Sülhməramlı postlarının ləğvi davam edir
20.10.2023 [11:53]
Nardar BAYRAMLI
Sentyabr ayında Azərbaycan Ordusunun həyata keçirdiyi 24 saatlıq antiterror tədbirlərindən sonra regionda yeni vəziyyət yaranıb. Artıq separatçılar təslim olub və qanunsuz rejim özünü buraxıb. Qarabağdakı erməni sakinlərin əksəriyyəti isə könüllü şəkildə Ermənistana gedib. Rəsmi Bakı Qarabağın erməni sakinləri ilə reinteqrasiya prosesinə start verib. Artıq bəzi ermənilər Azərbaycan vətəndaşlığı almaq üçün müraciət ediblər.
Qarabağda separatizmin ləğv edilməsindən sonra Rusiya sülhməramlı kontingentinin bölgədə qalıb-qalmaması da müzakirə mövzusuna çevirilib. Xatırladaq ki, antiterror tədbirlərindən sonra sülhməramlıların bəzi postlarının ləğv olunması prosesinə start verilib. Rusiya Müdafiə Nazirliyi sülhməramlıların Əsgəran, Ağdərə, Xocavənd və Şuşa bölgələrindəki postlarını tərk etdiyini açıqlayıb. Ötən gün Rusiya Müdafiə Nazirliyi sülhməramlıların daha bir neçə müvəqqəti müşahidə məntəqəsinin ləğv olunduğunu açıqlayıb. Rusiya sülhməramlılarının ləğv olunan postları arasında Laçın-Xankəndi yolunun Şuşa rayonu ərazisindən keçən hissəsində quraşdırılan post da var. Bundan başqa, Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, “Yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yol boyu 14, o cümlədən Azərbaycan tərəfi ilə əməkdaşlıq çərçivəsində 8 nəzarət-buraxılış məntəqəsi quraşdırılıb”.
Qeyd edək ki, Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatına əsasən baş tutub. Həmin bəyanatın 4-cü bəndində qeyd olunur: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”.
Azərbaycanın Qarabağ bölgəsində vəziyyətin dəyişməsi, dövlətimizin öz suverenliyini tam təmin etməsi rus sülhməramlılarının gələcəyi ilə bağlı haqlı suallar da yaradır. Üçtrəfli Bəyanat 3 ölkə tərəfindən imzalansa da, artıq Ermənistanın Qarabağı Azərbaycanın ərazisi kimi tanıması, bölgədə qanunsuz olaraq yaratdığı qurumun özünü buraxması, qeyri-qanuni hərbi birləşmələrin tərk-silah edilməsi və digər amillər sülhməramlıların gələcəyinə yanaşmada rəsmi İrəvanın mövqeyini əhəmiyyətsiz edir. Xatırladaq ki, Qarabağda antiterror tədbirlərindən sonra Rusiya Prezidentininin mətbuat katibi Dmitri Peskov rus sülhməramlıların bölgədə qalıb-qalmaması məsələsinin Bakı ilə müzakirə ediləcəyini bildirmişdi. Bugünlərdə isə Valdayda keçirilən Beynəlxalq Diskussiya Forumunda Rusiya Prezidenti Vladimir Putin də sülhməramlıların statusundan danışıb: “Azərbaycan hesab edirdi ki, sülhməramlıların statusu ilə bağlı əlavə saziş imzalamağa ehtiyac yoxdur. Azərbaycansız saziş imzalamaq isə mənasız idi. Rusiya sülhməramlılarının missiyası atəşkəsin qorunmasına nəzarət etmək idi. Orada sülhməramlıların başqa hüquqları yoxdur”. Putin Bişkekdə MDB-nin sammiti çərçivəsində keçirdiyi mətbuat konfransında isə “Rusiya sülhməramlıları formal olaraq 2025-ci ilin noyabrına kimi Qarabağdadır. Bu məsələ danışıqlar zamanı həll olunacaq” deyib.
Göründüyü kimi, bölgədə yeni vəziyyətin yaranması Rusiya sülhməramılarının fəaliyyətində də dəyişikliklərin baş verməsinə səbəb oldu. Antiterror tədbirlərindən sonra Qarabağdakı vəziyyət sülhməramlıların, ümumiyyətlə, nəzarət zonasının qalmadığını deməyə əsas verir. Hazırda Xankəndidə patrul xidmətini sülhməramlılarla birlikdə Azərbaycan hərbçiləri həyata keçirir. Hətta erməni əhalisinin bir qismi geri qayıtsa belə, eyni vəziyyət davam edəcək, çünki Qarabağda Azərbaycanın suverenliyi tam təmin olunub və müvafiq dövlət qurumları ərazidə fəaliyyətə başlayıb. Bu baxımdan, rus sülhməramlılarının vaxtından tez ərazini tərk etməsi ehtimalı ilə bağlı irəli sürülən ehtimalların reallığa çevrilməsi istisna deyil.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50

