Türkiyə ayaqda duracaq!
08.02.2023 [10:36]
Qardaş ölkə bu çətin imtahandan sarsılmayacaq
Türkiyənin 10 bölgəsində baş verən zəlzələ ağır nəticələrə yol açıb. Böyük dağıntılarla müşahidə olunan təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün bütün ölkə səfərbər olunub. Artıq Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı işləri koordinasiya etmək üçün Təbii fəlakət və təcili vəziyyət idarəçiliyinə (AFAD) şəxsən nəzarət edəcək.
Baş verən dağıntıların miqyası böyükdür və xeyli insan evsiz qalıb. Onlar sığınacaqlara yerləşdiriliblər. Zəlzələ Türkiyə iqtisadiyyatına çox böyük maddi ziyan vurub. Nəticələrin mümkün qədər qısa zamanda aradan qaldırılması üçün bir çox ölkələr, beynəlxalq təşkilatlar yardımlar göndərməyə davam edirlər. Azərbaycan bu məsələdə də ilk yerdə qərarlaşıb. Bununla belə, dağıntıların çoxluğu fəsadların aradan qaldırılması prosesinin uzun olacağından xəbər verir.
Eyni zamanda, bu ilin mayında Türkiyədə keçirilməsi planlaşdırılan seçkilərlə bağlı qeyri-müəyyənlik yaranır. Seçki təxirə salına bilər və ya baş tutmaya bilər.
Siyasi avantüra yolverilməzdir...
Ümumiyyətlə, son dövrlərdə mühüm bir coğrafiyada siyasi güc mərkəzi kimi şöhrət tapmış Türkiyədə demokratik prinsiplərə hər zaman sədaqət nümayiş etdirilib. Türkiyə iqtisadi-siyasi çətinliklərlə üzləşdiyi dövrlərdə belə bu kimi mərhələlərdən üzüağ çıxıb. Bu sınaq da Türkiyə üçün birinci deyil. Sadəcə olaraq gələn ayın 10-da dəqiq vaxtı bəlli olacaq seçkilərlə bağlı yaranan suallar mövcuddur. Hələlik Türkiyə KİV-ində bu məsələyə toxunulmasa da, görünən budur ki, bu kimi məsələlərdən siyasi alət kimi istifadə edilmir. Yəni, təbii fəlakət, dağıntılar ölkədə mühüm həmrəylik formalaşdırıb - yayılan videogörüntülərdə də Türkiyə cəmiyyətinin bir-birinə daha sıx bağlandığı bəlli olur. Hər kəs birgə baş vermiş çətinliklərdən xilas yolu tapmağa kilitlənib. Belə bir zamanda, siyasi avantüra ilə məşğul olmaq xalqına və dövlətinə xəyanət qismində dəyərləndirilə bilər.
7 bal və ondan güclü 23 zəlzələ...
Seçkilərin taleyi isə yəqin ki, yaxın zamanda bəlli olacaq. Əsas odur ki, Türkiyə bu sınaqdan, bu imtahandan layiqli şəkildə çıxacaq. Çünki bu hal ilk dəfə deyil baş verir. Qısa xronologiyaya nəzər salsaq, Türkiyədə bu və ya bundan da ağır nəticələri olan dağıntılar yaşanıb. Türkiyə ərazisində hələ orta əsrlərdən bu yana müxtəlif vaxtlarda 7 və daha yuxarı bal gücündə 23 zəlzələ baş verib. KİV-də yer alan məlumatlara görə, təkcə ötən il müxtəlif gücdə 33 824 zəlzələ qeydə alınıb. 1509-cu ildə İstanbulda (7.2 bal), 1653-cü ildə İzmirdə (7.5 bal),
1668-ci ildə Anadolu bölgəsində (8 bal), 1688-ci ildə yenidən İzmirdə (7 bal), 1881-ci ildə Saqqız adasında (7.3 bal), 1930-cu ildə Hakkaridə (7.6 bal) güclü zəlzələlər baş verib. Nəticədə minlərlə insan həlak olub.
1999-cu il avqustun 17-də Kocaeli bölgəsində baş verən 7.4 bal gücündə zəlzələ isə 45 saniyə davam edib və Türkiyə tarixində “ən uzun zəlzələ” kimi yadda qalıb. Ölkənin bir çox bölgəsində dağıntılara səbəb olan hadisə zamanı 17 min 118 nəfər həyatını itirib, 25 minə yaxın insan yaralanıb.
Qardaş dəstəyi, xalqın birliyi, iqtidarın səyi...
Elə həmin ilin noyabr ayının 12-də Düzcedə 30 saniyə davam edən 7,2 bal gücündə zəlzələdə 894 nəfər həyatını itirib, 2 min 679 adam yaralanıb, minlərlə insan evsiz qalıb. Təkcə Düzce bölgəsində 16.666 ev dağılıb. 2003-cü il mayın 1-də Bingöl bölgəsində 6.4 bal gücündə zəlzələ qeydə alınıb. Türkiyənin şərqini əhatə edən zəlzələ 176 nəfərin həlak olması ilə nəticələnib.
23 oktyabr 2011-ci ildə episentri Vanın mərkəzindəki Tabanlı kəndi olan güclü zəlzələ baş verib. Günorta saatlarında qeydə alınan zəlzələ 7.2 bal gücündə olub. Türkiyə bu zəlzələnin nəticələrini aradan qaldırmağa çalışan zaman noyabrın 9-da 5,6 bal gücündə növbəti zəlzələ xəbəri insanları təşvişə salıb. Hər iki zəlzələ nəticəsində 601 nəfər ölüb, 252 nəfər yaralanıb. 24 yanvar 2020-ci il yerli vaxtla saat 20:55-də Elazığ bölgəsində 6.8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələdə 41 nəfər həyatını itirib, mindən çox adam yaralanıb. Həmin ilin oktyabrın 30-da İzmirdə yerin təxminən 16,54 kilometr dərinliyində 6,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 116 nəfər həlak olub, 1034 nəfər yaralanıb.
Bu kimi zəlzələlər, dağıntılar Türk xalqını sarsıda bilməz. Dostlarının, qardaşlarının dəstəyi ilə, xalqının birliyi ilə, iqtidarının səyi ilə Türkiyə yenə də ayaqda duracaq!!!
SADİQ
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
22 Mart 22:57

