BMT Baş Assambleyasının 77-ci sessiyasında...
20.09.2022 [09:52]
Ermənistanın təxribatları haqqında məlumatlar dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq
N.BAYRAMLI
Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 77-ci sessiyası öz işinə başlayıb. İclası təşkilatın baş katibi Antonio Quterreş və sessiyanın sədri, macar diplomatı Çaba Kyorosi açıblar. Sessiya ərzində diplomatlar gündəliyi, görüşlərin cədvəlini, nümayəndə heyətlərinin səlahiyyətlərini təsdiq etməli və işçi komitələr yaratmalı olacaqlar. Bir il ərzində davam edəcək yeni sessiyanın gündəliyinə iqlim dəyişikliyi, koronavirus və digər infeksiyalarla mübarizə, davamlı inkişaf məsələləri, inkişaf etməkdə olan ölkələrin borcları, müasir münaqişələr və böhranlar da olmaqla, bütün əsas beynəlxalq mövzular daxildir. Əsas toplantı müxtəlif ölkələrin dövlət, hökumət başçıları və xarici işlər nazirlərinin iştirak edəcəyi yüksək səviyyəli həftə (20-26 sentyabr) olacaq. İclas çərçivəsində çoxlu sayda ikitərəfli və çoxtərəfli görüşlər keçiriləcək.
Sessiyada Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək. Artıq C.Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-ın Nyu-York şəhərindədir. Səfər zamanı nazirin sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.
Sessiyanın əhəmiyyətindən danışan politoloq Yalçın Hacızadə qəzetimizə açıqlamasında bildirib ki, BMT yarandığı 1945-ci ildən Nizamnaməsinə uyğun olaraq hər il Baş Assambleyanın sessiyası keçirilir. 77-ci sessiyanın gündəliyinə bir sıra məsələlər daxildir. Onun sözlərinə görə, hazırda dünyanı iqlim dəyişikliyi, koronavirus pandemiyası ciddi narahat edir ki, sessiyanın gündəliyinə bu məsələlər daxil edilib. Çünki iqlim dəyişikliyinin fəsadları göz önündədir və qlobal istiləşmə bu fəsadları daha da artırır. Digər tərəfdən COVID-19 pandemiyası iki ildir ki, dünya birliyinə, xüsusilə ölkələrin iqtisadiyyatına və insanların sağlamlığına böyük zərbə vurdu. Eləcə də, davamlı inkişaf məsələləri, müasir münaqişələr və böhranlar daxil olmaqla bütün önəmli qlobal mövzular sessiya çərçivəsində müzakirə olunacaq.
Politoloq qeyd edib ki, müxtəlif ölkələrin dövlət, hökumət başçıları və xarici işlər nazirlərinin iştirak edəcəyi yüksək səviyyəli sessiyada iştirakçı şəxslər öz ölkələrinin də problemini yüksək tribunadan səsləndirəcəklər: “BMT dünyanın 200-ə yaxın ölkəsini özündə cəmləşdirsə də, dünyada mövcud problemlərin qarşısının alınmasında təsirsiz bir quruma çevrilib. Bunun da əsas səbəbi fərqli maraqları olan ölkələrin BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunmasıdır. BMT Nizamnaməsinə görə dünyada təhlükəsizliyin və sülhün təminatçısı Təhlükəsizlik Şurasıdır. Amma bu gün yaranan və davam edən münaqişələrin hər birinin arxasında müxtəlif maraqları olan BMT Təhlükəsizlik Şurasına daxil olan ölkələr dayanır”.
Y.Hacızadə deyib ki, Baş Assambleyanın sessiyasında Azərbaycanı təmsil edən xarici işlər naziri C.Bayramov toplantının gündəliyində olan məsələlərlə yanaşı, ölkəmizin əsas problemi olan erməni təcavüzü barədə də iştirakçıları məlumatlandıracaq: “Bildiyimiz kimi üçtərəfli Bəyannamə əsasında Ermənistan Azərbaycan münasibətləri sülh prosesinin tənzimlənməsi mərhələsinə keçsə də, Ermənistanın qeyri-konstruktiv fəaliyyəti və təxribatları nəticəsində regionda sülh təmin oluna bilmir. Ermənistan həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi çərçivəsində həyata keçirilən danışaqlarda əldə olunan razılaşmalarla bağlı imitasiya yaradır. Son təxribatları nəticəsində müzəffər ordumuz tərəfindən cavab alsa da, 80 hərbi qulluqçumuz şəhid olub. Bütün bunlar Ermənistanın dövlət terrorunun davam etməsini göstərir. Təbii ki, BMT tribunasında erməni təxribatları və onların nəticələri dünya ictimaiyyətinə çatdırılacaq”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

