Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistanın “100 min” yalanı...

Ermənistanın “100 min” yalanı...

31.10.2023 [10:30]

İrəvan Azərbaycan torpaqlarında məskunlaşdırdıqlarını da “Qarabağ ermənisi” sayır?

ATƏT hələ 2005-ci ildə bu faktı təsdiqləmişdi...

19-20 sentyabr lokal antiterror tədbirlərindən sonra Ermənistan Qarabağdan könüllü şəkildə İrəvana üz tutmuş şəxslər üzərindən yeni manipulyasiya həyata keçirməyə başlayıb. Bu insanların həm sayını on dəfələrlə artırmaqla, həm də onları beynəlxalq aləmə “qaçqın” statusunda sırımağa çalışmaqla Paşinyan hakimiyyəti yeni oyunlar axtarışında olduqlarını etiraf edirlər. Bütün dünyaya  car çəkərək guya Azərbaycanın Qarabağdan Ermənistana “100 mindən artıq” insanı “qovduğunu” sübut etməyə çalışan Ermənistanın yalanları ilk addımdaca ifşa edilir - könüllü şəkildə Qarabağın tərk edilməsi prosesi  zamanı edilən videoçəkilişlər, müşahidələr onu sübut edir ki, say dəfələrlə artırılıb. Digər tərəfdən, Qarabağı tərk edənlər heç də qovulmayıb - 1990-cı illərin əvvəlində öz ev eşiklərindən didərgin salınan, qovulan azərbaycanlılardan fərqli olaraq ermənilər hər şeylərini yığıb könüllü şəkildə Ermənistana üz tuturlar.

Qarabağın erməni əhalisi “necə artdı”?

Rəsmi İrəvanın dünyaya sırımağa çalışdığı rəqəmlər həqiqəti əks etdirmədiyi kimi, əhalinin təbii artım mexanizmi ilə də üst-üstə düşmür. Birincisi, vaxtilə işğal edilmiş və 30 ilə yaxın işğal altında saxlanılmış 7 rayonumuzun əhalisinin tərkibinə baxsaq, orada ermənilərin təmsil olunma faizi olduqca aşağıdır - hətta bəzi rayonlarda bu, sıfır altında yüzdə birlər faizi ilə müşayiət olunur. Qarabağda isə onların sayı hələ 90-cı illərdə iddia ediləndən çox aşağı olub. Son 30 ildə hətta Ermənistanda təbii artımın mənfi saldo ilə müşahidə olunduğunu nəzərə alsaq, işğal altında olan, heç bir sosial-iqtisadi gəlir verməyən (narkoticarət istisna), dağıntıları belə abadlaşdırılmayan, insanların normal yaşam şərtləri belə təmin edilməyən həmin ərazilərdə əhalinin sayının 2-3 dəfə artması məntiqli deyil. Bir sözlə, Ermənistanın yalanı nəinki yerimir, hətta ayaq tutmur...

Qeyri-qanuni məskunlaşdırmanın stimullaşdırılması və nəticələri...

Amma... Ermənistanın bu əsassız iddialarının arxasında bir amil də dayanır - qeyri-qanuni məskunlaşdırma faktı. Ermənistanın illər boyu, hətta 30 il ərazində Qarabağa Yaxın Orta Şərqdən, hətta Avropadan və digər regionlardan “erməni ailəsi” adı altında terrorçu birlikləri yerləşdirməsi, onların fonunda isə “əhali sayını artırmaq istəməsi” sirr deyil. Bu faktlarla sübuta yetirilir...

Ötən dövrdə ərsəyə gələn bəzi hesabatlara diqqət yetirək: Ermənistan KİV-nə istinadən verilən məlumatlara əsasən, 2012-2015-ci illərdə, köçürülən əhalinin tikinti materialları ilə təmin olunmasına 3 milyard Ermənistan dramı (5,8 milyon ABŞ dolları) ayrılmışdı. Təkcə 2015-ci ildə bu məqsədlər üçün təxminən 350 milyon Ermənistan dramı (673 min ABŞ dolları) ayrılıb.

