16 avqust fiaskosu təkrarlanacaq?
21.09.2023 [11:10]
Fransa BMT TŞ-də növbəti rüsvayçılıq astanasında
Özünü yeri gəldi-gəlmədi demokratik ənənələr ölkəsi kimi təqdim edən Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə, sülhyaratma prosesinə münasibətdə yanaşması demokratiya anlayışına və ədalət prinsipinə tamamilə ziddir. Ermənistanı “kiçik bacı” adlandıran Fransanın prezidenti Emmanuel Makron başda olmaqla digər yüksək səviyyəli rəsmiləri, parlament təmsilçiləri 44 günlük müharibədən əvvəlki dövrdə olduğu kimi, postmüharibə mərhələsində də bu ölkənin regionda sülhə və təhlükəsizliyə xələl gətirən davranışlarına, manipulyasiya cəhdlərinə haqq qazandırırlar. Ayrı-ayrı hallarda isə Fransa bir dövlət olaraq sülhyaratma prosesinə, regionda sabitliyin təmin olunmasına qarşı yönələn proseslərdə birbaşa yer alır. Açıq-aydın görünür ki, Emmanuel Makron və onun komandasında yer alanlar güclü erməni lobbisinin girovluğunda qalıblar. Onlar siyasi karyeralarının perspektivlərini düşünərək Fransada seçiciləri pulla ələ almaq imkanına malik olan erməni lobbisinin çaldığı havaya qol götürüb oynayırlar. Bütün bunlar isə BMT TŞ-nin daimi üzvü olan Fransanın nüfuzuna xələl gətirməyə bilməz. Yeri gəlmişkən, Fransa Azərbaycanın konstitusiya quruluşunu bərpa etmək məqsədilə Qarabağ bölgəsində apardığı lokal antiterror tədbiri ilə əlaqədar BMT TŞ-nın iclasının çağırılmasını istəyib.
Davam edir...
Erməni lobbisinin təsiri ilə Fransada riyakar və məsuliyyətsiz dövlət olan Ermənistanın hər məsələdə dəstəklənməsinin pis ənənəyə çevrildiyini təsdiqləmək üçün təkcə son illərə aid bir neçə faktı yada salmaq kifayətdir. Xatırladaq ki, 2020-ci ilin noyabr ayında Fransa Senatı qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyinin” tanınması barədə qətnamə qəbul etmişdi. Aradan iki il vaxt ötüb. Dəyişən isə heç nə yoxdur. Məlum qətnaməni Senatın arxivində toz basmaqdadır. “Dağlıq Qarabağ respublikasının müstəqilliyi” isə dünya çapında ümumiyyətlə yada düşmür, müzakirə predmeti deyil və bundan sonra da belə olacaq.
Ölkənin siyasi hakimiyyətinin verdiyi siqnallardan ruhlanan Fransa Senatı və Milli Assambleyası ötən ilin sonlarında respublikamıza qarşı yeni qərəzli qətnamələr qəbul etdilər. Bu qətnamələrdə Avropanın enerji təhlükəsizliyində getdikcə daha çox yer alan Azərbaycana qarşı sanksiyaların tətbiq olunması və digər cəfəng iddialar yer alırdı. Fransa bir böyük bacı kimi Ermənistanın başını sığallamaq cəhdini növbəti dəfə Tunisin Cerba şəhərində baş tutan Beynəlxalq Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində nümayiş etdirdi. Nə qədər qəribə görünsə də, fransız dilinə və mədəniyyətinə aid olan bir tədbirdə yenə də təcavüzkar Ermənistanın siyasi ambisiyalarının müzakirə predmetinə çevrilməsinə cəhdlər göstərilib. Lakin qurumdakı Azərbaycana dost dövlətlər tədbirin qətnamə layihəsində yer alan ölkəmizə qarşı müddəalara kəskin etirazlarını bildiriblər. Bununla da qətnamə layihəsində Azərbaycanı birbaşa hədəf alan hər hansı ifadənin daxil edilməsinə imkan verilməyib.
Fransaya üzqaralığı gətirən belə faktların siyahısını uzatmaq da mümkündür. Bu ölkənin BMT Təhlükəsizlik Şurası rəzaləti isə bədnam faktların siyahısında xüsusi yer tutur. Fransanın ötən ilin dekabrında BMT TŞ-da Azərbaycan əleyhinə sənəd qəbul etdirməyə çalışması bu ölkənin Cənubi Qafqazda sülhyaratma prosesinə hansı niyyətlə qoşulmaq istəyini bir daha ortaya qoydu. Yenə də Azərbaycanın beynəlxalq səviyyədə apardığı uğurlu diplomatik fəaliyyət Paris-İrəvan tandeminin cəhdlərini darmadağın elədi. Bu proses sözün əsl mənasında Fransa üçün böyük rüsvayçılıqla nəticələndi. BMT TŞ-nın daimi üzvü və dekabr ayında TŞ-nın sədri statusunu daşıyan Fransa bütün resurslarını səfərbər etsə də, Azərbaycan əleyhinə olan sənədi qəbul etdirə bilmədi. Halbuki Emmanuel Makronun komandası bədnam sənəd üzərində günlərlə gecə və gündüz çalışmışdı.
Fransa və Ermənistan bacıları növbəti BMT TŞ rəzalətini cari il avqustun 16-dayaşadılar. Təhlükəsizlik Şurasının bəhs olunan iclası Ermənistanın Qarabağda “yaşanan” “humanitar böhran” iddiası əsasında baş tutdu. Əlbəttə ki, daim bu ölkənin yanında yer alan Fransanın dəstəyi ilə. Müzakirələrin sonunda isə hər iki ölkənin gözləntiləri puç oldu. İclasda ölkəmizə qarşı heç bir sənəd qəbul olunmadı. Əksinə müzakirələr respublikamızın prinsipial yanaşmasına hörmət ruhunda keçdi.
Fransa bu dəfə də məyus olacaq
Belə görünür ki, Fransa BMT TŞ-nin bundan əvvəl keçirilən iclaslarında üzləşdiyi rüsvayçılıqlardan nəticə çıxarmayıb. Əks halda bu ölkə yenidən Təhlükəsizlik Şurasına ədalətli mövqe tutan Azərbaycandan növbəti dəfə şikayətçi düşməzdi. Görəsən, E.Makronun komandası bu dəfə hansı möcüzənin baş verəcəyinə ümid bəsləyir? Möcüzə baş verməyəcək. Fransanın TŞ-nın gözlənilən iclasında da fiaskoya uğrayacağına heç bir şübhə yoxdur. Ən azından ona görə ki, Təhlükəsizlik Şurasında Azərbaycanla sıx əməkdaşlıq edən ölkələr də var. Bundan başqa, Rusiya nümayəndəsinin avqust islasında olduğu kimi, yenə də Fransanın istəyini təmin etməyəcəyini bəri başdan söyləmək mümkündür.
Sonda Fransaya onu da xatırlatma edək ki, Azərbaycanın Qarabağ bölgəsində başladığı lokal antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Razılığa Azərbaycanın şərtlərinin yerinə yetirilməsi müqabilində gəlinib. Əldə olunan razılığa əsasən Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Eyni zamanda, Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçiriləcək. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlamasında bildirilib. Qeyd olunub ki, Prezident Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.
Beləliklə, Fransa və Ermənistan BMT TŞ-nin gözlənilən iclasında növbəti fiaskonu gözardı etsinlər. Bütün baş verənlərdən sonra Fransa BMT TŞ rəzalətini gələcəkdə yenə də davam etdirəcəkmi? Axı ziyanın yarısından qayıtmaqda da bir fayda var...
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

