2 Natalidən...
01.09.2023 [10:30]
Biri xeyir, digəri böhtan yolunda
Luazonun “arzuları”...
Son 10 ayda iki dəfə BMT TŞ çərçivəsində Azərbaycana məğlub olan Fransa açıq şəkildə özünü dünyada rüsvay etməkdədir. Parisin beynəlxalq təşkilatlardakı nümayəndələri ucuz erməni təbliğatını yaymaq üçün özlərinin və ölkələrinin adlarını bədnam edirlər - hətta vəziyyət o dərəcəyə çatır ki, onlar artıq qeyri-ciddi qəbul olunurlar. Bununla belə, ermənipərəst şəbəkə yenə də öz fəaliyyətindən geri durmaq istəmir. Aldığı məğlubiyyətlər onlara dərs olmur.
Bu arada Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin təhlükəsizlik və müdafiə üzrə alt komitəsinin sədri, fransız Natali Luazo Qarabağda yaranmış “humanitar böhran” məsələsi ilə bağlı yeni hay-haray salıb. O bildirib ki, “Dağlıq Qarabağ”da “humanitar fəlakət” var. Azərbaycana qarşı sanksiyalar tətbiq etməyin vaxtıdır”.
Əslində son aylarda bu “tezis” Luazonun leksikonunda özünə əməlli-başlı yer edib - hətta Luazoya və onun “başbilənlərinə” yalan danışdıqları açıq şəkildə sübut edilirsə belə, yenə də “dediklərindən dönmürlər”. Ümumiyyətlə, Luazo artıq bir neçə aydır ki, Qarabağa “diqqətini” intensivləşdirib. Yəqin ki, fransız deputat aldığı əmrlərə əsasən yeni təxribatlar “axtarışındadır”.
Aylardır bitməyən ermənipərəst fəaliyyət...
İki ay öncə, iyun ayında Ermənistana səfər edən Luazo eyni fikirləri səsləndirmişdi. Xatırladaq ki, iyunda Natali Luazonun başçılıq etdiyi nümayəndə heyəti Aİ missiyasının müşahidəçiləri ilə birlikdə Laçın-Xankəndi yolu istiqamətindəki “patrul missiyasını” ziyarət” etmişdi. Ermənistana səfəri zamanı keçirilən mətbuat konfransında Natali Luazo iddia etmişdi ki, Laçın yolunun “bağlanması” qanunsuzdur və buna son qoyulmalıdır.
Qeyd edək ki, Natali Luazonun erməni canfəşanlığı onun Fransanın Avropa Parlamentindəki təmsilçisi olması ilə bağlıdır - Avropa Parlamentində erməni lobbisinin əsas nümayəndələrindən biri olan Luazo əvvəllər Fransa Xarici İşlər Nazirliyində mühüm postlarda çalışıb. 2019-cu ildə Fransa XİN-dəki postunu tərk edən Luazo Avropa Parlamentinə üzv seçilib. Luazo Avropa Parlamentində Azərbaycanın əleyhinə kəskin bəyanatları və ermənilərin müdafiəçisi kimi etdiyi çıxışları ilə tanınıb. Bu dəfə də fransalı deputat qeyri-ciddi çağırışı ilə ermənilərə dəstək vermək istəyib.
Nəyi “əsas” götürür?
Maraqlıdır ki, Luazo nəyi “əsas” götürüb Azərbaycana qarşı sanksiya tələbi irəli sürür? Birincisi, Laçın dövlət sərhəd buraxılış məntəqəsi Azərbaycanın suveren hüquqları əsasında formalaşdırılıb və fəaliyyəti də Fransanın da qoşulduğu beynəlxalq konvensiyalara əsasən tənzimlənir. Əgər Luazo bu postun fəaliyyətində “səhv” tapmaq istəyirsə, demək beynəlxalq konvensiyalara qarşı gəlir. İkincisi, Fransanın da iştirak etdiyi BMT TŞ müzakirələrində Azərbaycanın təklif etdiyi alternativ yol fikri dəstəkləndi - Paris və Avropa Parlamenti bunun “canlı şahididir”. Demək ki, fransız Natali Luazo beynəlxalq təşkilatın məsələdəki mövqeyini belə “heçə saymaq” istəyir.
Luazonun mənasız “çağırışı”...
Luazonun “sanksiya çağırışı” Fransanın post-müharibə dövründə Azərbaycana qarşı apardığı ardıcıl təxribatçı siyasətin davamıdır. Son dövrlərdə bu “siyasət” daha intensiv hal almağa başlayıb - Luazo da öz təmsil olunduğu qurum vasitəsilə bu addımlara dəstək vermək istəyir. Amma fakt-faktlığında qalır - nəinki Luazonun, ümumiyyətlə, Fransanın Azərbaycana qarşı tutduğu mövqe əsassızdır - bütövlükdə beynəlxalq hüquqa qarşı hörmətsizlik bahasına da olsa Fransa yenə də “cəhdlərini” davam etdirməkdən əl çəkmir. Təbii ki, beynəlxalq miqyasda Azərbaycana qarşı oynamağa çalışılan bütün siyasi oyunlar iflasa uğrayır. Rəsmi Parisin son