Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Niyə məhz Ərdoğan?

Niyə məhz Ərdoğan?

20.08.2022 [10:13]

Daha güclü Türkiyə naminə!

Aralıq və Qara dəniz geoiqtisadi hövzələrində, Yaxın Şərqdə, Şimali Afrikada, Cənubi Qafqazda, Mərkəzi Asiyada, Balkanlarda böyük nüfuz qazanması Türkiyənin regional qüvvədən beynəlxalq supergücə çevrilməsinə geniş imkanlar yaradır

Hakimiyyətin düzgün ictimai-siyasi strategiyası, vətəndaşların iqtisadi və siyasi məsələlərə şüurlu yanaşması, iqtidarla həmrəylik nümayiş etdirməsi Türkiyə dövlətinin kənar planların -  qaranlıq ssenarilərin qarşısını almasına imkan verir

Türkiyə  Silahlı Birləşmələrinin müvəffəqiyyətlə reallaşdırdığı “Fırat Kalkanı”, “Zeytin Dalı”, “Barış Pınarı” ve “Bahar Kalkanı” antiterror əməliyyatları əsasında regionda böyük bir “terror koridoru” aradan götürülüb, bölgədə istiqrar və işbirliyinə əngəl yaratmağa hesablanmış təhdidlər aradan qaldırılıb

Türkiyə artıq hansısa güc mərkəzlərindən asılı olan dövlət deyil, öz geosiyasi iradəsi və fəaliyyəti, strateji təşəbbüsləri ilə fərqlənən ölkədir

2023, 2053 və 2071-ci il üçün hədəflər bəllidir: iqtisadi tərəqqini, siyasi sabitliyi qorumaq, beynəlxalq mövqeləri möhkəmləndirmək, dünyanın ən inkişaf etmiş 10 ölkəsi sırasında yer almaq

Bu günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) təsis edilməsinin 21-ci ildönümü ilə əlaqədar söylədiyi fikirlər beynəlxalq medianın gündəmindədir. Ekspert-analitiklər, strateji tədqiqat mərkəzləri Ərdoğanın fikirləri əsasında Türkiyənin ötən 21 il ərzində keçdiyi yola, daxili və xarici siyasətdə qazanılan nəticələrə diqqət yetirir, siyasi, iqtisadi, təhlükəsizlik məsələlərini təhlil edirlər. Və bütün bunların fonunda gələn il keçiriləcək seçkilərin nə ilə nəticələnəcəyi və Türkiyə üçün hansı perspektivlər yaradacağı barədə qənaətlər ifadə olunur.

Ümumiyyətlə, seçki məsələsi ilə əlaqədar artıq indidən siyasi üfüqlər aydınlaşmağa, perspektivlər görünməyə başlayır. Müəyyən detallar bəllidir. Bunlardan biri gələn ilin iyununda baş tutacaq seçkilərdə “Cümhur ittifaqı”nın namizədinin Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan olacağıdır. Müxalifətin namizədinin kimliyi məsələsində isə qeyri-müəyyənlik var. Müxalif qüvvələrin hazırda əsas “seçki taktikası”nın siyasi gündəmdə qeyri-müəyyənlik yaratmaq olduğu görünür. Bir müddət əvvəl onların seçkilərin cari ilin noyabr ayında keçirilməsi iddiasını dövriyyəyə buraxmaları da bunu sübuta yetirir. Yeri gəlmişkən, Türkiyənin ədliyyə naziri Bekir Bozdağ mətbuata açıqlamasında deyib ki, prezident seçkiləri 2023-cü il iyunun 18-də keçirilməlidir. “2023-cü il iyunun 18-də keçiriləcək seçkilər Prezidentimizin ikinci dəfə iştirak edəcəyi seçkilər olacaq. Burada əlavə şərhə ehtiyac yoxdur. Gizli, ikimənalı nə isə axtarmaq lazım deyil”, - deyə o bildirib. Beləliklə, spekulyasiyalara son qoyulub.  Bütövlükdə isə, seçkilər tarixin mühüm anında - qardaş ölkə üçün strateji çağırışların və taleyüklü məsələlərin həllinin vacib olduğu bir mərhələdə keçiriləcək. Xalqın seçimi dövlətin gələcək taleyini müəyyən edəcək. İctimai rəy sorğuları isə Rəcəb Tayyib Ərdoğanın simasında və timsalında “Cümhur ittifaqı”nın qələbəsini anons edir.

Diqqətçəkən məqam budur ki, Türkiyənin real vəziyyəti və perspektivlər ilə əlaqədar əksər təhlillərdə və ekspert rəylərində Rəcəb Tayyib Ərdoğanın nüfuzu, xarizması, diplomatik məharəti və idarəçilik qabiliyyəti önə çəkilir, qardaş ölkənin tarixi nailiyyətləri daha çox bu amillərlə əlaqələndirilir. Və heç şübhəsiz, bu reallığın 2023-cü il seçkilərinin nəticələrini müəyyən edəcəyi vurğulanır.

