Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rəsmi Təl-Əvivin seçimi Azərbaycan oldu...

Rəsmi Təl-Əvivin seçimi Azərbaycan oldu...

07.01.2023 [10:35]

İsrailin Avrasiya ölkələrindəki səfirləri niyə Bakıda toplaşır?

Bəlli olduğu kimi, yanvarın 16-dan 18-dək İsrailin Avrasiya ölkələrindəki səfirlərinin İsrail Xarici İşlər Nazirliyinin mərkəzi aparatının yüksək vəzifəli məmurlarının iştirakı ilə Bakıda görüşü keçiriləcək. Bu barədə İsrailin Azərbaycandakı səfirliyi yerli mediaya məlumat verib. Görüş İsrailin yeni xarici işlər naziri Eli Koenin yanvarın 2-də vəzifəsinin icrasına başlamasından sonraya - yanvarın 16-18-nə planlaşdırılıb.

Vurğulanmalıdır ki, ötən 2022-ci il regional münasibətlərin inkişafında xüsusi mərhələ kimi yadda qaldı. Belə ki, ötən ildə Azərbaycan - İsrail, Türkiyə - İsrail münasibətlərində yeni ştrixlər meydana gəldi - artıq hər iki ölkənin Təl-Əvivdə səfirlikləri fəaliyyətə başlayır. Eyni zamanda, qarşılıqlı olaraq reallaşan səfərlər bu əlaqələrin daha dinamik hal almasına yol açıb. Məsələn, ötən il dekabrın 28-29-da Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayevin İsrail dövlətinə işgüzar səfəri zamanı Azərbaycan və İsrail Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail tərəfindən Xarici İşlər Nazirliyinin Siyasi Direktorluğunun rəhbəri Aliza Bin Nun rəhbərlik edib. Məsləhətləşmələr zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və humanitar sahələri üzrə hazırkı vəziyyət və inkişaf perspektivləri, Azərbaycanın İsraildə Səfirliyinin açılması ilə bağlı praktiki məsələlər müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan Milli Məclisi ötən ilin noyabrın 19-da Azərbaycan hökumətinin İsraildə səfirlik açmasına razılıq verib. Prezident İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında ötən ilin noyabrın 26-da Sərəncam imzalayıb. Eyni zamanda, Azərbaycanın İsraildə səfirlik açmaq qərarı çoxsaylı beynəlxalq qurumlar tərəfindən dəstəklənib. İsrail hökuməti Azərbaycanın Təl-Əvivdə səfirlik açmasını strateji müttəfiqlik kimi qiymətləndirib.

Azərbaycan beynəlxalq dialoq məkanı kimi...

Qeyd etmək yerinə düşər ki, İsrail dövləti indiyə qədər bu tip tədbirlərini başqa ölkələrdə reallaşdırırdı. Bu dəfə səfirlərin bir araya toplaşması üçün Bakının seçilməsində də mühüm səbəblər var. Belə ki, davamlı iqtisadi inkişafa, ictimai-siyasi sabitliyə malik olan Azərbaycanın beynəlxalq nüfuzu və mövqeyi zaman keçdikcə daha da möhkəmlənir. Bu da səbəbsiz deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət ölkəmizin dinamik inkişaf yolu ilə irəliləməsini şərtləndirməklə yanaşı, çoxsaylı nailiyyətlərin əldə edilməsini də təmin edib. Qazanılmış çoxsaylı nailiyyətlər isə öz növbəsində Azərbaycanın uğurlarının davamlı olacağını deməyə əsas verir. Eyni zamanda, Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi ölkəmizin nüfuzunun və qüdrətinin təzahürüdür. Başqa sözlə, Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirən, davamlı uğurlarını şərtləndirən amillərdən biri məhz ölkəmizin dünyamiqyaslı mötəbər tədbirlərə uğurla ev sahibliyi etməsidir. Çoxsaylı beynəlxalq forumların, sivilizasiyalararası tədbirlərin ölkəmizdə uğurla keçirilməsi Azərbaycanın beynəlxalq dialoq məkanı kimi çıxış etməsini göstərir. Bir sözlə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır”.