İşğal olunmuş ərazilərdə doğum sayını stimullaşdırmaq üçün xüsusi sosial proqramlar fəaliyyət göstərirdi. Bu proqramlar, əsasən, doğulan hər uşağa görə birdəfəlik maliyyə yardımı şəklində tətbiq edilirdi. Sakinlərlə müqavilə bağlanırdı. Həmin müqaviləyə əsasən, onlar bu torpaqlarda 10 ildən çox müddətdə yaşamaları şərti ilə, təmənnasız olaraq onlara verilmiş əmlak üzərində “qanuni mülkiyyət hüququ” əldə edirdilər.

Əgər 2005-ci ilə qədər potensial məskunlaşdırılanlar işğal olunmuş ərazilərdə artıq məskunlaşmış qohum və dostlarından aldıqları məlumatlara istinad edirdilərsə, 2010-cu ildən etibarən burada məskunlaşmaq istəyənlərin (həm Ermənistandan, həm də xaricdən) cəlb edilməsi prosesi daha mütəşəkkil və kütləvi xarakter aldı.

2007-ci ilin iyununda Ermənistanın “Hetq” internet nəşri qondarma “DQR”in nümayəndəsinə istinadən xəbər verirdi ki, 2001-ci ildə, ümumilikdə 36 min nəfərin köçürülməsi üzrə 10 illik Strateji Plan qəbul edilib. Bu plana əsasən, 10 min mənzilin, 200 məktəbin, səhiyyə müəssisələri, suvarma kanalları və yolların tikintisi planlaşdırılırdı. Bu hədəflərin icrası üçün təxminən 120 milyon ABŞ dollarının ayrılması nəzərdə tutulurdu.

Digər erməni KİV-in məlumatına görə, işğal olunmuş ərazilərin məskunlaşdırılması üzrə müxtəlif proqramların həyata keçirilməsi nəticəsində 1994-2004-cü illərdə bölgəyə 7263 ailə (18500 nəfər) köçürülmüşdür. 2011-ci ilədək bu ərazilərdə artıq 25-30 minə yaxın insan yaşayırdı.

ATƏT 2005-ci ildə təsdiqləmişdi - Qarabağa qeyri-qanuni köç...

Başqa bir fakta nəzər salaq: ATƏT-in Azərbaycanın işğal olumuş ərazilərində məskunlaşdırma ilə bağlı yaradılmış faktaraşdırcı missiyası 2005-ci il yanvarın 30-dan fevralın 5-dək işğal altında olan ərazilərdə müşahidələr aparmışdı. Səfər Azərbaycanın təşəbbüsü ilə, BMT Baş Assambleyasının 59-cu sessiyası gündəliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” barədə 163-cü bəndinin müzakirəsi çərçivəsində həyata keçirilmişdi. Faktaraşdırıcı missiya araşdırmaları ilə bağlı hesabat hazırlayaraq ATƏT-in daimi komissiyasına təqdim etmişdi. Missiya işğal olunmuş ərazilərin məskunlaşdırıldığını müəyyən edərək bununla da Azərbaycanın narahatlığını təsdiqləmişdi. Missiyanın əsasən vizual qiymətləndirmə metodu ilə müəyyənləşdirdiyi məskunlaşdırmanın say göstəriciləri Azərbaycanın təqdim etdiyi göstəricələrlə yaxınlıq təşkil edirdi. Məsələn, Azərbaycan ilkin məlumatlarına görə, işğal olunmuş ərazilərdə 20 mindən 23 minədək adam yerləşdirildiyini bildirmişdisə, missiyanın ümumi göstərcisi isə məskunlaşdırmanın 17 min nəfərdən artıq olduğu şəklində idi - nəzərə alaq ki, ATƏT missiyası olduğu üçün rəqəmlərin azaldılması da istisna edilməməlidir. Hətta ATƏT-in belə təkzib edə bilmədiyi faktların 20 minə yaxın olması məsələnin mahiyyətini ortaya qoyur. Missiya həmin dövrdə Laçın rayonunda əhalinin mütəşəkkil surətdə yerləşdirilməsini bəyan etmişdi. Belə ki, işğaldan əvvəlki dövrdə Laçında ümumiyyətlə ermənilərin yaşamadığını nəzərə alsaq, 13 min adamın “erməni ailəsi” adı altında orada məskunlaşdırılması beynəlxalq konvensiyalara zidd idi. Missiyanın məlumatına görə, bu rəqəm 8 - 11 min arasında idi - yəni, Azərbaycanın irəli sürdüyü rəqəmləri istisna edə bilməmişdilər. Beləliklə, bu gün “qaçqın” statusu ilə dünyaya “təqdim edilən” şəxslərin mütləq əksəriyyəti ümumiyyətlə, Qarabağ və ya Şərqi Zəngəzurla yaxından-uzaqdan dəxliliyi olmayan “gəlmələr”, məskunlaşdırılanlardır.

