100 ilin ədalətsizliyi...
21.09.2023 [11:15]
Xankəndi de-fakto əsl adına sahib çıxacaq!
İmperialist güc mərkəzlərinin məkrli ssenariləri əsasında tarixi Azərbaycan ərazilərinə köçürülən və burada hər cür təminatlarla əhatə olunan ermənilər ərazilərimizdə kədərli izlər qoyublar. Onlar özlərinə xas olan riyakarlıqla tarixi abidələrimizi də adlarına çıxıblar, bu mümkün olmadıqda isə onları məhv ediblər. Hətta ermənilərin ayrı-ayrı ərazilərdə torpağa xaçlar basdırmaları barədə lətifələr də formalaşıb. Bir neçə ildən sonra hansısa bir kilsədən xaçların basdırıldığı ərazilərin xəritələri aşkarlanır və bu “mənbə” əsasında iddia olunur ki, həmin ərazilər “ən qədim xalqlardan olan” ermənilərə aiddir. Ermənilərin tarix boyunca torpaqlarımızda qoyduqları belə kədərli izlərdən biri də toponimlərimizin dəyişdirilərək erməniləşdirilməsi ilə bağlıdır.
Xankəndi necə Stepanakert oldu?
Tarixi mənbələrə əsasən, Xankəndi XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının başçılarının - xanların istirahəti üçün salınıb. Xanların fəaliyyətinə uyğun şərait yaradılması üçün istirahət məskəni xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində planlaşdırılır. Bu zaman istirahət məskəninin xanlığın digər vacib şəhər və kəndlərinə, o cümlədən Ağdama, Xocalıya, Malibəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Bəhs olunan məntəqələrin hamısında istisnasız olaraq azərbaycanlılar yaşayırdılar. İlk vaxtlarda yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında məhz bu adla tanınıb: Xanın kəndi. Az vaxt ötəndən sonra isə “Xanın kəndi” “Xankəndi” adını alıb. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimə hədiyyə olunub.
Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən çox sayda erməni ailəsinin Qarabağda, o cümlədən də Xankəndidə yerləşdirilməsinə baxmayaraq, yaşayış məntəqəsinin tarixi adı uzun müddət saxlanılıb. Keçmiş sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekret verib. Həmin dekretlə Xankəndi vilayətin mərkəzi elan olunub. 1923-cü ilin sentyabrında şəhər Stepan Şaumyanın şərəfinə “Stepanakert” adlandırılıb.
Tarixi ədalətsizliyə son qoyulur
Tarixi “Xankəndi” toponiminin saxta “Stepanakert”lə əvəzlənməsi 1923-cü ildə Moskva tərəfindən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi təyin edilən Sergey Kirovun təşəbbüsü ilə baş tutub. Stepan Şaumyanın kimliyi bəllidir. O, daşnak-bolşevik olub. Bu şəxs zamanında 20 mindən çox azərbaycanlının qətlinə birbaşa rəhbərlik edib, Bakıda diktatura rejimi qurub. Bakının erməniləşdirilməsi onun mənfur planlarına daxil idi. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu tərəfindən şəhər daşnak-bolşevik birləşmələrindən azad edilməsə idi, bu plan baş tutacaqdı.
Zaman hər şeyi öz yerinə qoyur. Xankəndi toponiminə edilən erməni xəyanəti də tarixin arxivinə qovuşmaqdadır. Ötən əsrin səksəninci illərinin sonu, doxsanıncı illərinin əvvəllərində keçmiş ittifaq məkanında baş verən məlum proseslər fonunda respublikamızda da milli oyanış hərəkatı geniş vüsət aldı. Həmin dövrdə Azərbaycan cəmiyyəti həmçinin Qarabağda yaşayan ermənilərin Azərbaycandan ayrılmaq tələbinə kəskin təpkilər göstərirdi. O vaxtkı mərkəzi və yerli hakimiyyətin qadağalarına baxmayaraq, Bakıda və respublikanın digər bölgələrində ermənilərin separatçılıq əməllərinə qarşı izdihamlı mitinqlər keçirilirdi. Azərbaycan ictimaiyyəti həmçinin tarixi yer adlarımızın bərpasını tələb edirdilər. Cəmiyyətin tələbini nəzərə alan Azərbaycan SSR Ali Soveti 1991-ci ildə bəhs olunan yaşayış məntəqəsinin tarixi adının - Xankəndinin bərpa edilməsi ilə bağlı qərar imzaladı.
Ötən dövrdə Xankəndidə “lövbər” salan separatçı rejim “Xankəndi” toponimini inkar edib və yalnız qondarma “Stepanakert” adından istifadə edib. Həmçinin ayrı-ayrı dairələr də qərəzçilik edərək Azərbaycanın tələblərini nəzərə almadan “Stepanakert” sözünün işlədilməsinə üstünlük veriblər.
Ancaq bu keçici bir mərhələdir. Azərbaycan öz ərazisində separatizmin kökünü birdəfəlik kəsməkdə və Qarabağ bölgəsində konstitusyon quruluşunu bərpa etməkdə qərarlıdır. Bu məqsədlə bəhs olunan bölgədə bu günlərdə antiterror tədbirləri görülüb. Bu tədbirlərin nəticəsi olaraq əldə olunan razılaşma onu deməyə əsas verir ki, Azərbaycanın separatçıların yuva qurduqları ərazilərdə də özünün suverenliyini təmin etməsinə az qalıb. Beləliklə, 100 ildən sonra Xankəndi toponiminin de-fakto statusunun bərpasına sayılı günlər qaldığı fikrini qətiyyətlə ifadə edə bilərik. Nəhayət, 100 ildən sonra tarixi ədalət öz yerini tutacaq.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

