Qarşıdakı hədəflər...
08.06.2023 [10:40]
Yeni kabinetin ilk iclasından sonra Ərdoğan mühüm mesajlar verdi
İyunun 6-da Türkiyənin yeni hökumətinin ilk iclası keçirilib. Prezident sayrayında keçirilən və 4 saatdan artıq davam etmiş toplantıdan sonra mətbuata açıqlama verən Prezident Ərdoğan bir sıra mühüm məsələlərə toxunmaqla yanaşı, yeni “Türkiyə Əsri” ilə bağlı mesajlar verib.
“Təşəkkür edirəm”...
İlk olaraq seçki prosesinə diqqət çəkən Prezident Ərdoğan prosesin dinc şəkildə tamamlandığını deyib. Vətəndaşların yüksək aktivlik və fəallıqla iradə nümayiş etdirərək öz gələcəyinə sahib çıxdığını söyləyən Prezident Ərdoğan vurğulayıb ki, bu tarixi uğur son 21 ildə həm TBMM, həm də Prezident seçkilərindəki 17-ci seçki zəfəridir: “2014-cü ildən bu yana şərəflə icra etdiyimiz Prezidentlik vəzifəsində daha 5 il xidmət etmək imkanı əldə etdik. Hər iki seçkidə öz iradəsini demokratik şəkildə ifadə edən bütün vətəndaşlarımızı təbrik edirəm”.
Dövlət başçısı bildirib ki, Türkiyə demokratiyası artıq dünyada istinad edilən və həsədlə izlənilən bir mövqeyə yüksəlib. Ərdoğan bununla bağlı xalqa minnətdarlıq edib. “Şəxsimə hər iki seçkidə etimad və sevigilərini göstərmiş 28 milyona yaxın qardaş və bacılarımıza təşəkkürümü bildirirəm. Bizlərə Türkiyənin öz sərhədlərindən daha böyük, daha geniş olduğuna bir daha şahidlik etmək imkanı qazandırmış xaricdə yaşayan dostlarımıza, qardaşlarımıza öz adımdan, ölkəm və millətim adından təşəkkür edirəm”, - deyən Prezident Ərdoğan əlavə edib.
85 milyonluq Türkiyə qalib gəldi...
“Bu seçkilərdə bütün Türkiyə bizimlə və müttəfiqlərimizlə birlikdə qalib gəldi. Siyasi seçimlərindən asılı olmayaraq, 85 milyonluq Türkiyə xalqı qalib gəldi. Bizim “Dünya 5-dən böyükdür” çağırışımızla ürəkləri sızlayan yüz milyonlarla haqsızlığa məruz qalanlar qalib gəldi. Hər seçki dövründə həvəslə ovuclarını ovan böhran həvəskarlarının, minillik qardaşlığımızı pozmaq istəyən fitnə tacirlərinin, əlləri xalqımızın qanına batmış terrorçuların, ən əsası birliyimizi, rifahımızı, bir əsrlik hədəflərimizə və arzularımıza qəsd etmək istəyənlərin xaricində hər kəs qalib gəlib”, - deyən Ərdoğan vurğulayıb: “Seçki demokratiyanın olmazsa olmazıdır - gəlir, gedir”. Əsl məqsəd millətimizin, dövlətimizin birliyi, bütövlüyü, rifahı və gələcəyidir: “Bu o deməkdir ki, ölkəmizdə bir az çəkişməli olan siyasi rəqabətin siyasi ədavətə çevrilməsinə imkan verilməməlidir. Seçki bitdikdən sonra irəliyə baxa bilsək, Allahın izni ilə millət olaraq heç kim biləyimizi bükə bilməz”“.
“Türkiyə Əsri”ni çiyin-çiyinə inşa edəcəyik...
Prezident Ərdoğan səlahiyyətlərinin icrasına başlaması ilə bağlı təntənəli mərasimdə olduğu kimi kabinetin ilk iclasının ardından etdiyi çıxışında da milli birlik mesajları səsləndirib. Dövlət başçısı vurğulayıb ki, son 21 ildə 17 dəfə buna nail olublar: “Mübarizə apardıq, yarışdıq və sonunda seçki qutusundan çıxan iradəyə təslim olduq. “Harada qalmışdıq” deyərək işlərimizin icrasına geri döndük. Bütün vətəndaşlarımızın son seçkilərə də bu rakursdan yanaşmasını istərdim. Unutmayın ki, biz bir yerdə Türkiyəyik. Xaricdəki bacı-qardaşlarımızla birlikdə 100 milyonluq böyük bir ailəyik. Biz əsrlər boyu çox çətin sınaqlardan keçmiş, müstəqillik və gələcəyimiz uğrunda canımızdan əziz bildiklərimizi belə fəda edən millətik. “Türkiyə Əsri”ni də çiyin-çiyinə inşa edəcəyik. Türkiyədən və xarici ölkələrdən olan 5 mindən çox qonağın iştirakı ilə səlahiyyətlərimizin icrasına başlanması ilə bağlı mərasimimiz keçirildi. Mərasimə ölkə xaricindən qatılan qonaqların sayı və səviyyəsi bizi qürurlandırdı. Paytaxtımıza dünyanın 80-nə yaxın ölkəsindən 20 dövlət başçısı, 5 vitse-prezident, 12 parlament sədri, 14 baş nazir, 7 baş nazirin müavini, 20 nazir və 6 beynəlxalq təşkilat nümayəndəsi, o cümlədən 7 keçmiş dövlət və hökumət başçısı qonaq oldu”.
BMT Baş Assambleyasını xatırladan mənzərə...
