/ / Qəbələ III Beynəlxalq Musiqi Festivalının artıq tarixə çevrilməsinə baxmayaraq, dünya səviyyəli bu gözəl tədbirlə bağlı polemika səngimək bilmir
Qəbələ III Beynəlxalq Musiqi Festivalının artıq tarixə çevrilməsinə baxmayaraq, dünya səviyyəli bu gözəl tədbirlə bağlı polemika səngimək bilmir
11.08.2011 [02:30]
Azərbaycanın ev sahibliyi ilə keçirilmiş daha bir mədəniyyət bayramının - Qəbələ III Beynəlxalq Musiqi Festivalının artıq tarixə çevrilməsinə baxmayaraq dünya səviyyəli bu gözəl tədbirlə bağlı polemika səngimək bilmir.
AzərTAc iyulun 15-dən avqustun 5-dək dünyanın musiqi ictimaiyyətinin diqqətlə izlədiyi bu möhtəşəm mədəniyyət bayramına getdikcə artmaqda olan beynəlxalq marağı nəzərə alaraq festivalın bədii rəhbəri, Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, “Şöhrət” ordenli, professor Fərhad Bədəlbəylidən Qəbələ III Beynəlxalq Musiqi Festivalının yekunları ilə bağlı fikirlərini bölüşməyi xahiş edib. Fərhad Bədəlbəyli deyib: “Əvvəla, bu festivalı paytaxtdan kənarda, Azərbaycanın füsunkar guşələrindən biri olan Qəbələdə təşkil etməklə yüzlərlə insana klassik musiqini təbiətin qoynunda canlı şəkildə dinləmək imkanı yaratdığına görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya bütün musiqiçilər adından minnətdarlığımı bildirirəm. Mən bu festivalı Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına təsiri baxımından həm mədəni, həm də siyasi tədbir adlandırardım. Hesab edirəm ki, bu musiqi bayramı mədəniyyət dəyərlərinin təbliği ilə yanaşı, həm də siyasi əhəmiyyətə malikdir.
Biz xarici ölkələrdən gəlmiş musiqiçilərlə süfrə arxasında ümumi söhbətlər apararkən, yol gedərkən, gəzinti zamanı həm də onlara Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlar verirdik. Yəni, Azərbaycan ilə Ermənistan arasında nə baş verib, münaqişənin günahkarı və işğalçı kimdir, ermənilər bu festivalda niyə iştirak etmirlər və digər məsələləri fürsətdən istifadə edərək qonaqlarımıza əhatəli şəkildə çatdırmağa çalışırdıq. çünki festivalla bağlı ölkəmizə gələn qonaqların əksəriyyətinin Azərbaycan həqiqətləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı informasiyası səthi idi. Onların əksəriyyəti Rusiyada, Fransada, Norveçdə, ABŞ-da və digər ölkələrdəki erməni lobbisinin uydurma təbliğatının təsirindən hələ də ayıla bilməmişdilər. Biz faktların, dəlillərin, ən başlıcası xalqımızın yüksək mədəni səviyyəsi sayəsində onların yanlış təsəvvürlərini dəyişməyə nail ola bildik. Etiraf etməliyəm ki, buna o qədər də asanlıqla nail olmadıq. Məsələn, mən özüm imkan yaranan kimi ölkəmizlə bağlı həqiqətləri qonaqlara çatdırırdım ki, onlar azərbaycanlıların sülhsevər bir xalq olduğunu və bizə qarşı tarixi ədalətsizliyə yol verildiyini anlasınlar. Mən xoşbəxtəm ki, festival günlərində bu vacib informasiyanı xarici musiqiçilərə çatdıra bildim.
Qəbələ festivalı çox az sayda olan musiqi tədbirlərindəndir ki, orada Motsartın, Puççininin, çaykovskinin, ü.Hacıbəylinin, Q.Qarayevin əsərləri həm kamera musiqisi zalında, həm də açıq səma altında, qeyri-adi səhnədə, təbii akustikada və uca dağların, sıx meşələrin qoynunda səslənir. Festivalın davam etdiyi günlərdə Qəbələnin əhatə olunduğu dağların səssizliyini musiqi ritmləri pozurdu.
