistanda daxili böhran davam etməkdədir. Rəsmi İrəvan 44 günlük müharibədə kapitulyasiyaya imza atandan sonra müxalifətin Paşinyan hakimiyyətinə qarşı etiraz aksiyaları səngimir. Amma Azərbaycanın erməni işğalına son qoyması və regionda yeni reallıqlar yaratması Cənubi Qafqazın gələcəyi baxımından önəmlidir. Bu istiqamətdə ölkəmizin təşəbbüsləri beynəlxalq birlik tərəfindən qəbul olunur. Bu reallığı Ermənistan hakimiyyəti də qəbul etmək məcburiyyətindədir. Baş nazir Nikol Paşinyanın beynəlxalq birliyinin mövqeyinə istinadən Qarabağın Azərbaycana məxsus olmasını etiraf etməsi revanşist qüvvələrin etirazına səbəb olub. Müxalifətin etirazlarına baxmayaraq, Paşinyandan sonra Ermənistan prezidenti Vaaqn Xaçaturyan da mövcud gerçəkliklərlə barışmalı olduqlarını bildirib. Ermənistan İctimai Televisiyasına müsahibəsində Qarabağın Azərbaycanın tərkibində olub-olmaması ilə bağlı suala cavab verərkən, Xaçaturyan “Biz realist olmalıyıq. Baş nazir bunu açıq deməyə cəsarət edib, bəs bunun nəyi pisdir?” deyib.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, ermənilər xoşluqla sülhə gəlmək istəmir. Onun sözlərinə görə, 30 ilə yaxın dövrdə ermənilərin danışıqlar prosesini pozması, sülh yolu ilə torpaqlarımızı azad etməməsi buna sübutdur: “Azərbaycanın səbri tükəndi və 44 günlük Vətən müharibəsində torpaqları öz gücünə azad etdi. İndi yenə də ermənilər sülh sazişini imzalamamaq üçün müxtəlif bəhanələrdən istifadə edirlər. Amma başa düşməlidirlər ki, sülhün alternativi yoxdur və Azərbaycan bu məsələdə haqlıdır. Dünya birliyi də real vəziyyəti qəbul edir. Ermənistan torpaqlarımızı 30 il işğal altında saxlamaqla nə qazandı? Heç nə. Əksinə, çox şey itirdi. Regiondakı qlobal layihələrdən kənarda qaldı, yoxsul, zəif və geridəqalmış ölkəyə çevrildi. Ona görə də, anlamalıdırlar ki, sülh sazişi onlar üçün çox xeyirlidir. Paşinyanın ardınca prezident Xaçaturyan da etiraf edir ki, ermənilər realist olmalıdır. Bəli, onlar realist olmalıdırlar. Ermənilər birdəfəlik anlamalıdırlar ki, Qarabağ Azərbaycan torpağıdır. Oradakı sadə ermənilər Azərbaycan qanunları ilə yaşamaq istəyirlərsə, buyursunlar. Amma dövlətimizin ərazi bütövlüyünə qarşı çıxmaq qəbuledilməzdir. Dövlətimiz Ermənistana 5 bənddən ibarət olan sülh sazişi təklif edib. Burada əsas məsələ ərazi bütövlüyünün tanınmasıdır. Paşinyan hakimiyyəti də deyir ki, biz həmin təkliflərlə razıyıq və Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. M.Xaçaturyan da realist olmaqdan danışarkən Qarabağın Azərbaycana məxsus olduğunu nəzərdə tutur. Digər tərəfdən, ermənilər realist olmayıb nə edəcəklər ki? Başqa variant özləri üçün problem olacaq“.
Millət vəkili qeyd edib ki, Köçaryan-Sarkisyan cütlüyündən ibarət olan müxalifət Paşinyan hakimiyyətinə sülh sazişini imzalamamaq üçün təzyiqlər edir: “Xeyli vaxtdır ki, etiraz aksiyalarının keçirilməsi də bu məqsədi daşıyır. Onlar iddia edirlər ki, guya Qarabağ Azərbaycanın tərkibində ola bilməz. Siz kimsiniz ki, belə deyirsiniz. Əlləri günahsız azərbaycanlıların qanına bulaşmış bu cəlladların ikisi də 44 günlük müharibədə qaçıb gizləndilər. Yəqin ki, yenə də başlarının üzərində dəmir yumruq görmək istəyirlər. Hesab edirəm ki, beynəlxalq birlik, o cümlədən tərəflər arasında vasitəçilik edən Avropa İttifaqı Ermənistana xəbərdarlıq etməlidir. Əgər ermənilər sülhdən yayınırsa, əldə edilən razılaşmaları pozursa, Avropa İttifaqı ermənilərə maliyyə yardımını dayandırmalıdır. Çünki bu gün Ermənistan xaricdən aldığı yardımlarla dolanır. Ermənilərin yardımı kəsilsə, özləri yalvaracaqlar. Amma ən əsas məqam Azərbaycanın mövqeyidir. Ermənilər İkinci Qarabağ müharibəsinin nəticələrini unutmamalıdırlar. Ona görə də, sülh sazişini imzalamaq üçün masaya oturmalıdırlar”.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50

