Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İlk dəfə Bakıda ...

İlk dəfə Bakıda ...

26.07.2022 [10:08]

Qoşulmama Hərəkatının Gənclər Sammiti keçirilir

NARDAR

Azərbaycanın təşəbbüsü ilə...

Azərbaycanın  xarici siyasətində beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq mühüm yer tutur. Milli maraqlara söykənən xarici siyasət kursu nəticəsində Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş qismində qəbul olunmaqdadır. Ölkəmiz üzvü olduğu beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirak edir, təşkilat daxili münasibətlərin daha da genişlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə töhfələrini verir. Bu mənada, ölkəmizin hazırda sədri olduğu Qoşulmama Hərəkatına üzv dövlətlər ilə münasibətləri yüksək səviyyədədir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Sədri kimi mühüm təşəbbüslərlə çıxış edib və bu təşəbbüslər beynəlxalq birlik tərəfindən dəstəklənib. 

Eyni zamanda, ölkəmiz Qoşulmama Hərəkatının bir sıra mötəbər toplantılarına ev sahibliyi edib. Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclası isə ötən il 4-5 oktyabr tarixlərində onlayn formatda baş tutub. Tədbirdə Hərəkata üzv dövlətlərin gənclər təşkilatlarını təmsil edən 100-dən çox gənc iştirak edib. İclasın açılışında xarici işlər naziri Ceyhun Bayramov çıxış edib. Gənclər Şəbəkəsinin təsis edilməsi hələ Qoşulmama Hərəkatının Bakı Zirvə Görüşü zamanı Hərəkata üzv dövlətlərin dövlət və hökumət başçıları tərəfindən qərara alınmışdı. Ötən il təsis olunmasının 60-cı ildönümünü qeyd edən Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin yaradılmasının məhz Azərbaycanın Hərəkata sədrlik etdiyi dövrə təsadüf etməsi üzv dövlətlər tərəfindən ölkəmizin bu mötəbər quruma ən böyük tarixi töhfələrindən biri hesab olunur. Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi başa çatana qədər Şəbəkəyə rəhbərliyi Azərbaycanın nümayəndəsi həyata keçirəcək.

 Dünən isə Bakı şəhərində Qoşulmama Hərəkatının Gənclər Sammitinin açılış mərasimi keçirilib. Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadənin moderatorluğu ilə keçirilən Sammitdə bu təşkilata üzv olan 60-dan çox ölkənin gənc nümayəndələri iştirak ediblər. Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Prezidenti İlham Əliyevin Sammit iştirakçılarına ünvanlanmış müraciətini səsləndirib. Müraciətdə deyilir: “Sizi Bakıda səmimiyyətlə salamlayır, ən xoş arzularımı çatdırıram. Bu Sammit gənclər arasında əlaqələrin möhkəmləndirilməsi, mütərəqqi düşüncənin paylaşılması və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır”.

Müraciətdə qeyd olunur ki, hər bir ölkənin sosial inkişafının, rifahının aparıcı qüvvəsi olan gənc nəsil həm də qlobal tərəqqinin lokomotividir: “Çağırışlarla dolu müasir dünyada fəal və yaradıcı gənclər arasında dialoq bəşəriyyətin üzləşdiyi problemlərin müzakirəsi, onların həllinə dair ideya və baxışların bölüşməsində vacib rol oynayır. Azərbaycanda əhalinin təxminən 23%-ni təşkil edən gənclərin diqqət və qayğı, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qurub yaşadan, eyni zamanda, ümumbəşəri, mütərəqqi ideyaları mənimsəyərək qloballaşan dünyada inteqrasiya etməyə qadir olan nəsil yetişib. Məhz bu milli dəyərlərə hörmət ruhunda böyümüş gənclərimiz 30 il işğal altında olmuş torpaqlarımızın azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində əvəzsiz xidmətlər göstəriblər. Biz belə gənclərimizlə fəxr edirik.

Azərbaycan Respublikası beynəlxalq müstəvidə də gənclər siyasətinin təşviqini daim diqqət mərkəzində saxlayır. Gənclərimiz aparıcı beynəlxalq təsisatların işində yaxından iştirak edir və yeni gənclər platformasının yaradılmasında təşəbbüslərlə çıxış edirlər. Qeyd etmək istərdim ki, Azərbaycanın təşəbbüsü ilə təsis edilmiş Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi üzv ölkələrin gənclər dialoqunu, onların davamlı tərəqqisinə nail olmaq üçün atdığımız addımlardan biridir.

