Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Hüseyn Paşayev: O binanın Əli Əhmədova heç bir aidiyyatı yoxdur

Hüseyn Paşayev: O binanın Əli Əhmədova heç bir aidiyyatı yoxdur

26.05.2011 [09:49]

“Tam rəsmi şəkildə bildirirəm ki, “Yeni Müsavat” qəzetində Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədovun adına çıxılan binanın ona heç bir aidiyyati yoxdur”. “SİA” xəbər verir ki, bunu “Lent.az”ın sualına cavabında Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.
 H.Paşayev bildirib ki, qəzetdəki yazı ilə bağlı partiyanın mətbuat xidməti “Yeni Müsavat” qəzetinin rəhbərliyinə mövqeyini bildirib, məqalənin heç bir araşdırma aparılmadan, fakta əsaslanmadan qərəzli yazıldığı onların nəzərinə çatdırılıb: “Qəzetin redaksiyasından söhbət əsnasında da hər hansı fakt gətirə bilmədiklərindən, araşdırma aparmadıqlarını etiraf etdiklərindən düşünürdük ki, növbəti gün yazının qərəzli olması barədə oxucularına məlumat veriləcək. Lakin təəssüflə bildirməliyəm ki, belə olmadı. Bu onu təsdiq edir ki, həmin məqalə “Yeni Müsavat” qəzetinin öz mövqeyidir. Təəssüflənirəm ki, “Yeni Müsavat”ın siyasət anlayışı şər və böhtandan kənara çıxa bilmir”.
 Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin 22 may 2011-ci il tarixli sayında “Əli Əhmədov mülkünü dövlətə icarəyə verib” başlıqlı yazı dərc olunub. Yazıda göstərilib ki, YAP icra katibi özünə məxsus mülki Vergilər Nazirliyinin strukturlarından birinə icarəyə verib.

Paylaş:
Baxılıb: 1250 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31