Regionun ünkişafı üçün Azərbaycan düsturu
25.07.2023 [10:00]
Hazırda Cənubi Qafqaz regionunun lider dövləti olan, bölgədə sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Digər tərəfdən, ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Bütün bunlarla yanaşı, müstəqil dövlətimizin gücünün artırılması hər zaman ön planda dayanır.
Yeni reallıqlar yeni hədəfləri müəyyənləşdirir
Bu gün Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi beynəlxalq birliyin diqqət mərkəzindədir. Xüsusilə, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Yeni mərhələdə bölgədə sabitlik və əməkdaşlıq mühitinin formalaşması, qarşıdurma və təhdidlərin istisna olunması üçün sülh müqaviləsinin imzalanması vacibdir.
44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmış oldu. Yeni reallıqlar isə regionun sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsi istiqamətində atılan addımlardan ibarətdir. Azərbaycan bu prosesdə həlledici rol oynayır və bu, regionun inkişaf düsturunun əsasını təşkil edir. Məhz bunun üçün də müharibədə Ermənistanı ağır məğlubiyyətə uğratmasına baxmayaraq, Azərbaycan dövləti bölgənin gələcəyi naminə qarşı tərəfə beynəlxalq hüquq normalarına əsaslanan sülh sazişini imzalamağı təklif edib.
Prezident: Regional inkişaf əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır
Azərbaycan öz mövqeyi ilə sülh quruculuğuna mühüm töhfələr verir. Rəsmi Bakının mövqeyi konkret, qəti və birmənalıdır. Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır. Xüsusilə də, ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsipləri əsas götürülməlidir. İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev bildirib ki, regional inkişaf əsasən Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasından asılıdır: “Hazırda bir sıra beynəlxalq təşkilatlar bizə qarşılıqlı qəbul olunacaq həlli tapmaqda yardım etməyə çalışırlar. Bu günə kimi gördüklərimiz odur ki, bütün beynəlxalq təşkilatlar başa düşür ki, bu həllər beynəlxalq hüquqa əsaslanmalıdır”. Dövlətimizin başçısı deyib ki, öz müqəddəratının təyin olunması ərazi bütövlüyü prinsipini kölgədə qoymur. “Ermənistan artıq müstəqil dövlət kimi mövcuddur. Biz BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri döyüş meydanında icra etməli olduq. Beynəlxalq hüququn fundamental prinsipləri var və onlara riayət olunmalıdır”, - deyə Prezident vurğulayıb.
İlin sonunadək...
Ümumiyyətlə, Azərbaycanın regionun gələcəyi ilə bağlı mövqeyi aydındır və beynəlxalq hüquqa əsaslanır. Azərbaycan Prezidentinin dərin strateji diplomatiya siyasəti konkret nəticə və səmərə verir. Regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru addımlar atılır. Hazırda sülh prosesində bir neçə beynəlxalq platforma mövcuddur. Bunlar Rusiyanın, Avropa İttifaqının və Amerika Birləşmiş Ştatlarının vasitəçiliyə aparılan danışıqlardır. Lakin bu gün Ermənistan elə bir ölkəyə çevrilir ki, orada ciddi rəqabət gedir və bu, ciddi problemlər yarada bilər. Dövlətimizin başçısının dediyi kimi, Ermənistan hökumətinin hazırda aydın xarici siyasət strategiyası yoxdur. Bu da onlar üçün ciddi nəticələr yaradacaq.
Hazırda sülh danışıqlarında müəyyən irəliləyişlər mövcuddur. Bunun nəticəsidir ki, Ermənistan Azərbaycanın 86.6 min kvadratkilometr ərazisini tanıdığını bəyan edib. Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda bu haqda bildirib: “Son iki il yarım ərzində bir neçə məqam oldu və onlar birbaşa Ermənistana nümayiş etdirdi ki, bizim ərazi bütövlüyümüzü tanımasalar, biz onların ərazi bütövlüyünü tanımayacağıq. Onlar artıq qəbul ediblər ki, Qarabağ Azərbaycandır. Bunu açıq şəkildə bəyan ediblər və artıq sənədə imza atmaq mərhələsidir. Əgər bu addım atılsa və Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina edilsə, bu sazişin ilin sonunadək imzalanması kifayət qədər mümkündür”.
Beləliklə, bölgədə proseslər Bakının müəyyən etdiyi şərtlər əsasında davam edir. Burada əsas hədəfin regionun sülh və əməkdaşlıq məkanına çevrilməsi olduğunu nəzərə alsaq, bu amil Cənubi Qafqazın inkişaf düsturunu təşkil edir.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35

