Sülhməramlıların təchizatı necə həyata keçirilir?
18.11.2022 [10:15]
Kontingent Azərbaycan ərazisində yerləşsə də, Rusiya yükləri Ermənistan vasitəsilə çatdırır
2020-ci ilin noyabrında imzalanan üçtərəfli bəyanata görə, Azərbaycan ərazilərində yerləşdirilən Rusiyanın sülhməramlı qüvvələrinin bölgədə fəaliyyətə başlamasından iki il ötür. Ötən dövr ərzində, fəaliyyətləri bir sıra müzakirələrə yol açan sülhməramlı kontingentin təchizatla təmini hansı yollarla aparılır? Müvafiq beynəlxalq sənədlərə görə, bu, Azərbaycan vasitəsilə təmin olunmalıdır. Xatırladaq ki, 2020-ci ilin noyabrında da rusiyalı sülhməramlılar Azərbaycan ərazilərinə Ermənistanın Gümru ərazisindəki 102 saylı bazadan gəlmişdilər.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, sülhməramlıları Azərbaycan dəvət etsə də, təchizat Ermənistan üzərindən həyata keçirilir: “Bildiyim qədəri ilə bu təzhizatın cüzi bir hissəsi Azərbaycan ərazisindən həyata keçirilir. Bununla bağlı Azərbaycan ictimaiyyətinin nümayəndələri də zaman-zaman təkliflər səsləndiriblər ki, biz gələn yüklərdən xəbərdar olmalıyıq və həmin yüklərin təyinatını bilməliyik. Bu çox önəmli və vacib məsələdir. Bildiyim qədər bu yüklər Ermənistana gətirilir, sonra isə Azərbaycan ərazilərində yerləşən sülhməramlı kontingentə çatdırılır. Ora nə gətirirlər, niyə gətirirlər, bu yüklərin sülhməramlılara aidiyyatı var, ya yoxdu?, bunlar maraqlı məsələlərdir. Bu yüklər rahat şəkildə Azərbaycan vasitəsilə də göndərilə bilər. Məsələn, Gəncə aeroportu və ya Füzuli Beynəlxalq Aeroportu vasitəsilə daşına bilər. Biz də bu yüklərdən xəbərdar olarıq. Təbii ki, onların məqsəd və məramları aydındır - istəmirlər ki, biz həmin yükləri görək. Təəssüflər olsun ki, hazırki reallıq bundan ibarətdir. Hələlik bu məsələdə biz müşahidəçiyik”.
Hərbi ekspertin sözlərinə görə, sülhməramlıların fəaliyyəti BMT-nin müvafiq sənədləri əsasında tənzimlənir. Bu sənədə əsasən isə, kontingent yerləşdiyi ölkənin vasitəsilə təchizatla təmin olunmalıdır. “Rusiya heç bir sənədə əməl etmir. Yüklər Azərbaycan ərazisindən daşınmalıdır. Çünki kontingent bizim ərazimizdə yerləşib. Hətta oradakı şəxsi heyətin sayı ilə də bağlı müəyyən müzakirələr gedir. Düzdür, bəzi yüklərin Laçın dəhlizindən keçdiyini bilirik. Amma bu vizualdır. BMT-nin sülhyaratma missiyası ilə bağlı qəbul etdiyi sənədə beynəlxalq aləmdə ciddi riayət olunur. Bu missiyaların fəaliyyəti vaxtlı-vaxtında yoxlanılır. Düzdür, deyə bilərlər ki, Rusiya sülhməramlılarına BMT mandat verməyib. Amma Azərbaycan razılıq veribsə, bu elə mandatdır. Vaxtilə BMT-nin 4 məlum qətnaməsinə münasibət necə idisə, sülhməramlılarla bağlı sənədə də münasibət eynidir”, - deyə Ü.Cəfərov əlavə edib.
SADİQ
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

