“Acından ölənlər” yardıma niyə yox deyir?
31.08.2023 [10:30]
Separatçı rejimin ənənəvi “humanitar böhran” oyunu pozuldu
Ermənistanın və havadarlarının “humanitar blokada” şousu açıq şəkildə ifşa edildi. Belə ki, Xankəndiyə yardım aparan TIR-larımızın Ağdam yolunda gözləməyə davam etməsi bunu bir daha ortaya qoyur. Xatırladaq ki, yayılan son məlumatlara görə, yardımın erməni əhalisinə çatdırılması ilə bağlı danışıqlar aparılsa da, hələ nəticə yoxdur. Yardımı aparan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Ağdam yolunda çadır quraraq, gecələyiblər.
Araikin “çıxış yolu” - hər adama 1 çörək “nağılı”...
İki gün öncə qondarma “atsax”ın qondarma “rejimbaşıları”nın birgə toplantısı baş tutmuşdu. “Hraparak” qəzetinin yazdığına görə, həmin toplantıda isə son durum müzakirə edilmişdi - orada çıxış edən Bako Saakyan, Arkadi Qukasyan kimiləri yaranan situasiyadakı məsuliyyəti bölüşmək fikrində olmadıqlarını açıq şəkildə bildiriblər. Hətta Araik Arutyunyanın irəli sürdüyü təkliflərə qulaq belə asmayan separatçılar hələ də kimlərəsə arxayın “görünürlər”. Məsələn, Arutyunyan onlara təklif edib ki, Azərbaycanın təklif etdiyi yardımı almasalar ya müharibə etməli, ya da çıxıb getməlidirlər. Araik öz aləmində Qarabağdakı “real” vəziyyəti izah etmək üçün əhaliyə “çörək payı” bölgüsünü təklif edib. Eyni zamanda, digər zəruri məhsulların da “talon” və ya “çek” vasitəsilə “paylanmasını” təklif “edib.
Əlbəttə ki, bu yeni oyundur. Arutyunyan və onun “yandaşları” yenidən beynəlxalq aləmin gözündən pərdə asmaq üçün bu kimi şou düzəltməyə çalışırlar - onlar “sübut etməyə” çalışırlar ki, guya Qarabağdakı erməniəsilli insanlar “acından ölürlər”. Guya indiki məqamda onların “dərdinə dərman” ancaq və ancaq Laçın yolunun Ermənistan tərəfində gözləyən “təxribatçı tırlardır”.
Amma hər kəs belə olmadığını gözəl bilir. Bu kimi “nağıllar” və “iddialar” isə artıq işləmir. Çünki...
Separatçı rejimin “aclıq” şousu...
Sistemləşdirsək:
- Birincisi Qarabağ suveren Azərbaycan torpağıdır və bütün qarabağdakı insanlar da Azərbaycan vətəndaşları sayılır. Beləliklə, dövlət öz vətəndaşına ərzaq, un göndərməsi təbiidir. Onlar Azərbaycan tırlarını ona görə istəmirlər ki, bu, sabah “beynəlxalq format” arzusunda olanların bütün boş xəyallarının üstündən xətt çəkəcək;
- İkincisi, əgər Araik Aratyunyanın iddia etdiyi kimi Qarabağda yaşayan ermənilər “acından ölürlərsə”, niyə bu amil Laçın dövlət sərhəd buraxılış məntəqəsindən istifadə edən ermənilərdə “təzahür etmir” - axı, oradan hansısa bir “acından ölmək üzrə olan” xəstə filan keçməyib;
- Üçüncüsü isə əgər həqiqətən də Qarabağdakı ermənilər acından ölürsə, niyə Azərbaycanın öz vətəndaşlarına göndərdiyi tırların qarşısı məqsədli şəkildə bağlanır. Axı, bu tırlardakı ərzaq onlar üçün iddia etdiklərinə görə “hava-su kimi” lazımlıdır...
Demək ki, bu iddialar hamısı boş iddialardır. Sadəcə olaraq, Araik və ətrafındakılar yaratmağa çalışdıqları mənzərə sayəsində “siyasi dividend” qazanmaq istəyirlər. Xatırladaq ki, eyni oyunu ötən ilin dekabrından başlayan ekoaksiyalar vaxtı da oynamağa çalışmışdılar. Məsələn, o zamalar da talon tətbiqi ideyası vasitəsilə separatçılar “humanitar fəlakətin miqyasını” “göstərməyə” çalışırdılar. Amma onlar unudurdular ki, müasir dövrdə bütün informasiyalar rahat şəkildə əldə edilir, yayılır - yəni bu kimi addımlarla dünyanı aldatmaq mümkün deyildi. Qondarma rejimin “aclıq” bəyanatları sosial şəbəkələrdə ermənilərin Qarabağdakı restoranlarda yeyib-içdiklərini əks etdirən görüntülərlə “müşayət olunurdu”. Artıq vəziyyət o həddə çatmışdı ki, “Erməni İnqilabçı” adlı Teleqram səhifəsində Qarabağdakı ermənilərə çağırışlar edilirdi. Həmin çağrışda deyilirdi ki, “zəhmət olmasa, öz tanışlarınızdan xahiş edin ki, İnstaqram səhifələrində oturduqları restoranlarda yeməkli şəkillərini paylaşmasınlar. Bu, utancverici görünür”.
Əlahəzrət FAKT!
Ermənilərin “acından ölmək” iddiaları avqustun 16-da BMT TŞ müstəvisində də ifşa edilmişdi. Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev qurumun Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya “humanitar böhran”la bağlı müzakirələrdə cavab olaraq bildirmişdi ki, sosial şəbəkələr yerli ermənilərin müxtəlif yubileyləri, toyları, ad günlərini və digər xoş hadisələri qeyd edən müxtəlif videolarla doludur. “Bu videolar onların orada “aclıq çəkmələri” və “humanitar böhrandan əziyyət çəkmələri” barədə deyilənləri qəti şəkildə təkzib edir. Mən ərazimizdəki etnik erməniləri nəzərdə tuturam. Gördüyünüz kimi, insanlar xoşbəxtdirlər, toylarda rəqs edirlər, ad günlərini qeyd edirlər. Budur çox dadlı tort və sair,”- deyə Yaşar Əliyev qeyd etmişdi.
Həmin vaxt Ermənistan və “dəstəkçiləri” bu faktın qarşısında susmaq məcburiyyətində qalmışdılar. Çünki ortada fakt var - bu gün də Azərbaycan həm separatçı rejimi, həm də Ermənistanı fakt qarşısında qoyur. Əgər Qarabağda yaşayan ermənilər acından ölürlərsə, niyə yardımlarımızı qəbul etmirlər. Bu, separatçı rejimin siyasi oyunudur və Azərbaycan nöbəti dəfə bu oyunu pozdu. Özünü beynəlxalq, aləmə “məzlum” qismində qələmə verməklə dünya ictimaiyyətini aldatmağa çalışan erməni separatçıları anlamırlar ki, artıq onların yalanları nəinki yerimir, heç ayaq da tutmur...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

