Gənclər Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunub
31.03.2011 [09:42]
Məlum olduğu kimi, bu il Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsinin 20 ili tamam olur. Prezident İlham Əliyevin Sərəncamı ilə müstəqilliyimizin 20 illiyi dövlət səviyyəsində qeyd olunacaq, bu münasibətlə müxtəlif tədbirlər keçiriləcək. “Yeni Azərbaycan” qəzeti də bu çərçivədə bir neçə layihə həyata keçirir. Bunlardan biri də “Müstəqilliyimizin yaşıdları” adlanır. Bu gündən başlayaraq bu rubrika altında müstəqilliyimizlə yaşıd olan, müstəqil ölkədə dünyaya gəlmək və müstəqil ölkənin vətəndaşı olmaq xoşbəxtliyini yaşayan gənclərimizin Azərbaycan dövlətinin keçdiyi inkişaf yolu haqqında fikirlərini, onların ölkəmizdə baş verən hadisələrə münasibətini öyrənəcək, fikirlərini dərc edəcəyik.
Layihəmizin ilk qonağı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 2-ci kurs tələbəsi Sənan Süleyman oğlu Həsənovdur. 1991-ci ilin fevral ayında dünyaya gələn S.Həsənov Azərbaycan Respublikasının müstəqilliyi ilə həmyaşıd olduğu üçün fəxr edir: “Mənim uşaqlığım müstəqilliyimizin ilk illərinə düşüb. O baxımdan, 90-cı illərin əvvəlini yaxşı xatırlamıram. Amma bilirəm ki, 1993-cü ilə qədər insanlar, o cümlədən, ölkəmiz çox çətinliklər çəkib. ümummilli liderimiz Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdandan sonra ölkəmizin başının üstünü almış təhlükələrdən xilas olduq. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması isə ölkəmizin inkişafının əsasını qoydu. Ulu öndər Heydər Əliyevin neft strategiyası Azərbaycanı xilas etdi. İndi kitablardan, qəzetlərdən oxuyuruq, televiziyadan baxırıq ki, həmin vaxtlarda Azərbaycanın müstəqilliyini qorumaq, iqtisadiyyatı bərpa etmək nə qədər məsuliyyətli və çətin olub. Həqiqətən də, Azərbaycanın müstəqillik və inkişaf yolu həddindən artıq keşməkeşlidir”.
S.Həsənovun sözlərinə görə, ötən 20 il ərzində Azərbaycanda demək olar ki, hər gün dəyişiklik nəzərə çarpıb. O, bu faktı öz həyatı ilə də müqayisə etdi: “Biz uşaq olarkən oynamağa park, istirahət yeri yox idi. Sovet dövründən qalan parklarda isə oturacaqlar belə qırılmışdı. 1995-ci ildən sonra isə ölkəmizdə iqtisadi durum get-gedə daha yaxşı oldu və uşaqlar üçün istirahət məkanları düzəldi. Bu amil bağça və məktəblərə də şamil olunmalıdır. Bu gün ölkəmizdəki məktəblərin yeni müasir tələblərə uyğunlaşdırılması, kompüterləşdirilməsi istiqamətində layihələr həyata keçirilir. Amma 90-cı illərin əvvəlində adi kitablar belə çatışmırdı. İndi isə uşaqlar üçün oxumağa hər bir şərait yaradılıb. Dövlətimiz gənclərimizi dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alması üçün xaricə göndərir. Bu isə ölkəmizin inkişafı üçün böyük töhfədir. Bununla yanaşı gənclərin idmanla məşğul olması üçün hər cür imkan var. Bu gün ölkəmizdə gənclərin idmanla məşğul olmasına xüsusi qayğı göstərilir və Azərbaycanın hər yerində idman kompleksləri tikilib gənclərin istifadəsinə verilib. Bu da Azərbaycanın 20 ildə keçdiyi inkişaf yolunun gözəl nəticələridir”.