zamanlarda “yardım oyunlarında” iştirak etməsi də şəbəkənin bütövlükdə fəallaşdırılmasından xəbər verir. BMT TŞ “oyunu”, ardından Paris merinin Ermənistana yardım karvan? gətirməsi, indi isə Luazonun sanksiya tələbi hər şeyi ortaya qoyur. Demək ki, son əlac kimi Paris açıq şəkildə separtizmi dəstəkləməyi və beynəlxalq qanunları pozmağı göz önünə alıb. Amma bu da boş xəyalıdr. Luazo unutmamalıdır ki, Azərbaycana qarşı sanksiya “tələbi” sadəcə bir “ermənipərəst çağırışdır” və ondan uzağa gedə bilməz. Bu kimi tələb və çağırıları isə artıq illərdir ki, eşidirik - hətta Fransa Frankafoniya, BMT və bir çox platformalarda buna nail ola bilməyib, hər hansı bir qətnamə qəbul etdirməkdə acizlik çəkib. Bu o deməkdir ki, dünya beynəlxalq hüququ pozmağa çalışan Fransanın əsl məqsədini görür. Azərbaycanın haqlı mövqeyi isə hər zaman olduğu kimi dəstəklənir.
Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb...
Luazo unutmamalıdır ki, dediyi Laçın yolu Azərbaycanın suveren ərazilərindən keçir. Laçın postundan içəri isə Azərbaycan əraziləridir və orda Azərbaycan qanunları hakimdir. Həmin ərazidə yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır. Onların hüquqları da digər Azərbaycan vətəndaşlarının hüquqları ilə eynidir - bunu Azərbaycan Prezidenti dəfələrlə öz nitqində bildirib. Eyni zamanda, Azərbaycan öz vətəndaşları ilə bağlı məsələni digər ölkələrlə və ya təşkilatlarla müzakirə etmək fikrindən uzaqdır. Xatırladaq ki, ötən il baş tutan və Fransa prezidentinin də iştirak etdiyi Praqa görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməklə Ermənistan bununla bağlı bütün qaranlıq qalan sualları “cavablandırdı” - son 4 ayda isə bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanımaqla Luazo kimilərinin canfəşanlığının yersiz olduğunu sübuta yetirdi. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla həm də Qarabağın suveren Azərbaycan torpağı olduğunu təsdiqləyib. Luazonun hansı əsaslarla “sanksiya çağırışı” səsləndirməsi özü “maraq kəsb edir”. Bundansa, Luazo Fransadakı milli-etnik münaqişələrə, adi insan hüquqlarının pozulmasına, islamofobiyaya, etnik zəmindəki qətllərə diqqət ayırsa daha yaxşı olardı...
Qule haqqın, Luazo şərin tərəfində...
Son olaraq bir məsələni də xatırlatmağı vacib bildik - bu ayın əvvəlində Fransa Senatının üzvü Natali Qule ölkəsi adına Azərbaycandan üzr istəmişdi. Natali Qule mətbuata açıqlamasında bildirmişdi ki, Fransanın Qarabağla bağlı hazırki siyasəti erməni diasporunun təsir gücünün göstəricisidir. Bu, həmişə belə olub. Yəni, köhnə ssenari yenə də davam edir. Xanım Qule Fransada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsinin hökumətə müraciət edərək Qarabağdakı qondarma rejimə dəstək verilməsi ilə bağlı tələb irəli sürmələrini qətiyyətlə qınamışdı: “Fransadakı erməni diasporu sülh əleyhinə fəaliyyət göstərir. Onlar görmək istəmirlər ki, Ermənistan Ukraynanın legitim mövqeyinə qarşı Rusiyanı, dünyanın qalan hissəsinə qarşı İranı dəstəkləyir. Fransanın bu cür mövqe sərgiləməsi siyasəti dramatikləşdirərək, seçkilərdə erməni seçicilərdən səs toplamaq məqsədi daşıyır. Onlar həmçinin Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün tarixi torpaqlarını tələb etməsini də dini müstəviyə daşıdılar. Guya ki, “yaxşı erməni xristianlar” “pis müsəlman azərbaycanlılara” qarşı mübarizə aparır. Mən Fransanın bu cür mövqe sərgiləməsinə görə üzr istəyirəm”.
Artıq şərhə ehtiyac yoxdur - Fransanın iki Natalisindən biri haqqı, ədaləti, beynəlxalq hüququ - ümumiləşdirilmiş formada desək, xeyiri, digər isə böhtanı, yalanı - bir sözlə, şəri təbliğ və təşviq etməkdədir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
21 Sentyabr 20:17

