Türkiyənin İsveçlə bağlı qərarı...
26.10.2023 [11:30]
TBMM üzvlük protokolunu müzakirə edəcək
NARDAR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 23-də İsveçin NATO-ya üzvlük protokolunu imzalayıb. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsindən məlumat yayılıb. Bildirilib ki, protokol müzakirə üçün Türkiyə Böyük Millət Məclisinə göndərilib.
Qeyd edək ki, bu ilin iyul ayında NATO-nun Vilnüs sammitində əsas müzakirə mövzularından biri İsveçin alyansa üzvlüyü məsələsi idi. Bu ölkənin alyansa üzvlüyü üçün Türkiyə müəyyən şərtlər irəli sürmüşdü. İsveç təşkilata üzv olmaq üçün Türkiyə qarşısında götürdüyü öhdəliyə əməl etməli, bəzi terrorçuları bu ölkəyə təhvil verməli idi. Eləcə də bu ölkənin PKK/YPG terror təşkilatına maliyyə dəstəyi dayandırılmalıdır.
Ötən müddət ərzində bir sıra addımlar atılıb. Hətta NATO-nun baş katibi sammit ərəfəsində İsveçin bütün öhdəlikləri yerinə yetirdiyini bəyan etmişdi. Amma Türkiyə bununla razı deyildi. Üstəlik, İsveçdə İslamın müqəddəs kitabı olan “Quran”ın dəfələrlə yandırılması, Türkiyənin dövlət rəmzlərinin təhqir olunması vəziyyəti gərginləşdirməyə xidmət edirdi. Bununla belə, İsveç milli qanunvericiliyə terrorla mübarizə ilə bağlı dəyişiklər etdi və digər addımlar atdı. Bu da Türkiyənin məsələyə yaşıl işıq yandırması inamını artırdı.
NATO-nun baş katibi Yens Stoltenberq İsveçin Vilnüs sammitində alyansa üzv ola bilməyəcəyini bildirmişdi. O, bunu Türkiyə tərəfinin ratifikasiya prosesini başa çatdıra bilməyəcəyi ilə əlaqələndirmişdi. Sammit ərəfəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında da telefon danışıqları baş tutdu. Danışıqlarda İsveçin alyansa üzvlüyü də diqqət mərkəzində oldu. Bundan əlavə, sammit zamanı NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin Baş naziri Ulf Kristerssonla görüşərək İsveçin alyansa daxil olması imkanlarını müzakirə etdi.
Sentyabrın əvvəlində isə Türkiyə parlamentinin sədri Numan Kurtulmuş jurnalistlərə müsahibəsində bildirmişdi ki, İsveçin NATO-ya daxil olmaq ərizəsinin TBMM-də müzakirə və təsdiqi Ankaranı narahat edən məsələlərin həlli üçün Stokholmun atdığı konkret addımlardan asılıdır. “İsveç müsbət hesab edə biləcəyimiz addımlar atır. Amma hazırda bunun kifayət olub-olmadığına qərar vermək bizim Xarici İşlər Nazirliyimiz və hökumətimizdən asılıdır. Əgər hər şey eyni axarda inkişaf etməyə davam edərsə və İsveç bizim narahatlığımızı nəzərə alarsa, Türkiyə hökuməti məsələni parlamentdə nəzərə ala bilər”, - deyə N.Kurtulmuş söyləyib.
Oktyabrın 24-də NATO-nun Baş katibi Yens Stoltenberq Stokholmda təşkil olunan mətbuat konfransında bir daha İsveçin Türkiyə qarşısında bütün öhdəliklərini yerinə yetirdiyini və bundan sonra Şimali Atlantika Alyansının üzvü olmağa hazır olduğunu bəyan edib. “İsveç bütün öhdəliklərini yerinə yetirib, konstitusiyasına və qanunlarına terrorla mübarizəni genişləndirməyə imkan verən dəyişikliklər edib, Türkiyəyə silah tədarükünə icazə verib. Mən yaxın gələcəkdə onun alyansa qəbul edilməsini gözləyirəm”, - deyə Yens Stoltenberq bildirib. NATO-nun Baş katibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışdığını və İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzaladığına görə ona təşəkkür etdiyini vurğulayıb.
Doğrudur, NATO-nun Vilnüs sammitində İsveçin alyansa daxil olması üçün Türkiyə tərəfindən yaşıl işıq yandırılmışdı. Amma əsas məsələ İsveçin öz öhdəliklərini tam yerinə yetirməsi idi. Prezident Rəcəb Tayyib Ərdoğanın müvafiq protokolu parlamentin müzakirəsinə təqdim etməsi isə artıq İsveçin NATO-ya üzv olmasına ciddi əsaslar verir. Lakin protokolun təsdiq edilib-edilməməsi Türkiyə parlamentarilərinin səlahiyyətindədir. Oktyabrın 1-də yay tətilindən qayıdan Türkiyə parlamentinin İsveçlə bağlı məsələnin konkret hansı tarixdə müzakirə ediləcəyi hələ açıqlanmayıb.
Xəbər lenti
Hamısına baxİdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40