Ümumiyyətlə, ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Məsələn, ötən ilin aprelində Bakıda ABŞ-ın missiya rəhbərlərinin konfransı baş tutub. Sözügedən konfransda ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberqer, ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi, USAİD təşkilatının administratorunun köməkçisinin müavini Mark Simakovski, ABŞ-ın Avropa və Avrasiya yardım məsələləri üzrə icraçı koordinatoru Qreq Naarden və Qafqaz danışıqlarına dair baş məsləhətçi Endryu Şofer iştirak ediblər.

Dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycana etimad göstərirlər

Bütövlükdə bu kimi faktlar Azərbaycanın qlobal miqyasda imicinin yüksəldiyini, ölkəmizin təhlükəsiz məkan kimi səciyyələndirildiyini göstərir. Azərbaycan Prezidentinin apardığı uğurlu və çoxvektorlu xarici siyasət kursu bu amilin reallaşmasında ən mühüm şərt kimi çıxış etməkdədir. Məhz Prezident İlham Əliyevin yürütdüyü siyasət əməkdaşlığa, qarşılıqlı milli maraqların qorunmasına, yüksək səviyyəli tərəfdaşlığa əsaslandığı üçün dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycana etimad göstərirlər. Bir sözlə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi siyasi kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Bütövlükdə isə, Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib, paytaxt Bakının mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənə halını alıb.

Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi

Qeyd edildiyi kimi, ötən il İsrail-Azərbaycan və İsrail-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyması ilə seçildi. Bu mənada, İsrail ilə Türkiyə arasında münasibətlərin yenidən qurulması xüsusilə əhəmiyyətlidir. Çünki cənubi Qafqazın lider dövləti olan Azərbaycan ilə Türkiyə arasında strateji əməkdaşlıq münasibətləri mövcuddur. Nəzərə alsaq ki, həm Türkiyə, həm də İsrail mühüm coğrafi regionun əsas güc mərkəzlərindən sayılır və Azərbaycanla yaxın əlaqələrə malikdirlər, bu dövlətlər arasında əməkdaşlığın formalaşması ölkəmizin də marağındadır. Bu iki ölkə arasındakı əlaqələrin yenidən müsbət dinamika ilə inkişafı böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi yaradır. Qarşılıqlı şəkildə diplomatik münasibətlərin bərpası isə çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gətirəcək. İsrail - Türkiyə - Azərbaycan arasındakı əməkdaşlıq üçbucağı regionda yeni iqtisadi reallıqlar yaratmaqla yanaşı, siyasi mənzərəyə də mühüm çalarlar əlavə edə bilər. Başqa sözlə, bu yaxınlaşma sözügedən regionda yeni siyasi-iqtisadi konfiqurasiyanın əsasını qoyur. Nəzərə alınmalıdır ki, müasir çağırışlar regional əməkdaşlıqların inkişafını vacib şərt olaraq müəyyənləşdirməkdədir. Bu mənada, üç dövlət arasında əlaqələrin yenidən möhkəmlənməsi yeni və mühüm perspektivlər yaradır.

Eyni zamanda, bu əməkdaşlıq üçbucağı regionda təhdid yaradan qüvvələrin də zərərsizləşdirilməsinə mühüm töhfələr verə bilər. İranın, Ermənistanın timsalında iqtisadi əməkdaşlıq platformalarının yaranmasına, regional təhlükəsizliyə nail olunmasına maneçilik törədən bəzi qüvvələrin bu yaxınlaşmadan narahatlıq keçirdiyi bəllidir. Qonşuluq münasibətlərində “destruktiv ritorikaya” üstünlük verən bu kimi ölkələr isə yeni yaranan siyasi-hərbi reallıqları qəbul etmək məcburiyyətindədirlər. Çünki yeni dünya düzəni yalnız və yalnız yaxın əməkdaşlığa, bütün sahələr üzrə tərəfdaşlığa əsaslanır.

Bakı bu tip tədbirlər üçün ideal məkandır

Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Qabil Hüseynli də İsrailin əvvəllər bu tədbirləri Moskvada keçirdiyini diqqətə çatıdırıb. Onun sözlərinə görə, bu tədbirlərin artıq Bakıda keçirilməsi bir sıra mətləblərdən xəbər verir. Belə ki, Bakı artıq beynəlxadlq tədbirlərin keçirildiyi bir məkan kimi şöhrət qazanıb: “Son illərdə bir sıra beynəlxalq forumlar, humanitar tədbirlər, dinlərarası münasibətləri tənzimləyən sammitlər Bakıda reallaşıb. Eyni zamanda, müasir siyasi leksikonda “Bakı prosesi” deyilən anlayış mövcuddur və bu proses ölkəmizin paytaxtında keçirilən müxtəlif xarakterli beynəlxalq tədbirləri özündə ehtiva edir.

