İran Qarabağa terror qrupları göndərir?
11.03.2023 [10:35]
Ekspert: Torpaqlarımızı işğaldan azad etdikdən sonra Tehranın Ermənistana dəstəyi açıq müstəviyə keçib
N.BAYRAMLI
Türkiyənin nüfuzlu “Türkiye” qəzeti işğaldan azad edilən və Rusiya sülhməramlılarının nəzarəti altında olan Qarabağ bölgəsinə İranın terrorçu qruplaşma üzvlərini yerləşdirmək planı barədə məqalə dərc edib. Qəzet yazır ki, İrəvanı qardaş elan edən İran hakimiyyəti Qarabağı Suriyaya çevirmək planları qurur. Belə ki, Tehranın gündəliyinə İran İnqilabı Keşikçiləri və şiə silahlılarından ibarət 4 min nəfərlik qüvvənin 2023-cü ilin mayına qədər Qarabağa köçürülməsi daxildir.
“Türkiye” qəzetinin yaydığı bu informasiya nə dərəcədə doğru ola bilər? İranın 4 min nəfərlik silahlısının Qarabağa göndərməsi mümkündürmü? Xatırladaq ki, ötən ilin sonlarında Qarabağda müvəqqəti məskunlaşmış rusiyalı sülhməramlılar mandatlarına zidd daha bir addım ataraq 14 xarici ölkə vətəndaşının Azərbaycan ərazisinə keçidini təmin etmişdi. Həmin 14 nəfər İran İslam Respublikasının vətəndaşları idi. Onlar ötən il noyabrın 24-ü günorta saat 13-14 radələrində eyni avtomobildə sülhməramlıların postunu keçərək Xankəndinə getmişdilər. Verilən məlumatlarda bildirilirdi ki, 14 nəfərdən 12-si İranın eyni bölgəsindən - ölkənin cənub-qərbindəki İzeh şəhərindəndir. İzehin daxil olduğu Xuzistan vilayətinin əhalisi arasında isə ermənilər çoxluq təşkil edir və burada əsas işlək dillər arasında erməni dili də var. Məlumatlara görə, iranlılar rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərdə özünü çox rahat hiss edən qanunsuz terrorçu dəstələrə terror-diversiya təlimləri keçmək və konkret diversiyalar hazırlamaq üçün göndərilib. Bundan başqa, onların Qarabağda qalmış terrorçu dəstələrə İran istehsalı olan silah-sursatdan istifadə üçün təlim keçə biləcəyi də deyilirdi. Bu şəxslərin İranın xüsusi xidmət orqanlarının əməkdaşları olduğu şübhə doğurmur. Çünki 14 nəfərdən 12-nin İzeh şəhərindən olması da təsadüfi hesab oluna bilməzdi. Bəzi məlumatlara görə, bu şəhərdə İran xüsusi xidmət orqanlarının terror-diversiya üzrə ixtisaslaşan məxfi bazası yerləşir.
Bütün bunların fonunda İranın Qarabağ ərazisinə silahlı dəstələr göndərmək istəyi nə dərəcədə mümkündür? Məsələ ilə bağlı hərbi ekspert Emin Həsənli qəzetimizə açıqlamasında bildirib ki, görünür, 44 günlük müharibənin nəticələrini hələ də qəbul edə bilməyən və regionda nüfuzunu itirməkdə davam edən Tehran rejimi hazırda rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazini terror məkanına çevirməyə çalışır. İranın hər zaman Ermənistanı dəstəklədiyi deyən E.Həsənli xatırladıb ki, 30 illik işğal dövründə İran hakimiyyəti ermənilərin yanında olub. Ermənistanın işğalçılıq siyasətinə görə Türkiyə dövlət sərhədini onların üzünə bağlamışdı. Ermənistanın Rusiya ilə birbaşa sərhədi yoxdur. Azərbaycan isə həyata keçirdiyi siyasətlə işğalçı ölkəni bütün regional layihələrdən təcrid etmişdi. Bunun nəticəsində ermənilər dərin sosial-iqtisadi böhranla üzləşmişdilər. Yalnız İranla olan təxminən 42 kilometrlik sərhəd Ermənistana nəfəs verirdi. İran bu sərhəd və işğal olunmuş ərazilərimiz vasitəsilə ermənilərə yardım edirdi. Çünki İranla 132 kilometrlik dövlət sərhədimiz işğal altında idi. 44 günlük Vətən müharibəsində də İran gizli şəkildə ermənilərə yardım göstərirdi. Amma Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etdikdən sonra rəsmi Tehranın Ermənistana dəstəyi açıq müstəviyə keçdi.
Ekspert xatırladıb ki, İran hakimiyyəti bütün platformalarda Ermənistasnın dəstəkçisi və himayədarı kimi özünü aparır: “Vətən müharibəsindən sonra İran dövlət sərhədində hərbi təlimlər keçirib, ölkəmizə qarşı təhdidlərlə çıxış edib. Nə qədər qəribə görünsə də, Ermənistandan daha çox İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxır. Qafanda tələsik konsulluq açması da bunu təsdiqlədi. Məlumdur ki, İranın Suriyada, İraqda hərbi dəstələri var ki, onlar terrorla, sabitliyi pozmaqla məşğuldur. Belə bir şəraitdə “Türkiye” qəzetinin yaydığı informasiya araşdırılmalı, təhlil olunmalıdır. Hadisələrlə bağlı kəşfiyyat məlumatları əldə edilir. Çünki təhlükəsizlik məsələləri həddən artıq həssaslıq tələb edir. Milli maraqlarımız da yüksək səviyyədə qorunur. Hava məkanımıza da dövlətimiz ciddi nəzarət edir. Azərbaycan zəif dövlət deyil ki, kim istəyirsə ərazilərimizə ordu, silahlı dəstə göndərsin. Belə təxribatlar olarsa zamanında qarşısı alınacaq. Necə ki, Laçın dəhlizi vasitəsilə İran maşınlarının Qarabağa qanunsuz buraxılması ifşa edilmişdi”.
Bununla belə E.Həsənli hesab edir ki, Rusiya sülhməramlılarının bəzi hallarda öz vəzifələrini yerinə yetirməməsi narahatlığa əsas verə bilər. Hazırda Laçın yolunda ekofəalların dinc etiraz aksiyası keçirildiyi üçün bu yol vasitəsilə açıq şəkildə erməni separatçılarına qanunsuz hərbi yardım göndərilə bilmir. Bunu gizli yolla etməyə çalışırlar. Bugünlərdə belə bir yardımın torpaq yolu ilə edildiyini ordumuz aşkara çıxardı. 30 illik işğal dövründə ermənilər həmin ərazilərdə gizli tunellər də yaradıblar. Məsələ ondadır ki, Rusiya sülhməramlılarının avtomobilləri yoxlanılmır. Ermənilər guya Qarabağın blokadaya alındığını iddia etsələr də Ruben Vardanyan kimilərinin hansı vasitə ilə Moskvaya gedib qayıtdığı hər kəsə məlumdur. Bütün bunlar, o cümlədən İranın Qarabağa terrorçu silahlı dəstə göndərmək istəyi ilə bağlı məlumatlar Laçın yolunda nəzarət-buraxılış mənətəqəsini yaratmağımızı olduqca zəruri edir. “Bütün prosesləri dövlətimiz diqqətlə izləyir. Zərurət yarandıqca dövlətimiz lazımı addımları atmaqda davam edəcək”, - deyə hərbi ekspert vurğulayıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23

