Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir
15.12.2010 [08:54]
“Avropa Birliyi ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir. Məlumdur ki, Avropa Birliyi “Şərq tərəfdaşlığı” proqramı, eləcə də, qonşuluq prinsipi əsasında Cənubi Qafqaz dövlətləri, o cümlədən Azərbaycanla ikitərəfli əməkdaşlıq edir. Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Avropa Birliyi ilə münasibətlərə xüsusi əhəmiyyət verir”. Bu fikirləri www.yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
Son vaxtlar Azərbaycan - AB əməkdaşlıq şurasının və “Şərq tərəfdaşlığı” proqramına üzv dövlətlərin görüşünün keçirilməsinə toxunan M.Qurbanlı belə tədbirlərin önəmli olduğunu vurğulayıb. O, bildirib ki, ölkəmizin həm geopolitik durumu, həm də iqtisadi vəziyyəti bölgədə mövqelərimizi daha da möhkəmləndirib. M.Qurbanlının sözlərinə görə, bu gün ABŞ ilə müqayisədə AB dünya iqtisadi sistemində həlledici yer tutur. Dünyanın əsas aparıcı şirkətləri AB-ya daxil olan ölkələrə məxsusdur.
“AB Şərqlə Qərb, Şimalla Cənub arasında münasibətlərin intensivləşməsində Azərbaycanın əhəmiyyətini dərk edir. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Ona görə də, bu coğrafi məkanlar arasında iqtisadi münasibətlərin intensivləşməsində Azərbaycanın əhəmiyyəti getdikcə artır” - deyən M.Qurbanlının sözlərinə görə, AB ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müxtəlif səviyyələrdə inkişaf etməkdədir. O, qeyd edib ki, hazırda AB ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi məsələsi də gündəmə gəlib: “Bu məsələ ilə bağlı hüquqi baxımdan bəzi addımlar atılıb. Perspektivdə viza rejiminin tam aradan qaldırılması mümkündür. AB bir qayda olaraq iqtisadi imkanları olan ölkələrlə viza rejimini aradan qaldırır. Azərbaycanın iqtisadi imkanlarının artması AB-nin ölkəmizlə münasibətdə viza rejiminin qaldırılması zərurətini ortaya qoyur. çünki hər iki tərəf bundan divident əldə edəcək”.
AB-nin genişləndiyini xatırladan YAP İcra katibinin müavini Azərbaycanın quruma üzv olmaq perspektivinə də toxunub. “Təşkilatın genişlənməsi zamanı siyasi amil iqtisadi amildən daha çox rol oynayır. İqtisadi potensialımız böyük olması ölkəmizin AB-ya sürətli inteqrasiyasına imkan verir. Bu baxımdan Azərbaycan AB-nin təkibində tam şəkildə özünü doğrultmaq imkanına malik dövlətdir. Lakin dediyim kimi AB-ya üzvlük məsələsində iqtisadi amillə bərabər, siyasi amillərə də diqqət yetirilir. Uzun müddətdir Türkiyənin təşkilata üzv olmasına qarşı yaradılan əngəllər buna sübutdur. Hesab edirəm ki, Azərbaycanın bu quruma üzvlüyü perspektivdə dayanan məsələdir” - deyə M.Qurbanlı vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