İdmandan söz düşmüşkən qeyd etmək lazımdır ki, Sənan da bu sahədə öz gücünü sınayıb və xeyli uğurlar qazanıb. Belə ki, o, 2009-cu ildə boks üzrə gənclər arasında keçirilmiş Azərbaycan çempionatının qalibi olaraq qızıl medala sahib çıxıb. Bundan əlavə, S.Həsənov Rusiya, Qazaxıstan, Ukrayna, Türkiyə və digər ölkələrdə keçirilən beynəlxalq turnirlərin mükafatçısı olub. O, qazandığı uğurları təsadüfi yox, məhz müstəqil dövlətimizin qayğısının nümunəsi hesab edir: “Əgər dövlətin gənclərə qayğısı olmasaydı, idmançılara yüksək şərait yaradılmasaydı bu uğurları qazana bilməzdik. Təbii ki, bu qayğı bizi daha böyük qələbələr əldə etməyə ruhlandırır”.
Onun fikrincə, hər bir gənc yaradılmış imkanlardan öz gələcəkləri naminə bəhrələnməyi bacarmalıdır.
“Gənclərin işlə təmin olunması məsələsi də ötən illər ərzində xeyli dərəcədə yaxşılaşıb” deyən müsahibimiz bildirdi ki, bu gün bütün bilikli və bacarıqlı gənclər özlərinə münasib iş tapıb işləyə bilirlər: “Müstəqilliyimizin ilk illərində, yəni 1992-93-cü illərdə hakimiyyətdə olan qüvvələrin “səyi” ilə bütün zavod və fabriklər dağıdılmış, infrastruktur yerlə yeksan olunmuşdu. Məhz 1993-cü ildə Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının sonra istehsalat və sənaye müəssisələri yenidən qurulmağa başladı. Bu gün Azərbaycan vətəndaşlarının işlə təmin olunması olduqca yüksək səviyyədədir. Hətta bir məqamı xüsusi qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə xarici vətəndaşlar da işləməyə gəlirlər. Bu da 20 ildə qazandığımız uğurların sırasındadır”.
Müsahibimiz Azərbaycan xalqının ən ağır problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini də bizimlə bölüşdü: “Təəssüf ki, Azərbaycanın müstəqilliyi ilə yanaşı Dağlıq Qarabağ münaqişəsi də demək olar ki, mənim həmyaşıdımdır. Artıq uzun illərdir ki, bu problem həll edilməmiş qalır. Amma nəzərə almaq lazımdır ki, 1994-cü ildə atəşkəs haqqında müqavilənin imzalanmasının ardından Azərbaycan çox böyük inkişaf yolu keçib. O dövrdə ermənilərə xaricdən güclü dəstək olub ki, onların vasitəsilə ölkəmiz haqqında xaricdə yanlış təsəvvürlər oyadırdılar. Amma əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün Prezidentimiz İlham Əliyev tərəfindən inkişaf etdirilən xarici siyasət kursu Azərbaycanın bu istiqamətdə böyük diplomatik uğurlar əldə etməsinə yol açıb. Mən inanıram ki, yaxın zamanlarda bu problemimiz də öz həllini tapacaq. Onu da bildirmək istəyirəm ki, Azərbaycan gəncliyi öz torpağı uğrunda müharibəyə hazırdır və möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Vətən uğrunda döyüşlərə səfərbər olacaq”.
Son 20 ildə ölkəmizin demokratik inkişaf baxımında da böyük yol keçdiyini deyən müsahibimizin sözlərinə görə, 1995-ci ildə qəbul olunan ölkə Konstitusiyası Azərbaycanda demokratik prinsiplərin bərqərar olmasında mühüm rol oynayıb: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Konstitusiyası insan hüquqlarının müdafiəsi baxımından dünyanın ən mütərəqqi konstitusiyalarından biridir. O baxımdan, bu gün Azərbaycan vətəndaşının hər bir hüququ Konstitusiya ilə qorunur. ölkəmizdə azad söz, vicdan azadlığı, seçki hüququ mövcuddur. Gənclərin ictimai-siyasi prosesdə fəal iştirakı üçün münbit zəmin yaradılıb. Bu da Azərbaycanda sivil siyasi münasibətlərin inkişafına öz töhfəsini verir”.
Bütün bunlarla yanaşı, müstəqilliyimizin həmyaşıdı hesab edir ki, ötən 20 il ərzində böyük inkişaf yolu keçən Azərbaycan gələcəkdə daha güclü və qüdrətli dövlətə çevriləcək. çünki hazırda həyata keçirilən siyasət bu fikri əminliklə söyləməyə əsas verir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04