Təxminən 20 gün davam edən Qəbələ III Beynəlxalq Musiqi Festivalı Azərbaycan mədəniyyətini dünyaya təqdim etmək üçün növbəti ən yaxşı fürsət idi və zənnimcə, biz bu istəyimizə nail olduq. Builki festivalın proqramını daha da zənginləşdirərək oraya Azərbaycanla bağlı bir neçə konsertlər də əlavə etdik. Konsertə gələn musiqisevərlər Azərbaycan bəstəkarlarının simfonik əsərlərini, dünya musiqi incilərini dinləyirdilər.
Tamaşaçılar çətin klassik proqramlara da maraqla, diqqətlə qulaq asırdılar. Rusiyalı pianoçu, dostum Denis Matsuyev bəstəkar P.çaykovskinin əsərinin ilk hissəsini ifa etdikdən sonra tamaşaçıların, necə deyərlər, reaksiyasızlığından təəccüblənmişdi. Tamaşaçılar onu ikinci hissənin sonunda alqışladılar. Məşhur pianoçu dedi ki, xarici ölkələrdə tamaşaçılar qüsura yol verərək əsərin birinci hissəsində musiqiçini alqışlayırlar. Azərbaycanda tamaşaçıların musiqini dinləmək və qavramaq bacarığını yüksək qiymətləndirən pianoçu D.Matsuyev ilk dəfə Qəbələ III Beynəlxalq Musiqi Festivalında belə bir hadisənin şahidi olduğunu bildirdi.
Bu festival həm də bir sıra yenilikləri ilə yadda qalacaq. Hər konsertdən əvvəl aparıcı Zəhra Quliyeva 5 dəqiqə ərzində dinləyicilərə yeni səslənəcək əsər, onun müəllifi, nə vaxt və hansı mövzuda yazılması barədə məlumat verirdi. Deməliyəm ki, bu, maarifçilik baxımından çox vacibdir.
Sonsuz minnətdarlıq hissi ilə vurğulamaq istəyirəm ki, son illər Azərbaycanda mədəniyyətin inkişafına dövlətimizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən çox böyük dəstək verilir, ölkədə musiqi ilə bağlı çoxsaylı beynəlxalq tədbirlər keçirilir.
Bu baxımdan Qəbələ Beynəlxalq Musiqi Festivalının artıq gözəl bir ənənəyə çevrildiyini deyə bilərik. Onu da inamla deyə bilərik ki, artıq Qəbələ əyaləti təmsil edən adi bir yaşayış məskənindən milli musiqi ilə klassik musiqinin, Şərq musiqisi ilə Qərb musiqisinin həmahənglik təşkil etdiyi mədəniyyət mərkəzinə çevrilməkdədir. Bu festival günlərində Qəbələ səhnəsində dahi Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin eyni şövqlə səsləndirilməsi, gənc ifaçılarla dünya şöhrətli musiqiçilərin eyni səhnəni bölüşmələri fikrimizə sübutdur. Hələ mən burada klassik və kamera musiqisinin, muğamlarımızın ifasının yaratdığı xoş ovqatı demirəm.
Heydər Əliyev Fondunun öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənən Azərbaycanda zəngin milli irsimizin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirdiyi artıq danılmaz, inkarolunmaz faktdır. Beynəlxalq muğam festivalı, Mstislav Rostropoviç adına musiqi festivalı, üzeyir Hacıbəyli, Dmitri Şostakoviç, Bülbül kimi dahi bəstəkarlar və ifaçıların yubileylərinə həsr olunmuş festivallar buna əyani misaldır. Bu musiqi bayramları arasında özünün möhtəşəmliyi ilə seçilən Qəbələ Beynəlxalq Musiqi Festivalı Azərbaycan və dünya musiqisinin, mədəni dəyərlərin qorunub saxlanılması istiqamətində Heydər Əliyev Fondu tərəfindən atılan növbəti uğurlu addımdır. Bu festival bütün iştirakçılar, xüsusilə də gənc ifaçılar üçün həddindən artıq önəmlidir.
Xüsusi vurğulamaq istəyirəm ki, bu tədbirlərin təşəbbüskarı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən bu tədbirlər ildən-ilə dünyada daha çox tanınır. Fondun təşəbbüskarlığı və yüksək təşkilatçılığı olmasaydı biz heç vaxt bu tədbiri belə uğurla yekunlaşdıra bilməzdik. Ona görə də biz bir daha Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin təşəkkürümüzü bildiririk”.
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

