Vaşinqtondan Brüsselə, Moskvadan Pekinə kimi...
26.09.2023 [10:09]
Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqaz regionunun iqtisadi, siyasi və humanitar mərkəzi funksiyasını yerinə yetirir. Şübhəsiz ki, bunu təmin edən başlıca strateji faktor həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu, dünyada ildən-ilə artan nüfuz, ölkəmizə dünya dövlətlərinin inamı və etimadıdır. Xüsusilə də, praqmatik xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirib. Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycanın daxili və xarici siyasət kursunu, dünya siyasi arenasında yeri və rolunu xarakterizə edərkən ölkəmizin beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış etməsini xüsusi olaraq vurğulamaq lazımdır. Ümumiyyətlə, ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli, hətta bir-birinə zidd olan siyasi qütblərin müzakirə meydanına çevrilir, beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə də, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi xarici siyasət kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır.
Sülhpərvər və tərəqqini hədəfləyən mövqe...
Təsadüfi deyil ki, bu amil Azərbaycanın qlobal səviyyədə dəstəklənməsində də mühüm yerə malikdir. Məsələn, son 11 ayda Fransanın ölkəmizə qarşı təşkil etməyə çalışdığı beynəlxalq təzyiq kampaniyası bir neçə fərqli platformada iflasa uğradı - istər Fransanın özünün patronajlığında olan Frankofoniyada yaşanan məğlubiyyət, istərsə də BMT TŞ müstəvisində ölkəmizə qarşı 3 dəfə edilməsinə çalışılan haqsızlıq cəhdinin əməlli-başlı fiasko ilə nəticələnməsi, istərsə də sonuncu dəfə Avropa İttifaqı müstəvisində aparılmasına çalışılan “imzatoplama kampaniyası”nın uğursuzluğu çox şeydən xəbər verir. Bütün hallarda bu kimi anti-Azərbaycan kampaniyalarının qarşısı ölkəmizin dostları tərəfindən alınıb. Azərbaycanın dostlarının yaranan təhlükələrlə bağlı tədbirlər isə bir mühüm qənaətə gətirib çıxarır - yaxın və etibarlı tərəfdaş, dost olan Azərbaycan hər zaman hər bir ölkəyə yalnız və yalnız bacardığı köməyi, yardımı edib. Azərbaycan istər yaxın qonşuları arasında, istərsə də geniş geosiyasi məkanda dostluq, əməkdaşlıq və etibarlı tərəfdaşlıq məkanı kimi şöhrət tapıb. Bu kimi mühüm fəaliyyəti ilə Azərbaycan həm də beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Dünyada sivilizasiyalararası qarşıdurmaların, müxtəlif humanitar böhranların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir şəraitdə Azərbaycan sabitliyi, sülhpərvər və tərəqqini hədəfləyən mövqeyi ilə dünyada nümunəyə çevrilir.
Azərbaycan “master klas” keçdi...
Bu fakt hər zaman beynəlxalq mühitdə də yüksək qiymətləndirilir. Azərbaycanın yürütdüyü siyasətin, yaratdığı işgüzar və iqtisadi cəlbedicilik mənzərəsinin qlobal Şərq-Qərb əməkdaşlığında tutduğu yer hər zaman təqdir edilir. Təsadüfi deyil ki, “Politico” nəşri Cənubi Qafqazda baş verənlərlə bağlı yazısında bildirib ki, təxminən 10 milyon əhalisi olan Azərbaycan coğrafiyadan və geologiyadan yaxşı nəticə əldə etmək üçün “master klas” keçdi. Nəşr bildirir ki, Vaşinqtondan Brüsselə, Moskvadan Pekinə kimi heç kim Azərbaycanla mübahisə etmək istəmir - hər kəs dost olmaq istəyir.
Bu amil XXI əsrin siyasi-iqtisadi düzənində ən mühüm amildir - qütbləşmənin aktiv fon aldığı indiki zamanda milli maraqlara əsaslanan müstəqil siyasi davranış sərgiləmək Azərbaycan kimi az-az dövlətlər üçün spesifikləşib. Azərbaycan Prezidentinin apardığı uğurlu və çoxvektorlu xarici siyasət kursu bu amilin reallaşmasında ən mühüm şərt kimi çıxış etməkdədir. Məhz Prezident İlham Əliyevin yürütdüyü siyasət əməkdaşlığa, qarşılıqlı milli maraqların qorunmasına, yüksək səviyyəli tərəfdaşlığa əsaslandığı üçün dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycana etimad göstərir. Azərbaycan özünün çoxşaxəli və mütərəqqi siyasi kursu ilə müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Bütün sahələr üzrə Şərq ilə Qərb arasında körpü rolunu oynayan ölkəmiz sabitləşdirici faktora çevrilib.
Dünya güclərinin siyasi dialoq məkanı...
Bu ilin iyulunda “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxış edən Prezident İlham Əliyev bildirmişdi ki, bizim ölkəmiz rəqabət məkanı deyil, əməkdaşlıq məkanıdır. Qeyd edilməlidir ki, Azərbaycanın qlobal səviyyədə siyasi uzlaşma məkanı kimi tanınıb şöhrət tapması bir gerçəklikdir. Ölkəmiz bu gün də qlobal siyasi-iqtisadi danışıqlar platforması funksiyasını həyata keçirir. Məsələn, son bir neçə ildə dəfələrlə bunun əyani şahidi olmuşuq ki, fərqli siyasi - hərbi qütblərin təmsilçilərinin görüşü üçün məhz Bakının seçilməsi ənənəyə çevrilib. Dünyanın güc qütblərinin siyasi dialoq üçün Bakını seçməsi isə qeyri-adi hal deyil - Bakı iqtisadi-siyasi, hərbi platformalarda bütün tərəflər üçün eyni məsafədə dayanan tək - tək dövlətlərdəndir. Ən əsası isə Azərbaycan etibarlı tərəfdaşdır. Terrorizmə qarşı mübarizə, dünyada sülhün və təhlükəsizliyin təmini kimi mühüm faktorlar üzrə uğurlu işbirliyi Azərbaycanın bütün tərəflər üçün aktuallığını artırır. Eyni zamanda, ölkəmiz dünyanın enerji təminatında fəal rol alır ki, bu ad milli maraqlar çərçivəsində müəyyənləşdirilir. Bir sözlə, Azərbaycan hər zaman özünün siyasi xəttinə sadiqlik nümayiş etdirməklə qlobal məkanın ən fəal və etibarlı tərəfdaşına çevrilib.
P. SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58