Prezident Rəcəb Tayyib Ərdoğan isə “2023-cü il seçkiləri Ərdoğan və AKP üçün deyil, Türkiyə üçün önəmlidir. Türkiyənin dünyanın ən inkişaf etmiş on ölkəsinə daxil olub-olmaması xalqın seçimindən asılı olacaq”, - deyə söyləyir. O qeyd edir ki, “hər seçki vacib və kritikdir. Lakin bir ildən sonra keçiriləcək prezident seçkiləri Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir, çünki bununla seçicilər ölkənin 2053-cü ilə qədər inkişaf vektorunu müəyyən edəcək”.

Bəli, Türkiyənin 30 il sonrakı hədəflərinin gerçəkləşdirilməsi gələn il keçiriləcək seçkilərin nəticələrindən asılıdır.

21 il ərzində ard-arda 15 seçkidə qələbə qazanan bir partiyanın  13 il baş nazir olmuş, 8 ildir ki, prezident kimi ölkəsinə möhtəşəm uğurlar qazandıran sədrinin - Rəcəb Tayyib Ərdoğanın ən şanslı və alternativsiz tərəf kimi dəyərləndirilməsi təbiidir.

Tarix bələdçi, reallıq isə bəllidir. Əlahəzrət faktlar isə deyir ki:

- Türkiyə son 21 il ərzində güclü - qüdrətli, dünyada söz və nüfuz sahibi olan dövlətə çevrilib. Qardaş ölkənin dünyada ən sürətlə böyüyən ikinci iqtisadiyyata sahib olması, milli gəlirin dörddə birinin investisiyaya yönəldilməsi, əhalinin sayının 30 faiz civarında artması və digər bir sıra göstəricilər mövcud çağırışlara uyğun uğurlu sosial-iqtisadi siyasətin real nəticəsidir;

- İqtisadi güc siyasi müstəqilliyi də şərtləndirib. Təsadüfi deyil ki, qardaş ölkə beynəlxalq münasibətlər sistemində davamlı yüksəlişə malikdir. Xüsusilə də, uğurlu strateji kurs Türkiyənin Avrasiyanın ayrı-ayrı geosiyasi məntəqələrində mövqeyinin möhkəmlənməsini, təsir imkanlarının artmasını təmin edib. Aralıq və Qara dəniz geoiqtisadi hövzələrində, Yaxın Şərqdə, Şimali Afrikada, Cənubi Qafqazda, Mərkəzi Asiyada, Balkanlarda böyük nüfuz qazanması Türkiyənin regional qüvvədən beynəlxalq supergücə çevrilməsinə geniş imkanlar yaradır;

- Ankaranın manevr imkanlarının genişlənməsi, xüsusilə də Asiyanın nəhəng güc mərkəzləri ilə müxtəlif sahələrdə təmasların gücləndirilməsi bir sıra dairələr tərəfindən geosiyasi qısqanclıqla qarşılansa da, Türkiyənin müstəqil siyasətinə təsir etmək, yolundan döndərmək mümkün olmayıb.  Ona görə də Türkiyənin beynəlxalq nüfuzunun artmasının və siyasi təsir imkanlarının genişlənməsinin qarşısını almaq üçün müəyyən maliyyə alətlərindən istifadə edərək təzyiq mexanizmi formalaşdırmağa cəhd edirlər. Bunu “yeni iqtisadi müharibə” kimi səciyyələndirənlər də var. Təbii ki, qardaş ölkənin siyasi imkanları, səmərəli ikitərəfli və çoxtərəfli əlaqələri belə dalğaların qarşısını almağa imkan verir. Xarici amillərlə əlaqədar bəzi proseslərdən ölkə daxilində ictimai-siyasi ajiotaj yaratmaq məqsədilə istifadə olunması cəhdləri də diqqəti cəlb edir. Məqsəd hakimiyyət ilə vətəndaşlar arasında narazılıq yaratmaqla siyasi sistemə, ictimai mühitə kənar müdaxilə imkanları formalaşdırmaqdır. Amma reallıq budur ki, hansısa neqativ iqtisadi təsirlərin siyasi böhrana çevrilməsi müşahidə edilmir və Türkiyə öz yolu ilə həm 2023-cü il hədəflərinə, həm də gələcəyə doğru əmin addımlarla irəliləyir;

- Bu gün bir çox inkişaf etmiş Avropa ölkəsində sosial və iqtisadi səbəblərdən kütləvi nümayişlərin keçirildiyini, hakimiyyət ilə vətəndaşlar arasında ziddiyyətlərin artdığını, ictimai-siyasi kataklizmlərin şiddətləndiyini görürük. Amma qardaş ölkədə hakimiyyətin düzgün ictimai-siyasi strategiyası, o cümlədən vətəndaşların iqtisadi və siyasi məsələlərə şüurlu yanaşması, iqtidarla həmrəylik nümayiş etdirməsi Türkiyə dövlətinin kənar planların -  qaranlıq ssenarilərin qarşısını almasına imkan verir. İctimai rəyə yaxşı məlumdur ki, bu ssenarilər Türkiyə hakimiyyətinə deyil, dövlətinə qarşı yönəlib. “Gezi olayları”, FETÖ-nün mənfur çevriliş cəhdi və digər bir sıra faktlar bu reallığın tərkib hissəsidir. Müxtəlif xarici təsirlərin artdığı şəraitdə əmin-amanlıq və həmrəyliyin  təmin olunması Türkiyənin ictimai-siyasi sabitlik modelini nümayiş etdirir. Elə ona görə də güclü mərkəzi hakimiyyət, qətiyyətli ictimai dəstək amilləri Türkiyənin 100-cü il hədəflərinə çatmağa imkan verir;