İşğal olunmuş ərazilərdə Ermənistanın apardığı məskunlaşdırma siyasəti haqqında məlumat XİN-in (2016), “Azərkosmos” (2019), həmçinin ATƏT-in regiona iki missiyasının (müvafiq olaraq 2005 və 2010) məruzələrinə istinad edilərək BMT-nin rəsmi sənədlərinə daxil edilmiş, müvafiq məktub 2019-cu ilin mayında qeydə alınmış və Azərbaycanın BMT-dəki səfiri Yaşar Əliyev tərəfindən imzalanmışdır.

Azərbaycanın reaksiyası...

Qeyd edək ki, həmin dövrdə Azərbaycan Xarici İşlər Nazirliyi də ATƏT-in faktaraşdırıcı missiyasının hesabatı ilə bağlı bəyanatla çıxış etmişdi.  Sənəddə deyilirdi ki, ATƏT missiyasının regiona göndərilməsi BMT Baş Assambleyasının prinsipial mövqeyi sayəsində mümkün olub. “Bu missiya Azərbaycan ərazilərinin işğal olunduğu və BMT Təhlükəsizlik Şurasının Ermənistanla Azərbaycan arasında münaqişəyə dair müvafiq qətnamələr qəbul etdiyi andan bəri ilk dəfə həyata keçirilib. Missiya işğal olunmuş ərazilərin məskunlaşdırıldığını müəyyən edərək bununla da Azərbaycanın narahatlığını təsdiqləyib və ümumən öz qarşıya qoyulmuş vəzifəsini yerinə yetirib”-deyə bəyanatda qeyd edilirdi. Azərbaycan XİN bildirirdi ki, missiyanın əsasən vizual qiymətləndirmə metodu müəyyənləşdirdiyi məskunlaşdırmanın say göstəriciləri Azərbaycanın təqdim etdiyi göstəricilərə yaxındır. Qeyd edək ki, həmin dövrdə Azərbaycan ATƏT-in Minsk qrupu həmsədrlərinin də missiyanın hesabatına qiymətləndirməsinə yüksək qiymət vermişdi: “Həmsədrlər missiyanın məruzəsindəki nəticələrə əsaslanan tövsiyələrində “işğal olunmuş əraziləri daha məskunlaşdırmamağa”, “regionun demoqrafik strukturunda dəyişikliklərə yol verməməyə” çağırır. Həmsədrlər xüsusi vurğulayır ki, “bu vəziyyətin uzun müddət qalması sülh prosesini ciddi şəkildə mürəkkəbləşdirər”. Onlar həmçinin müvafiq beynəlxalq təşkilatlara müraciət edərək işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilmiş əhalinin oradan köçürülməsi və məcburi köçkünlərin öz daimi yaşayış yerlərinə qayıtması məqsədilə regionda maddi və maliyyə tələbatının öyrənilməsini xahiş edir. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edir ki, işğal etdiyi ərazilərdə hər cür fəaliyyətə, o cümlədən bu ərazilərdə əvvəllər yaşamamış olan erməni əhalisinin oraya köçürülməsinə görə bütün məsuliyyəti Ermənistan daşıyır”.

Ermənistan “gəlmələrin” 90 faizinə “pasport” da verib...

Erməni mətbuatı etiraf edir ki, məskunlaşmada Yaxın Orta Şərqdəki ermənilərdən fəal istifadə olunub - Yaxın Şərq ölkələrindən ermənilərin cəlb edilməsi prosesi hələ Suriyada siyasi böhranın yaranmasından əvvəl başlamışdı. Suriyadan olan ilk erməni ailəsi işğal olunmuş ərazilərə 2008-ci ildə gəlmiş, Beyrutdan olan ilk ermənilər isə hələ 1999-cu ildə Zəngilan rayonuna köçürülmüşdülər. Bu barədə Ermənistanın “Hetq” nəşri 2006-cı ilin sentyabrında yazıb.

