Türkiyə bu gün də Azərbaycanın yanındadır
20.09.2023 [10:10]
2020-ci ildə baş vermiş Vətən müharibəsi dövründə qardaş Türkiyənin ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstək olduqca mühüm əhəmiyyət kəsb edib. Bu, ilk növbədə bir qardaşlıq nümunəsinə çevrilərək bütün dünya üçün örnək xarakter daşıdı. İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Azərbaycanın yanında olan Türkiyənin davranışı yeni geosiyasi vəziyyət baxımından olduqca vacib şərt idi - Prezident Ərdoğan bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Beynəlxalq tribunalarda, xarici dövlətlərdə azərbaycanlılarla çiyin-çiyinə dayanan Türk xalqı erməni yalanlarına, erməni böhtanına qarşı mübarizədə də birgə səylərini ortaya qoydu. Bu amil post-müharibə dövründə xüsusilə böyük vüsət qazandı. Azərbaycan Prezidenti İlham Əliyev qazanılan tarixi qələbəmizdə Türkiyənin rolunu daim yüksək qiymətləndirir. Eyni zamanda, işğaldan azad edilmiş bölgələrə edilən birgə səfərlər, verilən bəyanatlar, imzalanan sənədlər bu birliyi, qardaşlığı daha da ülviləşdirir.
Telefon danışıqları...
Yeri gəlmişkən, dünən Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub. General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb. Türkiyənin milli müdafiə naziri Yaşar Güler isə Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib: “Türkiyə hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındadır”.
Sentyabrın 19-da müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak arasında da telefon danışığı olub. Telefon danışığı zamanı Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri barədə müzakirələr aparılıb. Qardaş ölkə Türkiyənin, hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğu xüsusi vurğulanıb.
Şuşa Bəyannaməsi - regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd
Ümumiyyətlə, son illərdə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmini üçün bir sıra birgə addımları ilə seçilən, yeni siyasi situasiyanın formalaşdırılmasında əhəmiyyətli rola malik olan Türkiyə - Azərbaycan birliyi region üçün yeni perspektivlər formalaşdırır. Bununla bağlı hətta beynəlxalq ekspertlərin belə rəyi yekdildir - hər kəs Azərbaycan ilə Türkiyə arasındakı hərbi müttəfiqliyin bölgəyə sabitlik, inkişaf və təhlükəsizlik gətirəcəyinə əmindir. 2021-ci ilin iyununda imzalanan Şuşa Bəyannaməsi postmünaqişə dövründə hərbi-siyasi təhlükəsizliyə və müttəfiqlik münasibətlərinin daha da gücləndirilməsinə hədəfləndi. Bəyannamə regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd, həmçinin qardaş ölkələrin strateji tərəfdaşlığının zirvəsi sayılır. Bu kimi müqavilələr iki ölkənin yeni hərbi-siyasi təhlükəsizlik çətiri formalaşdırması - yeni milli və regional təhlükəsizlik mexanizmi yaratması formuluna çevrilir. Eyni zamanda, Bəyannamə bütün sferalarda geosiyasi təhlükəsizliyi təmin edir - hərbi təhdidlərə qarşı birgə mübarizə platforması formalaşdırır. İki ölkənin sıx əməkdaşlığı və birgə təşəbbüsləri regionda çoxşaxəli qarşılıqlı faydalı işbirliyinin dərinləşməsində, inteqrasiyanın sürətlənməsində vacib rol oynayır. Bütövlükdə, bölgədə qlobal əhəmiyyətli yeni geostrateji konfiqurasiyanın formalaşmasında Azərbaycan-Türkiyə müttəfiqliyi aparıcı amil kimi çıxış edir. Beləliklə, 2021-ci ilin və son 100 ilin ən mühüm hadisələrindən olan Şuşa Bəyannaməsinin icrası regionun geostrateji arxitekturasının daha da gücləndiriməsinə yol açır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50