- Qardaş ölkəyə qarşı əsas təzyiq vasitələrindən olan terrorizmlə mübarizənin qətiyyətlə davam etdirilməsi məhz müstəqil siyasət, artan hərbi-siyasi resurslar, iqtisadi güc və prinsipial mövqe sayəsində mümkün olub. Türkiyə  Silahlı Birləşmələrinin müvəffəqiyyətlə reallaşdırdığı “Fırat Kalkanı”, “Zeytin Dalı”, “Barış Pınarı” ve “Bahar Kalkanı” antiterror əməliyyatları əsasında regionda böyük bir “terror koridoru” aradan götürülüb, bölgədə istiqrar və işbirliyinə əngəl yaratmağa hesablanmış təhdidlər aradan qaldırılıb;

- Rəcəb Tayyib Ərdoğanın siyasəti nəticəsində Türkiyə artıq hansısa güc mərkəzlərindən asılı olan dövlət deyil, öz geosiyasi iradəsi və fəaliyyəti, strateji təşəbbüsləri ilə fərqlənən ölkədir. Bu, qardaş ölkənin iqtisadi müstəqilliyinin, üstün diplomatik imkanlarının və siyasi qüdrətinin nəticəsidir. Türkiyə Prezidentinin bəşəriyyət üçün taleyüklü siyasi məsələlərdə tarixi məsuliyyəti üzərinə götürərək önəmli təşəbbüslər irəli sürməsi də beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Bununla əlaqədar çox nümunə var. Son proseslərin fonunda sadəcə bir fakta diqqət yetirək: bir müddət öncə jurnalist Saskiya van Vestrinen Hollandiyanın “Algemeen Dagblad” qəzetində dərc olunan məqaləsində “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranının həlli istiqamətində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatı ala bilər”, - deyə vurğulamışdı. Bir daha sual yaranır: Nə üçün Ərdoğan? Çünki birincisi, qardaş ölkənin Prezidenti Rusiya-Ukrayna müharibəsinin dayanması - sülh ilə yekunlaşması üçün mütəmadi olaraq çağırışlar etdi və edir. İkincisi, təkcə çağırışlar etmir, eyni zamanda, vacib addımlar atır. Davamlı olaraq hər iki ölkənin prezidenti, güc mərkəzlərinin, region dövlətlərinin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri ilə telefon danışıqlarında bu məsələni müzakirə edir. Üçüncüsü, İstanbulda özünün də iştirakı ilə görüş təşkil etdi, səmərəli və konstruktiv müzakirələrin aparılması üçün zəmin formalaşdırdı. Dördüncüsü, “Türkiyənin Davosu” adlandırılan Antalya Diplomatik Forumunda diplomatiyanın yenidən qurulmasından bəhs edilərkən Rusiya-Ukrayna müharibəsinə xüsusi diqqət yetirildi, diplomatik həll yolları - sülh imkanları axtarıldı və s. Bütün hallarda Ərdoğanın rəhbərliyi ilə Türkiyə diplomatiyası önə çıxmağı, müsbət məram və faydalı təşəbbüslərlə beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmağı bacarır. Bu təkcə, siyasi məsələ, yaxud strateji maraqların təmin olunması deyil, həm də ümumbəşəri missiyadır.

Bir sözlə, Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, bu gün dünyaya nümunə göstərilən Türkiyə Cümhuriyyəti mövcuddur. 2023, 2053 və 2071-ci il üçün hədəflər bəllidir: iqtisadi tərəqqini, siyasi sabitliyi qorumaq, beynəlxalq mövqeləri möhkəmləndirmək, dünyanın ən inkişaf etmiş 10 ölkəsi sırasında yer almaq. Daha güclü Türkiyə naminə!

 “Yeni Azərbaycan”

Paylaş:
Baxılıb: 309 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Onları xilas edək!

04 Oktyabr 12:19

MEDİA

Xəbər lenti

Analitik

Xəbər lenti

Müsahibə

3 saatlıq mühasirə...

04 Oktyabr 11:36  

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Dayanıqlı inkişaf

04 Oktyabr 10:50

İqtisadiyyat

Siyasət

Gündəm

Xəbər lenti

Siyasət

Xəbər lenti

Maraqlı

"Mərdlər məkanı"

03 Oktyabr 13:12

Mədəniyyət

Maraqlı

Siyasət

Qafqazdakı əsir...

03 Oktyabr 11:55

Xarici siyasət

MEDİA

Siyasət

Siyasət

Siyasət

Sülh əlçatandır!

03 Oktyabr 11:15

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31