Generalların dəyişməsi...
29.08.2023 [10:55]
Hansı mətləblərdən xəbər verir?
BMT TŞ müstəvisindəki son mövqeyi Kremlin də Qarabağdan getmək fikrində olduğunu göstərir
Qarabağdakı Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin ediləcəyi ilə bağlı informasiyalar dolaşmaqdadır. Aleksandr Lentsovun general-mayor Kirill Denisoviç Kulakovla əvəzlənəcəyi deyilir.
Hələlik, təyinatla bağlı Rusiya MN-dən hər hansı açıqlama olmasa da, Ermənistanın “Hraparak” qəzeti teleqram kanallarına istinadən belə bir məlumat yayıb. Qeyd edək ki, bir müddət əvvəl Ermənistan mətbuatı hərbi kontingentin rəhbərliyində dəyişiklik edilməsi ilə bağlı xəbər yayıb və qeyd edib ki, indiki komandan general-polkovnik Aleksandr Lentsov artıq Qarabağı tərk edib. Lentsov bu ilin aprelin 25-də Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı təyin olunmuşdu.
Pedaqoq general...
Kirill Kulakovun kimliyi ilə bağlı müəyyən məlumatlar olsa da, generalın tərcümeyi-halında xüsusi qeyd ediləsi məqama rast gəlmək çətindir. Belə ki, 20 iyul 1969-cu ildə anadan olan Kulokov 1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. Əmək fəaliyyətinə gədikdə isə, Kulakov daha çox pedaqoji fəaliyyəti ilə tanınıb. O, 1995 - 2014-cü illərdə Kazan Ali Hərbi Komandanlıq Məktəbində müəllim işləyib. 2014 - 2017-ci illərdə isə Orenburq kazak briqadasının (Çebarkul) Suvorov, Kutuzov və Aleksandr Nevski adına Qırmızı Bayraq Ordenli 7-ci Əlahiddə Tank Qvardiyasının komandiri kimi fəaliyyət göstərib. 2017-ci ilin martından isə həyatının mühüm bir hissəsini təşkil edən Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiridir.
General-mayor rütbəsi daşıyan Kulakov 2009-cu ildə “Rəşadətli əməyə görə” medalı, 2013-cü ildə Tatarıstan Prezidentinin təşəkkürünü, 2019-cu ildə isə - “Tatarıstan Respublikası qarşısında xidmətlərinə görə” orden və medalı ilə təltif edilib.
Kəşfiyyatçı Lentsov...
Hələki sülhməramlı kontingentin rəsmi komandanı olan general-polkovnik Aleksandr Lentsov isə Kulakovdan fərqli olaraq Rusiya hərbi elitasının ən mühüm personalarından biri sayılır. Müdafiə naziri Şoyqunun ən etibarlı kadrlarından sayılan Lentsov “kabinet generalı” deyildi - onun dosyesinə nəzər saldıqda mühüm xidmətlərini görmək olar. 103-cü hava desant diviziyasının tağım komandiri vəzifəsindən əmək fəaliyyətinə başlayan Lentsov 1979-cu ildə Əfqanıstan müharibəsinin iştirakçısıdır. O, 1980-1982-ci illərdə - hava-desant təlimlərinin təlimatçısı, kəşfiyyat briqadasının komandiri olub. General-polkovnik Lentsov Əfqanıstan müharibəsi ilə yanaşı, Birinci çeçen, İkinci çeçen, Bosniya, Cənubi Osetiya, Donbas və Suriya müharibələrində iştirak edib. 2013-cü ildən 2020-ci ilə qədər Rusiyanın Quru Qoşunları Baş Komandanının müavini vəzifəsini icra edib. 2014-cü ildə general rütbəsini alıb. 2009-2013-cü illər ərzində də Rusiya Hərbi Hava Qüvvələri komandirinin müavini vəzifəsində çalışıb. 22 yanvar 2020-ci ildən ta ki Azərbaycandakı sülhməramlı kontingentə komandan təyin olunan qədər, yəni bu ilin aprelin 25-nə kimi Rusiya Federasiyası Müdafiə nazirinin müşaviri olub.
Laçın postu “müəmması” həllini tapdı...
Əslində, Lentsovun dəyişilməsi xəbəri o qədər də təəccüblə qarşılanmamalıdır. Lentsovun sülhməramlılara rəhbər təyin olunduğu dövrə nəzər salsaq, bu, Laçın dövlət sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ilə eyni vaxta düşür. Bəzi siyasi ekspertlər isə həmin dövrdə Lentsovun təyinatını məhz Laçın postunun leqallaşdırılmasının qarşısını almaq üçün göndərildiyini deyirdilər. Düzdür, həmin vaxt Lentsov bəzi qeyri-müəyyən addımları ilə yadda qalsa da, sonradan Azərbaycanın qəti mövqeyi onun da “əyləcini” basdı.
Sonradan Laçın postunun tam gücü ilə fəaliyyətə başlaması yeni reallıqlar formalaşdırdı - bu reallıqlar isə özlüyündə yeni siyasi situasiyanı da yaratmışdı. Azərbaycan tərəfi özünün ərazi bütövlüyünə tam nəzarət funksiyası həyata keçirir, ölkəyə daxil olan və çıxan hər şeyi diqqətdə saxlayırdı. Son olaraq isə bu məsələ BMT TŞ müstəvisində özünün ən real qiymətini aldı. Beynəlxalq aləm Laçın postunun fəaliyyətinin tam olaraq beynəlxalq hüquqa uyğun şəkildə tənzimləndiyini təsdiqlədi. Beləliklə, Laçın postu “müəmması” da tam olaraq aradan qalxmış oldu.
Sülhməramlıların gedişi dəqiqləşir?
Digər tərəfdən, son dövrlərdə Rusiya sülhməramlılarının birinci xidməti dövründən sonra ərazini tərk edəcəyi ilə bağlı da mühüm anonslar səsləndirilib. Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüs sammitindən sonra jurnalistlərə müsahibəsində bununla bağlı açıq şəkildə fikirlərini bölüşmüşdü. Düzdür, həmin dövrdə Rusiya tərəfi bu məsələyə müəyyən reaksiyalar bildirsələr də, BMT TŞ müstəvisindəki son mövqeyi Kremlin də ərazidən getmək fikrində olduğunu göstərir. Nəzərə alınmalıdır ki, sülhməramlıların Qarabağdakı fəaliyyətinin bitməsinə bir ildən bir az artıq müddət qalır. İndiki halda isə Azərbaycan, bütövlükdə, prosesə nəzarət edir - separatçıların zərərsizləşdirilməsi, Qarabağ erməniləri ilə təmasların formalaşdırılması, Qarabağa gedən tranzit yolların müəyyənləşdirilməsi kimi addımlar artıq sülhməramlıların elə də mühüm əhəmiyyətə malik olmadıqlarını təsdiqləyən amillərdəndir. Belə olan halda Lentsov kimi mühüm bir “poliqon generalını” Qarabağda saxlamaqla Rusiya böyük səhvə yol vermiş kimi görünür - hər halda, müharibə aparan bir ölkə üçün Lentsov kimi “sahə zabiti” daha böyük əhəmiyyətə malik ola bilər. Bu mənada, Rusiya MN-nin gözlənilən qərarı da məntiqli sayılır...
SADİQ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50