Xəbər lenti
21 Sentyabr 20:12

Xəbər lenti
21 Sentyabr 20:10

Xəbər lenti
21 Sentyabr 20:08

Siyasət
21 Sentyabr 19:56

Xəbər lenti
21 Sentyabr 19:53

Siyasət
21 Sentyabr 19:46

Xəbər lenti
21 Sentyabr 19:09

Xəbər lenti
21 Sentyabr 18:27

Xəbər lenti
21 Sentyabr 17:22

Xəbər lenti
21 Sentyabr 16:29

Xəbər lenti
21 Sentyabr 16:26

Siyasət
21 Sentyabr 16:00

Xəbər lenti
21 Sentyabr 15:57

Xəbər lenti
21 Sentyabr 15:29

Siyasət
21 Sentyabr 15:04

Xəbər lenti
21 Sentyabr 14:48

Xəbər lenti
21 Sentyabr 14:11

Siyasət
21 Sentyabr 13:41

Xəbər lenti
21 Sentyabr 13:36

Xəbər lenti
21 Sentyabr 13:24

Xəbər lenti
21 Sentyabr 12:36

Xəbər lenti
21 Sentyabr 12:34

Xəbər lenti
21 Sentyabr 12:32

Xəbər lenti
21 Sentyabr 12:27

Xəbər lenti
21 Sentyabr 12:21

Xəbər lenti
21 Sentyabr 11:46

Xəbər lenti
21 Sentyabr 11:45

Xəbər lenti
21 Sentyabr 11:40

Xəbər lenti
21 Sentyabr 11:40

İqtisadiyyat
21 Sentyabr 11:40

MEDİA
21 Sentyabr 11:35

Analitik
21 Sentyabr 11:33

Xəbər lenti
21 Sentyabr 11:30

Xəbər lenti
21 Sentyabr 11:22

Xəbər lenti
21 Sentyabr 11:20

Siyasət
21 Sentyabr 11:15

Gündəm
21 Sentyabr 11:14

Xarici siyasət
21 Sentyabr 11:12

Siyasət
21 Sentyabr 11:10

Xəbər lenti
21 Sentyabr 11:07

Xəbər lenti
21 Sentyabr 11:00

Xəbər lenti
21 Sentyabr 10:50

Xəbər lenti
21 Sentyabr 10:42

Siyasət
21 Sentyabr 10:36

Xəbər lenti
21 Sentyabr 10:32

Siyasət
21 Sentyabr 10:30

Siyasət
21 Sentyabr 10:22

Siyasət
21 Sentyabr 10:12

Siyasət
21 Sentyabr 10:01

Xəbər lenti
21 Sentyabr 09:44

Xəbər lenti
21 Sentyabr 09:42

Siyasət
20 Sentyabr 23:52

Xəbər lenti
20 Sentyabr 22:42

Xəbər lenti
20 Sentyabr 21:55

Xəbər lenti
20 Sentyabr 21:01

Siyasət
20 Sentyabr 20:56

Siyasət
20 Sentyabr 20:54

Xəbər lenti
20 Sentyabr 20:52

Xəbər lenti
20 Sentyabr 20:49

Xəbər lenti
20 Sentyabr 20:47

Xəbər lenti
20 Sentyabr 20:43

Xəbər lenti
20 Sentyabr 20:41

Gündəm
20 Sentyabr 20:39

Siyasət
20 Sentyabr 20:37

Gündəm
20 Sentyabr 20:33

Xəbər lenti
20 Sentyabr 20:29

Xəbər lenti
20 Sentyabr 20:27

Xəbər lenti
20 Sentyabr 19:35

Xəbər lenti
20 Sentyabr 19:04
