Azərbaycanın heç vaxt qonşumuz İranın daxili işlərinə qarışmaq niyyəti olmayıb
11.02.2011 [10:32]
“Təəssüf hissi ilə demək istəyirəm ki, son vaxtlar İran tərəfdən Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri olub”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi, millət vəkili Əli Əhmədov deyib. O, buna münasibətinin mənfi olduğunu bildirib: “Azərbaycanın heç vaxt qonşumuz İranın daxili işlərinə qarışmaq niyyəti olmayıb, bu gün də belə addımlar atılmır, gələcəkdə də Azərbaycan tərəfdən belə addımların atılması gözlənilə bilməz. Eyni münasibəti biz qonşu dövlətlərdən, eyni zamanda İrandan gözləyirik. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, qonşu olmasına baxmayaraq, bir sıra hallarda, bir sıra KİV-də Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri aydın hiss olunur. Azərbaycan vətəndaşları - istər ölkədəki, istər xaricdə yaşayanlar - buna həssaslıqla yanaşaraq öz münasibətlərini bildiriblər. Bir sıra yerlərdə, o cümlədən İranın Bakıdakı səfirliyi qarşısında aksiyalar keçiriblər. Mən bu aksiyaları tamamilə normal sayıram. Hesab edirəm bu, eyni zamanda Azərbaycan vətəndaşlarının İranın müvafiq dairələrinə etiraz mesajları kimi qəbul olunmalıdır ki, bu kimi hallara son qoyulsun”.
Ə.Əhmədov deyib ki, İran və Azərbaycan qonşu olmaqdan savayı, bir sıra digər amillərlə də bir-birinə bağlıdırlar: “İranda çoxlu sayda etnik azərbaycanlı yaşayır. Təbii ki, bu amil bizim münasibətlərimizin xarakterini, mahiyyətini müəyyənləşdirir. Hesab edirəm ki, İran tərəfdən Azərbaycana qarşı hər hansı hörmətsizliyin edilməsi, ölkəmizin daxili işlərinə qarışmaq cəhdlərinin göstərilməsi, İran KİV-ində Azərbaycanın aşağılanması kimi xoşagəlməz hallara yol verilməsi bir tərəfdən qonşu Azərbaycan dövlətinə sayğısızlıqdırsa, digər tərəfdən İranda yaşayan çoxlu sayda azərbaycanlıya hörmətsizlikdir. Əgər İran KİV-i öz vətəndaşları olan azərbaycanlılara hörmətlə yanaşsaydı, Azərbaycan dövlətinə belə münasibət ifadə etməzdi. İranda çoxlu sayda azərbaycanlının yaşaması İran-Azərbaycan münasibətlərində xüsusi məqam kimi qeyd edilməlidir. Mən bununla bağlı misal da çəkə bilərəm. Ola bilsin ki, bu misalı bəziləri düzgün qəbul etməyəcək. Ancaq reallıq budur ki, Fransanın Ermənistana ənənəvi xoş münasibətinin formalaşmasında Fransa hökumətinin və müvafiq qurumlarının orada yaşayan erməni vətəndaşlarına hörməti öz rolunu oynayıb. Heç olmasa, bundan nümunə götürməklə İran hökumət dairələri, müvafiq qurumları, KİV öz vətəndaşları olan azərbaycanlılara hörmət nümunəsi kimi Azərbaycan dövlətinə hörmətsizlik etməsin, əksinə, hörmət göstərsinlər. Mən ən azından bu münasibətin İranın müvafiq qurumları və KİV-i tərəfindən sərgilənməsini arzu edirəm. Orada əhalinin yarısını azərbaycanlılar təşkil edir. İranın müvafiq qurumları öz vətəndaşlarının yarısına hörmətsizlik göstərməklə, düzgün addım atmırlar”.
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56