BMT-nin Baş Assambleyasından sonra dünyada ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına 2019-cu ildən sədrlik edən ölkəmizin tarixi Bandunq prinsiplərini rəhbər tutaraq üzv ölkələr arasında qarşılıqlı anlaşma və dəstəyin, həmrəyliyin və əməkdaşlığın genişləndirilməsində, mültikulturalizmin inkişafında, qlobal çağırışların həll istiqamətində hərəkat rolunu daha da artırmasında böyük töhfələr verib. Qoşulmama Hərəkatının sədrliyimiz müddətində yekdilliklə 2023-cü ilə qədər 1 il daha uzadılması Azərbaycanın üzv ölkələr arasında qazandığı nüfuzun, fəaliyyətimizə verilən yüksək qiymətin və bizə olan inam və etimadın bariz göstəricisidir”.

Müraciətdə vurğulanır ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər olmasında aparıcı rol oynayıb, ehtiyacı olan ölkələrə maliyyə, humanitar və digər yardımlar göstərib: “Ölkəmiz, eyni zamanda, hərəkatın təsisatlanması istiqamətində də təşəbbüslərlə çıxış edib. Belə mühüm addımlardan biri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması oldu. Gənclər Sammitinin keçirilməsi və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin Gənclər təşkilatına çevrilməsi ilə bağlı vacib qərarların məhz ölkəmizdə qəbul edilməsi bizi sevindirir. Biz bunu Qoşulmama Hərəkatına sədrliyimizin növbəti uğuru kimi dəyərləndiririk. İnanıram ki, sammit zamanı təsis ediləcək Qoşulmama Hərəkatının Gənclər Təşkilatı qlobal miqyasda ən mötəbər gənclər təşkilatlarından birinə çevrilərək və öz ölkələri arasında həmrəyliyin möhkəmləndirilməsinə və birgə fəaliyyətin genişlənməsinə töhfə verəcək. Hamınızı bir daha ürəkdən salamlayır, sammitin işinə uğurlar arzu edirəm”.

Sammitdə Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin videohesabatı da nümayiş etdirilib.

Tədbirdə BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahidin Qoşulmama Hərəkatının Gənclər Sammitinin iştirakçılarına ünvanlandığı videomüraciəti təqdim olunub. Abdulla Şahid bildirib ki, Qoşulmama Hərəkatının Gənclər Sammitinin təşkilində və gənclərlə bağlı məsələlərin həllində Azərbaycan hökumətinin fəaliyyəti təqdirəlayiqdir. O, postpandemiya dövründə dünyanın bərpasında gənclərin fəal iştirakının təmin edilməsinin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, hər bir aktual mövzunun müzakirəsində, qərarvermə prosesində gənclərin iştirakı lazımdır və labüddür.

BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti, həmçinin bildirib ki, BMT və onun institutlarında inklüzivlik və fərqlilik indi daha vacib olub. Qoşulmama Hərəkatı dünyanın müxtəlif nöqtələrindən olan gənclər üçün mədəni mübadilə istiqamətində platforma təklif edir və bu, çox vacibdir. Abdulla Şahid sonda gənclərə səmərəli müzakirələr və fikir mübadiləsi arzulayıb.

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə bildirib ki, ötən ilin oktyabrında təsis olunan Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi bu gün ilk beynəlxalq sammitini keçirir. Dövlətimizin başçısı İlham Əliyevin Qoşulmama Hərəkatına Sədrliyi dövründə irəli sürdüyü iki əsas təşəbbüsdən biri Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis olunması idi və bu, bir ilkdir. Onun sözlərinə görə, Qoşulmama Hərəkatının ilk dəfə Azərbaycanda beynəlxalq simulyasiya konfransı keçiriləcək. “Sammitin son günündə Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfərimiz nəzərdə tutulub. Burada Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Qoşulmama Hərəkatı Gənclər Təşkilatına keçirilməsi ilə bağlı müzakirələr aparacağıq”, - deyə o qeyd edib.

Tədbir müzakirələrlə davam etdirilib.

Paylaş:
Baxılıb: 123 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Ədəbiyyat

Ədəbiyyat

Xarici siyasət

Sosial

Xəbər lenti

Yaşamağa dəyər!

16 Avqust 10:48

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

16 Avqust 10:14

Analitik

Həqiqət və reallıq

16 Avqust 10:08

Gündəm

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31