“Başda qardaşlarım olmaq üzrə mərasimdə iştirak edən bütün dövlət və hökumət başçılarına təşəkkür edirəm”, - deyən Prezident Ərdoğan mərasimdə nümayiş etdirilən birlik tablosunu böyük hadisə kimi qiymətləndirib: “Mərasimdə Türkiyənin bütün gözəlliyini, sosial quruluşunun bütün rənglərini birlikdə müşahidə etdik. Sərvətimiz olan bu fərqliliklərin qorunub saxlanması Türkiyənin işıqlı gələcəyi üçün əvəzsiz şərtdir. Dünyanın hər yerindən gələn xarici qonaqların tədbirdəki iştirakının isə güclü və qüdrətli Türkiyənin yeni təzahürü olduğuna inanıram. BMT Baş Assambleyasını xatırladan o mənzərənin anlayanlar üçün bir xeyli mənası var. Hökumətlərimiz dövründə ölkəmizin yumşaq gücünün və təsir dairəsinin yetişdiyi imkanlar beləcə ortaya çıxdı. Siyasət kimi diplomatiyaya da dar stereotiplərlə yanaşanlar Türkiyənin xarici siyasəti ilə bağlı iddialarının əsassız olduğunu anladı. Türkiyənin Türkiyədən böyük olduğunun bir daha şahidi olduq. Ümid edirik ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün xalqımız, 85 milyon insanımız bundan şərəf və qürur duyacaq. Hesab edirik ki, buradakı mesajlar müxalifət tərəfindən yaxşı dəyərləndirilməlidir. Ümid edirik ki, müxalifət səhvlərindən ibrət dərsi alaraq vətənimizin, millətimizin gələcəyi ilə bağlı məsələlərdə daha həssas davranacaq, daha çox Türkiyəyönümlü yanaşmanı mənimsəyəcək”.
Konstitusiya dəyişikliyi təklifi yenidən parlamentin müzakirəsinə təqdim ediləcək
Konstitusiya dəyişikliyi təklifinin parlamentə təqdim ediləcəyini deyən Prezident Ərdoğan Ailə və Gənclik Bankının yaradılmasından tutmuş cəmiyyətin əsas sütunu olan ailələrin qorunmasına qədər hər cür addımın atılacağını diqqətə çatdırıb. “Bununla bağlı seçkilər öncəsi gündəmə gətirdiyimiz Konstitusiya dəyişikliyi təklifimizi yenidən parlamentin müzakirəsinə təqdim edəcəyik. Qara dəniz qazı ilə başlatdığımız, Qabar nefti ilə irəliyə apardığımız, Akkuyu Atom Elektrik Stansiyası ilə yeni bir mərhələyə qədəm qoyduğumuz enerji planlarımızı davam etdirəcəyik”, - deyən dövlət başçısı qarşıdakı dönəmdə sosial siyasətin hədəflərini də açıqlayıb. Səhiyyə sahəsinə xüsusi diqqət ayrılacağını, təhsillə bağlı addımların davam etdiriləcəyini, sürətli, effektiv və keyfiyyətli xidmət göstəriləcəyinin təmin olunacağını, terror təşkilatlarına və digər ziyanlı ünsürlərə qarşı mübarizənin daha da gücləndiriləcəyini söyləyən R.T.Ərdoğan Cudini, Qabarı, Tendürəki əsla terrorçuların ixtiyarına buraxmayacaqlarını bildirib. Vurğulayb ki, əlillərin, qocaların, şəhid ailələrinin, qazilərin yanında daha güclü şəkildə yer alacağıq.
Zəlzələdən ziyan görmüş vətəndaşlarla bağlı məsələyə də toxunan Prezident Ərdoğan birinci ildə 319 min olmaqla, ümumilikdə, 650 min evin tikiləcəyini diqqətə çatdırıb: “Zəlzələ bölgəsindəki şəhərlərimizi iqtisadi, ticari, sosial və mədəni baxımdan əvvəlkindən daha yaxşı vəziyyətə gətirəcəyik. İnvestisiyaya, istehsala, ixraca, məşğulluğa xüsusi diqqət ayıraraq Türkiyə iqtisadiyyatını daha da genişləndirəcəyik”.
““Türkiyə Əsri” ilə bağlı planlarımızı addım-addım həyata keçirəcəyik”
Prezident Ərdoğan yeni kabinetin birinci iclasından sonra mətbuata açıqlamasında “Türkiyə Əsri”nin bəzi hədəflərini və planlarını da bölüşüb. O bildirib ki, “Türkiyə Əsri” ilə bağlı planlarımızı addım-addım həyata keçirəcəyik: “Müharibədən və terror təşkilatlarının hücumlarından xilas olmaq üçün ölkəmizə sığınan qardaşlarımızın təhlükəsiz və könüllü olaraq vətənlərinə dönmələrini təşviq edəcəyik. Hər halda, Türkiyənin Boraltan körpüsü faciəsi kimi 10 illərlə silinməyəcək yeni hadisələr yaşamasına səbəb olmayacağıq. Təşəbbüskar, humanitar, aktiv xarici siyasətimizi davam etdirməklə qlobal miqyasda sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyik. Beynəlxalq sistemdəki təhriflərin aradan qaldırılması üçün səylərimizi artıracağıq. Millətimizlə birgə dünyaya verdiyimiz mesajı - “Türkiyə Əsrin”ə dair planlarımızı addım-addım həyata keçirəcəyik. Atacağımız addımlar çox əhəmiyyətlidir”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
25 Sentyabr 23:45

