AŞPA-da sərhəd müzakirələri ...
12.10.2022 [10:20]
Ermənilər növbəti dəfə ifşa olundular
Nardar BAYRAMLI
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası davam edir. Milli Məclisin komitə sədri Səməd Seyidovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin üzvləri sessiyanın işində iştirak edirlər. Sessiyada ilk olaraq AŞPA-nın Büro və Daimi Komitəsinin işi haqqında hesabat dinlənilib. Bundan başqa, toplantının gündəliyinə Qərbi Balkanlar üçün Avropa perspektivinin dəstəklənməsi, Avropa Şurasına üzv dövlətlərin Şengen informasiya sistemindən siyasi motivli sanksiya kimi sui-istifadə etməsi, Türkiyə, Macarıstan, Rumıniya tərəfindən öhdəliklərin yerinə yetirilməsi, miqrasiyanın tənzimlənməsi, idman dünyasında qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması, əmək hüquqlarına yenidən baxılması, peyvənd ayrı-seçkiliyinin qarşısının alınması və digər məsələlər daxildir.
Ermənistan nümayəndə heyəti Azərbaycana qarşı məsələni qurumun Bürosunun və sessiyanın gündəliyinə daxil edilməsinə və qərar qəbul olunmasına çalışsalar da, bu cəhdin qarşısı alınıb. Sadəcə, payız sessiyasında “Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar, xüsusilə mülki yaşayış məntəqələrinə və infrastruktura zərbələr” adlı cari məsələyə dair müzakirələr aparılıb. Bu müzakirələrdə erməni deputatlar saxta videolardan, sərhəd gərginliyindən ölkəmizə qarşı istifadə etməyə çalışıblar. Ermənilər arasında R.Rubinyan “fəallığı” ilə fərqlənib. Lakin Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxışında Ermənistan nümayəndə heyətinin yalanlarını ifşa edib. “Rubinyan burada çaşqınlıq yayır. Onun missiyası baş vermiş hadisələri tamamilə əks formada təqdim etməkdir. O, burada iki ölkə arasında vəhşiliklərdən danışır, ancaq Ermənistan silahlı qüvvələrinin hələ də Azərbaycan ərazilərində olduğundan danışmır. Sentyabr hadisəsindən əvvəl erməni silahlı qüvvələri Azərbaycan ərazilərinə soxulmuşdular. Rubinyan niyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində hər gün ölən azərbaycanlılardan danışmır? Erməni işğalı nəticəsində Azərbaycanın bütün infrastrukturunun tamamilə yerlə yeksan edilməsindən niyə danışmır?”,-deyən S.Seyidov bildirib ki, bu, Azərbaycana qarşı informasiya müharibəsidir. Saxta videolar, mühakimələr, səfirliklərimizə qarşı hücumlar, belə təqdimatlar Azərbaycana qarşı müharibədir.
Nümayəndə heyətinin rəhbəri deyib ki, Ermənistan nümayəndələrinin sessiyadakı çıxışları reallığı əks etdirmir: “Əsl həqiqət odur ki, Azərbaycan Prezidenti və Ermənistan baş naziri sülh danışıqlarına başlayan kimi dərhal qonşularımız tərəfindən qəribə təxribatlar törədilir. Bunu başa düşmək lazımdır. Ermənistan imzaladığı öhdəliyə riayət etmək istəmir. Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən geri çəkməlidir. Sərhədlərin delimitasiyası və demarkasiyası aparılmalıdır. Azərbaycana qarşı cinayət törədənlər məhkəmə qarşısına çıxarılmalıdır. Xocalıda törədilən insanlıq əleyhinə cinayətləri törədən ermənilər məhkəmədə cavab verməlidirlər. Azərbaycanın baş prokurorluğu müharibə zamanı törədilmiş cinayətlərlə bağlı işə başlayıb. Bəs, Ermənistan da müharibə zamanı azərbaycanlılara qarşı cinayət törətmiş ermənilərə qarşı istintaqa başlayıbmı? Əlbəttə ki, yox. AŞPA sülh istəyənlərin yox, müharibə istəyənlərin əlində bir alətə çevrilib. Biz sülh istəyirik və regionda sülhün bərqərar olması üçün bütün imkanlardan istifadə edəcəyik”. Azərbaycan nümayəndə heyətinin digər üzvləri də müzakirələrdə çıxış edərək qarşı tərəfi susdurublar.
Məsələ ilə bağlı Avropa Şurası Parlament Assambleyasının prezidenti Tini Koks da konstruktiv ruhda çıxış edib. O, Azərbaycan və Ermənistanı bütün fikir ayrılıqlarının həlli üçün səyləri ikiqat artırmağa, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün bərqərar olmasına töhfə verməyə çağırıb. AŞPA prezidenti son vaxtlar Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsinin insanlara mənfi təsir göstərdiyini bildirərək deyib: “Azərbaycan və Ermənistandan olan parlamentariləri Assambleyadan həssas və mühüm mövzuların müzakirə platforması kimi istifadə etməyə çağırıram”. Tini Koks bildirib ki, artıq fikir ayrılıqlarının həlli üçün vaxt gəlib çatıb.
AŞPA-da müxtəlif vaxtlarda ölkəmizə qarşı qərəzli yanaşmaların olduğu məlumdur. Bəzən bu kimi hallara qurumun rəhbərliyi də açıq dəstək verib. Amma bu dəfə AŞPA prezidentinin çıxışı müsbət dəyərləndirilə bilər. Bu barədə qəzetimizə açıqlama verən Azərbaycan nümayəndə heyətinin üzvü S.Fətəliyeva hesab edir ki, son illər ölkəmizlə təşkilat arasında konstruktiv əməkdaşlıq xeyli artıb. AŞPA-ya qəbul edildiyimiz ilk illərdə ölkəmizə qarşı təzyiqlərin çox olduğunu xatırladan millət vəkilinin sözlərinə görə, bu proses erməni lobbisi tərəfindən idarə olunurdu. İndi isə Azərbaycan dövləti inkişaf baxımından elə səviyyəyə yüksəlib ki, heç kim heç nəyi bizə diktə edə bilməz.
S.Fətəliyeva qeyd edib ki, Azərbaycanla güc dilində danışmaq qəbuledilməzdir: “AŞPA-nın budəfəki sessiyasında da Ermənistan nümayəndə heyəti ölkəmizə qarşı əsassız iddialarla çıxış etdilər. Onlara dəstək verənlər də oldu. Hansı ki, erməni lobbisinin təsiri altındadırlar. Lakin nümayəndə heyətimizin üzvləri tutarlı cavablarla erməniləri susdurdular. Çünki 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayan, həmin torpaqlarda hər şeyi məhv edən, xalqımıza, günahsız dinc insanlara qarşı qətliamlar, hərbi cinayətlər törədən bir ölkənin Azərbaycanı işğalçılıqda, hərbi cinayətlər törətməkdə ittiham etməsi qətiyyən qəbulolunmazdır. Nəzərə alsaq ki, hazırda tərəflər arasında sülh danışıqları gedir, ermənilərin AŞPA-da təxribatçı hərəkətləri sülh prosesinə zərbə vura bilər. Bu baxımdan, AŞPA prezidentinin yanaşması müsbət qiymətləndirilə bilər ki, tərəflər bu beynəlxalq platformadan sülh naminə istifadə etməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

