İrəvana ultimatum - “müstəqilliyinə” son qoyular!
19.04.2023 [10:21]
Rusiyalı deputat Ermənistanın hələ də SSRİ-nin tərkibində olduğunu xatırladır
Ermənistan ilə Rusiya arasında son dövrlərdə daha qabarıq şəkildə üzə çıxan ziddiyyətlər get-gedə dərinləşməkdədir. Baş nazir Nikol Paşinyanın açıq şəkildə Qərbə “üz çevirməsi”, Aİ-nin uzunmüddətli missiyasının Ermənistana “yerləşdirilməsi”, eyni zamanda bu missiyanın tərkibində hətta “mülki geyimli jandarmların” da olması, ən əsası isə Ermənistan hakimiyyətinin Qərbə yönəlik “isti bəyanatlar” səsləndirməsi keçmiş müttəfiqləri qarşı-qarşıya gətirib. Proseslərin inkişafı açıq şəkildə onu göstərir ki, Rusiya Ermənistanın davranışlarını həzm edə bilmir. Avropaya “sığındığı” görüntüsünü yaratmağa çalışan Nikol Paşinyan isə sanki Moskvadan əvəz çıxmaq istəyir. Bu mənada Ermənistanın Avropa ilə yaxınlaşmasının hər bir ştrixində Kremlin hədəfə alınması görüntüsü yaradılır. Qeyd edək ki, son dövrlərdə səslənən siyasi bəyanatların ardından Rusiya ilə Ermənistan arasındakı siyasi-iqtisadi, hərbi əlaqələr belə təhlükəli fazaya qədəm qoyub. Artıq erməni deputatlar tərəfindən iqtisadi-siyasi sferada Rusiya asılılığından azad olunmanın yolları “araşdırılır”. Hətta Qərbin müşahidə etməsi üçün bəzi “görüləcək tədbirlər” haqqında bəyanatlar belə verilir. Bunların sırasında Ernmənistanın enerji təminatı, nəqliyyat sektoru, yüngül və qida sənayesinin Rusiya nəzarətində olan şirkətlərdən təmizlənməsi daha çox yer alır.
Ermənistan ikili oyun oynamağa çalışır
Təbii ki, Ermənistanda bu kimi fikirlərin aktuallaşması əbəs yerə deyil. Son proseslərdə Qərbin və Avropanın Ermənistanın maraqlarına uyğun davranmaması rəsmi İrəvanı açıq qorxuya salıb. Bəzi siyasi analitiklərin fikrincə, Qərb hazırda Ermənistanın oynamağa çalışdığı ikili oyunu görür və düzgün qiymətləndirir - öz mövqeyini ortaya qoyur. Qərb rəsmi İrəvanın İranla əlaqələrin dərinləşdirilməsi istiqamətində atdığı addımları, Ermənistanın nəinki Rusiyaya qarşı sanksiyalara qoşulmaması, hətta Rusiyaya sanksiyalardan yayınmağa şərait yaratması, “Qərb yolu” adı altında Ermənistanın yalnız Fransanın kolonist siyasətini dəstəkləməsi kimi faktları dəyərləndirir. Bu baxımdan, İrəvanın siyasi dairələri anti-Rusiya ritorikasını artırmağa “məcbur” olub. Yəni, bu da Ermənistanın siyasi manipulyasiyalarından biridir - İrəvan Qərbə yönəlik istiləşmədə də səmimi deyil...
Kremldən açıq təhdid - Rusiyaya birləşmə ehtimalı aktualdır
Maraqlıdır ki, Ermənistanın oynadığı oyun özü üçün mühüm təhdidlər formalaşdırır. Özünü Rusiyaya və Ermənistan ictimaiyyətinə “Qərbə yaxın” kimi göstərməklə mühüm məqsədlər güdən və Kremldən “qorunmağa” çalışan Ermənistan siyasi hakimiyyəti bu dəfə daha ağır təhdidlə üz - üzə qalır. Rusiya illərdir ki, onun himayəsində yaşayan Ermənistanın birdən-birə üz çevirərək fərqli istiqamətə meyllənməsini qəbul etmir. Və dolayısı ilə ona “xəbərdarlıq” edir. bu dəfəki xəbərdarlıq isə daha sərt xarakter daşıyır. Kreml artıq Ermənistanın müstəqilliyinə son qoya bilmə ehtimallarını irəli sürür. Belə ki, Dövlət Dumasının deputatı Yevgeni Fyodorov Ermənistanın Kremlə xəyanət edəcəyinin, ABŞ və NATO ilə Rusiyaya qarşı savaşda alətə çevriləcəyinin hələ 1991-ci ildən məlum olduğunu vurğulayıb. Və rəsmi İrəvana açıq şəkildə xəbərdarlıq edib. Onun fikrincə, rəsmi İrəvan bundan sonra atacağı addımların nəticələri barədə daha dəqiq düşünməyə çalışmalıdır. Əks halda, Kreml Ermənistanın müstəqilliyinin ləğv edilməsi barədə qərar vermək hüququndan istifadə etmək məcburiyyətində qala bilər. Rus deputat xatırladıb ki, Ermənistan keçmiş SSRİ-nin tərkibindən çıxarkən ciddi hüquqi prosedur səhvlərinə yol verib.
Deputat Yevgeni Fyodorov hesab edir ki, Rusiya həmin mərhələdə baş verənləri təftiş etmək məcburiyyətində buraxılarsa, Ermənistan adlı dövlət xəritədən silinəcək: “Ermənistanın keçmiş SSRİ-dən ayrılması ilə bağlı hüquqi prosedur sona çatdırılmayıb. Ona görə də, əslində, Ermənistan hələ də keçmiş SSRİ-nin tərkib hissəsi statusunu itirməyib və deməli, müstəqil dövlət sayıla bilməz”.
Rusiyalı deputat keçmiş SSRİ-nin artıq dağılmış olsa da, Rusiyanın mövcud olduğunu xatırladıb: “Rusiya keçmiş SSRİ-nin hüquqi varisidir. Bu baxımdan, keçmiş SSRİ-nin tərkibindən hələ tam çıxmamış Ermənistan da əslində, Rusiyanın ərazisidir. Bu baxımdan, beynəlxalq hüquq normaları nəzərə alındıqda, Ermənistan müstəqil dövlət deyil, mübahisəli ərazidir. Rusiya beynəlxalq hüquq normaları çərçivəsində Ermənistan ərazisinə iddia etmək haqqını hələ də qoruyur”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