Xəbər lenti
25 Sentyabr 19:57

Xəbər lenti
25 Sentyabr 19:28

Xəbər lenti
25 Sentyabr 18:55

Xəbər lenti
25 Sentyabr 18:53

Xəbər lenti
25 Sentyabr 18:44

Siyasət
25 Sentyabr 18:03

Xəbər lenti
25 Sentyabr 17:53

Xəbər lenti
25 Sentyabr 17:20

Xəbər lenti
25 Sentyabr 17:17

Xəbər lenti
25 Sentyabr 17:09

Siyasət
25 Sentyabr 17:07

Xəbər lenti
25 Sentyabr 17:06

Siyasət
25 Sentyabr 17:05

Xəbər lenti
25 Sentyabr 17:04

Gündəm
25 Sentyabr 17:01

Xəbər lenti
25 Sentyabr 16:41

Xəbər lenti
25 Sentyabr 16:35

Gündəm
25 Sentyabr 16:33

Xəbər lenti
25 Sentyabr 16:17

Xəbər lenti
25 Sentyabr 15:26

Siyasət
25 Sentyabr 15:15

Xəbər lenti
25 Sentyabr 15:13

Xəbər lenti
25 Sentyabr 15:07

Xəbər lenti
25 Sentyabr 14:48

Xəbər lenti
25 Sentyabr 14:40

Xəbər lenti
25 Sentyabr 14:28

Xəbər lenti
25 Sentyabr 14:06

Xəbər lenti
25 Sentyabr 13:36

Mədəniyyət
25 Sentyabr 13:18

Xəbər lenti
25 Sentyabr 13:17

Xəbər lenti
25 Sentyabr 12:55

Xəbər lenti
25 Sentyabr 12:45

Xəbər lenti
25 Sentyabr 12:41

Xəbər lenti
25 Sentyabr 12:37

Xəbər lenti
25 Sentyabr 12:35

Xəbər lenti
25 Sentyabr 12:23

Xəbər lenti
25 Sentyabr 11:56

Xəbər lenti
25 Sentyabr 11:36

Sosial
25 Sentyabr 11:34

Xəbər lenti
25 Sentyabr 11:24

Xəbər lenti
25 Sentyabr 11:13

Xəbər lenti
25 Sentyabr 11:10

Xəbər lenti
25 Sentyabr 11:09

Xəbər lenti
25 Sentyabr 10:55

Dünya
25 Sentyabr 10:43

Xəbər lenti
25 Sentyabr 10:40

Xəbər lenti
25 Sentyabr 10:31

Xəbər lenti
25 Sentyabr 10:26

Siyasət
25 Sentyabr 10:01

İqtisadiyyat
25 Sentyabr 09:40

Dünya
25 Sentyabr 09:38

Xəbər lenti
24 Sentyabr 21:21

Xəbər lenti
24 Sentyabr 19:14

Xəbər lenti
24 Sentyabr 16:59

Xəbər lenti
24 Sentyabr 16:11

Xəbər lenti
24 Sentyabr 15:14

Xəbər lenti
24 Sentyabr 14:58

Xəbər lenti
24 Sentyabr 14:47

Xəbər lenti
24 Sentyabr 14:26

Xəbər lenti
24 Sentyabr 14:06

Xəbər lenti
24 Sentyabr 13:39

Xəbər lenti
24 Sentyabr 12:44

Xəbər lenti
24 Sentyabr 12:20

Xəbər lenti
24 Sentyabr 11:53

İdman
24 Sentyabr 11:40

Xəbər lenti
24 Sentyabr 10:16

Xəbər lenti
24 Sentyabr 10:14

Xəbər lenti
24 Sentyabr 10:02

Xəbər lenti
23 Sentyabr 22:28