Suriya və Livan erməniləri Qarabağda və ona bitişik rayonlarda məskunlaşmaq üçün bütün mümkün vasitələrlə - ödənişsiz və ya güzəştli şərtlərlə torpaq sahəsi, ev verilməsi, kənd təsərrüfatı sahəsində kiçik biznesin güzəştli kreditlər hesabına reallaşdırılmasına dəstək və s. kimi vasitələrlə həvəsləndirilirdilər. Suriya ermənilərinə bu torpaqda 10 ildən artıq müddətdə yaşamaq şərtilə bütün əmlak üzərində tam mülkiyyət hüququnun verilməsi qaydası şamil edilirdi. Suriyalı qaçqınlar Ermənistan Respublikası pasportunu həm İrəvana gələndə, həm də hələ yola düşməzdən əvvəl öz vətənlərində ala bilərdilər. Beləliklə onların bir çoxu Ermənistana artıq bu ölkənin vətəndaşları kimi gəlirdi. Ermənistan Parlamenti Yaxın Şərqdən gələn ermənilərə Ermənistan Respublikası pasportunun verilməsinə görə dövlət rüsumunun tutulmamasına imkan verən xüsusi qanun qəbul etmişdi. Mövcud məlumatlara görə, Ermənistan hökuməti Suriyadan gələn erməniəsilli immiqrantların 90 faizindən çoxuna Ermənistan Respublikasının vətəndaşlığını verib. Bu barədə Rumıniyada siyasi tədqiqatlar jurnalının 2014-cü il buraxılışlarından birində deyilir.

Qeyri-qanuni məskunlaşdırma beynəlxalq cinayətdir...

Ermənistanın “100 min Qarabağ ermənisinə qaçqın statusu” tələbi rəsmi İrəvanın növbəti cinayətinin etirafıdır. Başqa sözlə, Ermənistan bununla yuxarıda qeyd olunan bütün hesabatlarda əksini tapmış rəqəmləri etiraf etmiş olur - qeyri-qanuni məskunlaşdırmanı sitimullaşdırdığını boynuna alır. Beynəlxalq humanitar hüquq isə işğalçı ölkənin işğal olunmuş ərazilərdə demoqrafik vəziyyətin süni şəkildə dəyişməsini qəti şəkildə qadağan edir. Bu məsələlər, əsasən, 12 avqust 1949-cu il tarixli dörd Cenevrə Konvensiyası və onların 8 iyun 1977-ci il tarixli Əlavə Protokolları ilə tənzimlənir. Ermənistan adıçəkilən beynəlxalq sənədlərə 1993-cü ilin iyununda qoşulub və bu sənədlərin tələblərinə riayət olunması üzrə qeyd-şərtsiz öhdəlik daşıyır - qeyri-qanuni məskunlaşdırmanı həyata keçirməklə İrəvan qeyd olunan sənədlərin müvafiq müddəalarını pozduğunu “deyir”. Xatırladaq ki, bu hüquqi normalar bir sıra dövlətlərin siyasi və irqi səbəblərə görə öz əhalisinin bir hissəsini işğal olunmuş ərazilərə köçürməklə bu ərazilərin etnik tərkibini dəyişməyə çalışdıqları İkinci Dünya Müharibəsi dövrünün ağır nəticələrinin qarşısını almaq üçün qəbul edilmişdi. Bir fakta xüsusi diqqət edilməlidir- 1946-cı ildə iki müttəhimi işğal altındakı ərazilərin demoqrafik tərkibinin dəyişdirilməsində təqsirli bilən Nürnberq Beynəlxalq Hərbi Tribunalı ərazilərin demoqrafik strukturunun dəyişdirilməsinin hərbi cinayət olduğunu göstərən nümunə kimi çıxış etmişdi...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 310 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Havada qaz qoxusu var

06 Dekabr 13:44

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sevilən sənətkar

06 Dekabr 11:49

Xəbər lenti

Xəbər lenti

Siyasət

İqtisadiyyat

Gündəm

O`Braynın səfəri...

06 Dekabr 10:40  

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31