Bu tədbirlər kifayət qədər çox və rəngarəndir. Hətta bir neçə il öncə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Gerasimovun amerikalı həmkarı ilə Bakıda iki görüşü reallaşmışdı. Bu mənada İsrailin səfirlərinin də Bakıda toplaşması heç kimə təəccüblü gəlməməlidir. Burada təhlükəsizlik məsələsi də əhəmiyyətli rol oynayır. Həm də yüksək şərait, infrastruktur buna imkan verir. Bakı bu tip tədbirlər üçün ideal məkandır və İsrail də bu imkandan istifadə edir”.

İran dəyişmədən, yeni keyifiyyət halına keçmədən hər üç dövlət...

Politoloqun fikrincə, Azərbaycanın və Türkiyənin İsrail ilə münasibətlərdə yeni mərhələyə start verməsi müsbət qiymətləndirilməlidir. Onun sözlərinə görə, Azərbaycan ilə İsrail arasındakı münasibətlər tarixi ənənələrə söykənir. “Bunun nəticəsidir ki, İsrail - Azərbaycan münasibətləri hərbi, siyasi əməkdaşlıq səviyyəsindədir. Üstəlik hər iki tərəf münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını hesab etdiyini bildirir. Bu münasibətlərin böyük perspektivlərinin olması da vurğulanır. Türkiyə ilə də İsrail arasında diplomatik əlaqələrin bərpası yüksək qiymətləndirilməlidir. Demək olar ki, doğma Azərbaycanımız həm də İsrail-Türkiyə münasibətlərinin möhkəmləndirilməsinə öz töhfəsini verib. Üç dövlətin birgə əməkdaşlığı həm region, həm də beynəlxalq münasibətlər sistemi üçün mühüm uğurlar vəd edir. Bu münasibətlərdən bölgədə sülhün, əmin-amanlığın təmin edliməsi üçün istifadə olunacaq”, - deyən Q.Hüseynli bu münasibətlərin inkişafını İran kontekstində də izah edib: “İran dərin böhran içindədir. Demək olar ki, beynəlxalq münasibətlərdə, yaxın qonşuluq münasibətlərində bütün qırmızı xətləri keçib. İranda hakimiyyətdə ən azı ikitirəlik mövcuddur. Bir tərəfdə SEPAH-ın başıpozuq generalları, digər tərəfdə isə hakimiyyəti idarə edənlər yer alır. Bunlar arasında kəskin fikir ayrılıqları var. SEPAH az qala hakimiyyətin bütün qollarına nəzarət etmək kimi axmaq bir ideyaya düşüb. Azərbaycan-İran, Türkiyə-İran, İsrail-İran münasibətlərini korlamaqda

SEPAH generallarının “xidmətləri danılmazdır”. SEPAH İran siyasi gündəmində ən destruktiv qüvvə kimi səciyyələndirilir. Bu nöqteyi-nəzərdən belə görünür ki, İran dəyişmədən, yeni keyfiyyət halına keçmədən hər üç dövlət ilə bu ölkə arasında ciddi problemlər yaşanmaqda davam edəcək. Və hər üç dövlət bu şər mənbəyinə qarşı mübarizədə öz qüvvələrini artıq birləşdiriblər. Bir sıra məsələlərdə ortaq hərəkət etməyi qərarlaşdırıblar”.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

04 Fevral 12:34

Xəbər lenti

Fevralın 15-dən...

04 Fevral 11:30

Xəbər lenti

MEDİA

Sosial

Ödənişli olacaq

04 Fevral 10:44

Analitik

Siyasət

Gündəm

Siyasət

Səkkiz gün keçdi...

04 Fevral 10:17

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Son 5 ay ...

03 Fevral 11:02

Sosial

Ədəbiyyat

Allahı qoruyan şair

03 Fevral 10:56

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28