Xəbər lenti
22 Mart 19:57

Xəbər lenti
22 Mart 17:19

Maraqlı
22 Mart 13:28

Xəbər lenti
22 Mart 12:51

İqtisadiyyat
22 Mart 10:06

Xəbər lenti
22 Mart 09:40

Xəbər lenti
21 Mart 22:40

Dünya
21 Mart 22:30

Xəbər lenti
21 Mart 22:08

Xəbər lenti
21 Mart 20:00

Gündəm
21 Mart 19:16

Xəbər lenti
21 Mart 18:55

Xəbər lenti
21 Mart 17:26

Xəbər lenti
21 Mart 15:23

Siyasət
21 Mart 14:27

Xəbər lenti
21 Mart 13:58

Xəbər lenti
21 Mart 12:17

Xəbər lenti
21 Mart 10:45

Xəbər lenti
21 Mart 10:44

Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47

Xəbər lenti
18 Mart 18:43

İdman
18 Mart 17:12

Xəbər lenti
18 Mart 15:37

Siyasət
18 Mart 14:47

Gündəm
18 Mart 14:41

Xəbər lenti
18 Mart 13:26

Siyasət
18 Mart 13:24

Gündəm
18 Mart 13:22

YAP xəbərləri
18 Mart 12:42

Gündəm
18 Mart 12:31

Gündəm
18 Mart 12:25

Turizm
18 Mart 12:00

Xarici siyasət
18 Mart 11:30

Analitik
18 Mart 11:15

MEDİA
18 Mart 11:00

Siyasət
18 Mart 10:55

Xəbər lenti
18 Mart 10:47

Xəbər lenti
18 Mart 10:37
