Ermənistan sülh sazişindən niyə imtina edir?
22.09.2022 [10:41]
Baş verənlərdən sonra Azərbaycan ABŞ və Fransaya etibar edə bilməz
P.İSMAYILOV
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin qalmaqallı İrəvan səfəri bir sıra mühüm detalları ilə yadda qaldı. Belə ki, Pelosinin İrəvanda açıq ermənipərəst mövqe nümayiş etdirməsi, o cümlədən haqsız yerə Azərbaycanı ittiham etməsi bir sıra mətləblərdən xəbər verir. O baxımdan ki, Pelosinin bu addımı rəsmi Vaşinqtonun regiona yönəlik müəyyən siyasi gedişlərini özündə əks etdirir. Bu gedişlər isə yanlış olması ilə yanaşı, özündə bir sıra təhlükəli məqamları da ehtiva etməkdədir.
ABŞ Minsk Qrupunu “diriltmək” istəyir - bu, aktual deyil
44 günlük Vətən müharibəsinin Azərbaycanın qəti qələbəsi ilə yekunlaşması regionda yeni siyasi reallıqlar yaratmaqla yanaşı, həm də yeni siyasi situasiya formalaşdırdı. İmzalanan üçtərəfli Bəyanat qalib və məğlub tərəfləri müəyyənləşdirdi, tarixi ədaləti bərpa etdi. İki ölkə arasındakı mövcud problemlər isə Ermənistanın bu bəyanatın müddəalarına tam şəkildə əməl etməməsindən qaynaqlanır. Belə ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını tam tərk etməməsi, İrəvanın qeyri-adekvat mövqeyindən irəli gələrək regional kommunikasiya xətlərinin açılmaması, o cümlədən sülh prosesinin ləngidilməsinə yönəlmiş təxribatçı addımlar bölgədə təhlükəsizliyin və tam sabitliyin formalaşmasına əngəl yaradır. Bununla belə, münaqişə artıq bitib. Tərəflər artıq yeni mərhələ üzrə - sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiya xətlərinin açılması və bu kimi məsələlər üzərində müzakirələr aparır. ABŞ isə indiki məqamda bir sıra addımları ilə Cənubi Qafqaz siyasətində mühüm yanlışlıqlara yol verir. Ağ Evin Cənubi Qafqaz regionunda itirilmiş nüfuzunu yanlış addımlar və gündəliklə bərpa etmək cəhdləri ilk baxışdan diqqəti cəlb edir:
- Buraya artıq tarixə qovuşmuş ATƏT-in Minsk Qrupunu dirçəltmək;
- N.Pelosinin məlum səfəri vasitəsilə ənənəvi ermənipərəst siyasətin bərpa olunması;
- sülh gündəliyinə müdaxilələr daxildir.
Vaşinqton faktiki olaraq prosesdən kənarda deyil. Bunu Brüssel danışıqlarından əvvəl və sonra ABŞ rəsmilərinin tərəflərlə danışması, görüşməsi də sübuta yetirir. Məsələn, dövlət katibi Blinkenin timsalında ABŞ Brüssel danışıqlarını izləyir, müzakirə predmetləri ilə tanışdır. Belə bir məqamda, sülh gündəliyinə ATƏT-in Minsk qrupu kimi fəaliyyətsiz, 30 ilə yaxın turist səfərlərindən başqa bir şeylə yadda qalmayan, ən əsası isə artıq gündəmdə olmayan proseslərdən dəm vuran qurumun daxil edilməsi real görünə bilməz. Minsk Qrupu hansı detallar üzərində işləyirdi, hansı detallar üzərində vasitəçlik yaradırdısa həmin detallar artıq aktual deyil. Qeyri-aktual məsələnin müzakirəsi isə sülh gündəliyinə daxil olmamalıdır.
