"Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu"
28.04.2011 [10:55]
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Suraxanı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə dünən Suraxanı rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu” mövzusunda geniş konfrans keçirilib.
Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, 20-dən artıq media rəhbərləri, Suraxanı rayon ziyalıları, aktiv gənclər və tələbələr iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoyublar.
Sonra Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqları İcra Hakimiyyətinin inzibati binası və Heydər Əliyev Muzeyi ilə yaxından tanış edib.
Konfransı giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqları salamlayaraq, konfransın mahiyyəti və vacibliyi haqqında məlumat verib.
İlqar Abbasov qeyd edib ki, mərkəz iki il öncə fəaliyyətə başlayıb və mərkəzin açılışında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Onun sözlərinə görə, yarandığı gündən bu vaxta qədər 37500 nəfər Heydər Əliyev irsini öyrənmək üçün bu mərkəzə gəlib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, “Vətəndaş cəmiyyətinin formalaşmasında medianın rolu” mövzusunda konfransın keçirilməsi mühüm əhəmiyyətə malikdir. O, deyib ki, ictimai rəyin formalaşmasında KİV-in rolu böyükdür.
V.Səfərov bildirib ki, son iki ildə KİVDF bir çox qəzetlərə və xəbər agentliklərinə dəstək verib: “Hazırda Azərbaycanda 4000-dən çox KİV qeydiyyatdan keçib. Onların 300-ə yaxını mütəmadi fəaliyyət göstərir. Müstəqillik illərində müxtəlif qəzetlər yaransa da onların bir çoxu rəqabətə dözə bilməyərək sıradan çıxıblar. Həmin proses bu gün də davam edir. Azərbaycan dövləti medianın inkişafına dəstək verir”.
O, çıxışında Azərbaycan mətbuatına göstərilən dövlət dəstəyi və Fondun fəaliyyəti barədə geniş məlumat verib: “Başqa sahələrdə olduğu kimi media sahəsinin inkişafı da dövlət başçısının diqqət mərkəzindədir. Belə ki, iki il öncə yaradılan Fond Azərbaycanın müstəqil mətbuatının inkişafına xidmət edir. Fond KİV-lərin inkişaf etdirilməsi üçün layihə müsabiqələri və jurnalistlər arasında yazı müsabiqələri təşkil etmişdir. Bu da öz növbəsində jurnalistlərin peşəkarlığının artırılmasına va maddi-sosial vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxarır. Bundan əlavə KİV təşkilatlarına maddi-texniki bazasını yaxşılaşdırmaq məqsədilə birdəfəlik yardımlar edilmişdir”.
Tədbirdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu müasir dünyada mətbuatın cəmiyyətin və dövlətlərin idarə olunmasında rolu barədə məruzə ilə çıxış edib. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev medianın dövlətin və cəmiyyətin idərə olunmasında rolunu yaxşı bildiyinə görə KİV-in imkanlarından geniş istifadə edib.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycanda “reket” jurnalistika ilə mübarizə metodlarından söz açıb: “Azərbaycanda qanunvericiliyin sadələşməsi nəticəsində hər bir şəxs qəzet təsis etmək imkanına malikdir. İstənilən ali təhsilli şəxs jurnalist fəaliyyəti ilə məşğul ola bilər. Bu isə, bəzən, neqativ hallarla nəticələnir. Bəzi şəxslər qəzet təsis edərək “reket” jurnalistika ilə məşğul olmağa başlayırlar”.
V.Rəhimzadə deyib ki, Mətbuat Şurası “reket” jurnalistikasına qarşı mübarizəsini davam etdirir.
Mövzu ətrafında, həmçinin, media rəhbərlərindən “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas və “Olimpiya dünyası” qəzetinin baş redaktoru Murad Fərzəliyev də geniş çıxış ediblər. Sonra mövzu ətrafında müzakirələr başlayıb. Müzakirələr zamanı əsasən, gənclərin verdiyi suallara media nümayəndələri ətraflı cavab verib.
Konfrans zamanı İstanbul və Kiyevdə təhsil alan tələbələr Şaiq Paşayev və Fariz Tağıyev konfransa internet vasitəsi ilə canlı olaraq qoşulublar. Qeyd edək ki, bu tələbələr orta tahsillərini Suraxanı rayonunda alıblar.
Sonda qonaqlar Suraxanı rayonunda son illər ərzində görülmüş abadlıq və quruculuq işləri ilə bağlı filmə baxıblar.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31

