Növbəti ikili standart
21.09.2023 [10:22]
Azərbaycan mülki vətəndaşları hədəfə almır...
Ermənistan isə 2020-ci ildə xaincəsinə Gəncəni, Bərdəni, Tərtəri raket atəşinə tutmuşdu
Azərbaycanın Qarabağ iqtisadi rayonunda apardığı lokal antiterror tədbirləri bir sıra ermənipərəst mərkəzlər, o cümlədən anti - Azərbaycan fəaliyyəti ilə məşğul olan “siyasi dairələr” tərəfindən şantaj edilir, hədəfə alınır. Aparılan yalan təbliğat kampaniyasının əsassız və qərəzli olması ilk baxışdan ortadadır. Guya Azərbaycanın lokal antiterror tədbirləri zamanı “mülki şəxsləri hədəfə götürməsi” kimi qərəzli məlumatlar yayan, buna münasibət bildirən Qərb siyasətçiləri növbəti dəfə məsələyə fərqli don geyindirməyə çalışıb.
Erməni “mənbələrinə” istinad edənlər...
İlk növbədə vurğulanmalıdır ki, belə “informasiyalar” yayan həmin “siyasi ekspertlərin” xəbər mənbəyi bəllidir - onlar ermənilərə “istinad” edərək bu kimi birtərəfli və yalan xəbər yaymaqla məşğuldurlar. Halbuki xəbər istehsalının və yayımının ən ümdə şərtlərindən biri tərəfsizliyin qorunması, hər iki tərəfin mövqeyinə nəzər yetirilməsidir. Məsələn, Azərbaycanın Müdafiə Nazirliyi sentyabrın 19-da gün ərzində dəfələrlə rəsmi məlumatlar yayaraq, brifinqlər təşkil edərək baş verənlərlə bağlı dolğun informasiyalar çatdırıb - həmin informasiyalarda isə açıq şəkildə bildirilib ki, Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır. Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Eyni zamanda, məhv edilən hərbi hədəflərin videogörüntüləri də yayımlanır. Bütün bunlar isə erməni mənbələrinə istinad edən həmin qərbli siyasi ekspertlərin yenidən ikili standartlara müraciət etdiklərini təsdiqləyir.
Mülki əhalinin zərər çəkməməsi üçün bütün tədbirlər görülüb
Bəli, Azərbaycan birmənalı olaraq mülki əhalinin zərər çəkməməsi üçün bütün lazımi addımları atıb və atır. Məqsədli şəkildə dezinformasiyalar yayan həmin şəxslər və “dairələr” son iki gündə Azərbaycanın rəsmi strukturlarının yaydıqları informasiya bülletenlərinə nəzər salsaydılar, arqumentsiz ifadələrinin məsuliyyətsizliyini görər və dərk edərdilər. Məsələn, Azərbaycanın Müdaifə Nazirliyinin yaydığı məlumatda yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsinin nəzərə alınaraq ərazidə olan mülki əhaliyə hərbi obyektlərdən kənar durmaq və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamaq şəklində çağırışlar ünvanlanıb. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilib və məlumat vərəqələri paylanılıb. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizəsinin və müdafiəsinin təşkili aktuallaşdırılıb. Eyni zamanda, rəsmi məlumatda qadınlara, uşaqlara, qocalara, habelə fiziki məhdudiyyətli şəxslərə və xəstələrə lazımi tibbi və digər yardımların göstəriləcəyi, onların içməli su və ərzaqla təmin olunacağı öz əksini tapıb. Hətta əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələrinin yaradıldığı da bəyan edilib.
Bəzi Qərb siyasətçilərin danışdıqları yalanlar isə növbəti dəfə erməni məkri ilə Azərbaycana qarşı kampaniya aparmaq istəyənlərin əsl simasını ortaya qoyur. Qeyd edilənlər bir daha onu sübut edir ki, Azərbaycan heç bir halda mülki əhaliyə xələl gətirilməsini istəmir və bunun üçün Silahlı Qüvvələr öz üzərinə düşən vəzifələri yerinə yetirirlər.
2020-ci ildə azərbaycanlı mülki vətəndaşlara edilən xain raket hücumları...
Maraqlıdır ki, mülki əhalinin “təəssübünü” çəkən Qərb siyasətçiləri 2020-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən mülki əhalinin hədəfə götürülməsinə, Gəncə, Bərdə və Tərtərin vəhşicəsinə atəşə tutulmasına niyə münasibət bildirməyiblər və bu gün də bildirmirlər. Yüzlərlə mülki şəxsin, hətta döyüş zonasından 100 kilometrlərlə uzaqda yaşayan günahsız dinc insanların Ermənistan tərəfindən qətl edilməsi haqda niyə danışılmır? 2020-ci ildə Gəncədə və Bərdədə raket atəşi nəticəsində günahsız körpələr, qocalar, qadınlar həyatını itirmişdi - niyə həmin mərkəzlər və ya dairələr bir dəfə bu fakta müraciət etmədi? Amma bu gün Ermənistanın apardığı şər-böhtan kampaniyasına “dəstək” olaraq ikili standartdan çıxış edirlər. Bu, ölkəmizə qarşı növbəti qərəzin və ikili standartın bariz nümunəsidir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
05 May 19:21
Dünya
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43