Ermənistan üzərindən regiona müdaxilə siyasəti uğursuz strategiyadır
Pelosinin səfərinə gəldikdə isə, bu addım, ermənipərəst mövqenin açıq bəyan edilməsi ilə yanaşı, strateji düşüncənin və baxışın olmamasını özündə əks etdirir. Ermənistan üzərindən regiona müdaxilə siyasəti uğursuz strategiyadan başqa bir şey sayıla bilməz. Nensi Pelosinin səfəri açıq səlibçi təfəkküründən qaynaqlanır. Hətta münaqişənin tarixinə, motivinə, yaranma səbəblərinə baxdıqda belə bunu “dini zəminlə” uzlaşdırmaq mümkün hal ola bilməz. Pelosinin bu cəhdi bir daha onun səlibçi təfəkküründən irəli gəlir. İrəvanda “timsah göz yaşlarına” qərq olmuş amerikalı qocanın bu hərəkətləri İrəvana “dəstək” verməklə yanaşı, ümumi sülh prosesinə kölgə salmaqdır. 9 aydan artıqdır ki, davam edən Brüssel prosesində əldə olunan irəliləyişlər bu “göz yaşlarının” içində əridilə bilməz. ABŞ Ermənistan üzərindən prosesi nəzarətdə saxlamağa çalışır ki, bu, yolverilməzdir. Çünki Azərbaycan 2020-ci ildə qazandığı qələbə ilə həm də ABŞ-ın üzvü olduğu BMT Təhlükəsizlik Şurasında qəbul edilən və imza atdığı məlum 4 qətnamənin icrasına nail olub. İndiki mərhələdə isə sülh gündəliyindəki məsələlər fərqli status daşıyır.
ABŞ və Fransanın hərəkətləri geosiyasi qısqanclıqdan irəli gəlir
Sentyabrın 12-də baş verən erməni təxribatı ötən iki il ərzində ilk hal deyl. Azərbaycan bütün hallarda bu təxribatlara layiqli cavab verib. Ən əsası, bu təxribatların fonunda Azərbaycan sülhə çağırışlar edir, yeni əməkdaşlıq platformalarından bəhs açır. Amma görünən budur ki, 12 sentyabr təxribatı heç də hərbi müstəvi ilə məhdudlaşmırmış. Bunu, sonrakı proseslər də sübut edir. Pelosinin məlum səfəri, səsləndirdiyi “fikirlər”, o cümlədən Fransanın BMT TŞ-də sərhəd toqquşmasını gündəliyə gətirməsi deyilənləri təsdiqləyir. Bütün bunlardan sonra isə Azərbaycan ABŞ və Fransaya inana, etibar edə bilməz. Çünki vaxtilə müharibə dövründə olduğu kimi yenə də işğalçıya, təcavüzkara havadarlıq etmək, tərəf çıxmaq beynəlxalq konvensiyaları, insan hüquq və azadlıqlarına aid norma və prinsipləri görməzdən gəlmək deməkdir. Fransa və ABŞ bu kimi faydasız və provokativ addımlardansa, Brüssel gündəliyini dəstəkləməlidirlər. Yaranacaq sülh dünya üçün, konkret olaraq Avropa və Asiya məkanları üçün yeni iqtisadi imkanlar vəd edir. Brüssel danışıqlarının ruhu bunu özündə əks etdirir. Amma Fransa və ABŞ Ermənistanı qızışdırır və sülh gündəliyinin irəli getməsinə imkan vermirlər. Bu, bir tərəfdən də danışıqlarda vasitəçilik edən Aİ Şurasının Prezidenti Şarl Mişelin və Aİ-nin fəaliyyətinə geosiyasi qısqanclıqdan irəli gəlir. Onlar bir tərəfdən Minsk Qrupunu canlandırmağa çalışır, digər tərəfdən Ermənistana əsassız ümidlər verirlər. 31 avqustda Brüssel görüşündə real nəticələrin əldə olunmaması bu siyasətin nəticəsi idi. Bundan cəsarətlənən Ermənistan isə sülh gündəliyindən imtina etdi və təxribatlara əl atdı.
Xəbər lenti
Hamısına baxDünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25

