Əli Həsənov: Hakimiyyət strukturları öz vəzifələrini icra ediblər
06.04.2011 [09:53]
İctimai Palatanın aprelin 2-də keçirməyə cəhd göstərdiyi etiraz aksiyasının qarşısının hüquq-mühafizə orqanları tərəfindən alınması əhali tərəfindən müsbət hal kimi qarşılansa da, ATƏT-in və ABŞ-ın Azərbaycandakı diplomatik nümayəndəlikləri fərqli münasibətdə olublar.
Əli Həsənov deyib ki, Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq hüququna və ifadə azadlığına da həmişə hörmətlə yanaşılıb, hakimiyyət orqanları bu hüquqların təmin edilməsi üçün zəruri şəraiti yaradırlar. “Bununla yanaşı qeyd etməliyəm ki, dinc sakinlərin, sıravi vətəndaşların təhlükəsizliyinin, rahatlığının təmin edilməsi, qanunun aliliyinin və hüquq normalarının, ölkədə ictimai asayişin və s. qorunması da dövlətin üzərinə düşən əsas vəzifələrdir. Hakimiyyət orqanları bəzi siyasi təşkilatların ambisiyaları çərçivəsində Bakı şəhərində qarışıqlıq yaranmasına, insanların rahatlığının və dinc yaşam hüququnun pozulmasına, nəqliyyatın hərəkətinin, şəhər həyatının iflic vəziyyətə düşməsinə yol verə bilməz və heç zaman da verməyəcək. Bütün ölkələrdə, o cümlədən ABŞ-da, ATƏT-in üzvü olan digər ölkələrdə olduğu kimi, Azərbaycanda da sanksiyalaşdırılmamış qarşıdurmaya, sabitliyin, ictimai asayişin pozulmasına səbəb ola biləcək istənilən aksiyanın qarşısı alınır, belə cəhdlərdə təkid edən insanlar inzibati və cinayət məsuliyyətinə cəlb edilir. Bütün dünyada olduğu kimi, polislə qarşıdurma yaradan, vətəndaşların mülkiyyətinə ziyan vuran, hüquq-mühafizə orqanları əməkdaşlarının haqlı tələblərinə tabe olmayan insanlar saxlanılır və qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar”, - deyə PA rəsmisi deyib.
Əli Həsənovun sözlərinə görə, aprelin 2-də müxalifətin keçirməyə cəhd göstərdiyi aksiya həmin ərazidə yaşayan vətəndaşların, orada çalışan sahibkarların, digər şəxslərin kəskin etirazına səbəb olub, daxil olan müraciətlərdə belə halların qarşısının alınması tələb edilir: “Məhz belə problemlərin yaranmaması üçün Bakı şəhər İcra Hakimiyyəti müraciət müəlliflərinə alternativ yerlər təklif edib, hüquq-mühafizə orqanları isə həmin yerlərdə mitinq iştirakçılarının təhlükəsizliyinə təminat verməyə hazır olduqlarını bildiriblər”.
O ki qaldı, ABŞ-ın və ATƏT-in Azərbaycandakı diplomatik nümayəndəliklərinin münasibətlərinə, Əli Həsənov qeyd edib ki, Azərbaycan xarici dövlətlərdə müxtəlif qüvvələr tərəfindən keçirilən aksiyalara və hökumətə qarşı təşkil olunan tədbirlərə heç vaxt münasibət bildirməyib və hesab edib ki, bu, həmin dövlətlərin daxili işidir: “Belə halda yaxşı olar ki, xarici nümayəndəliklər öz mandatları çərçivəsində fəaliyyət göstərsinlər və Azərbaycanın daxili işlərinə müdaxilə etməsinlər”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

