ABŞ-ın yeni səfiri...
14.11.2023 [10:40]
Libbinin siyasi karyerasına baxış
ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı məsələ öz həllini tapıb. Mark Libbi ABŞ-ın Azərbaycandakı yeni səfiri təyin olunub. KİV-lərin Senatın Mətbuat Qalereyasına istinadən yaydığı xəbərə görə, Senat (Konqresin yuxarı palatası) səsvermə yolu ilə Libbinin Azərbaycanda səfir vəzifəsinə namizədliyini təsdiqləyib.
Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirinin fəaliyyət müddəti ötən ilin iyulunda başa çatıb. 2022-ci ilin yayında sonuncu səfir kimi fəaliyyətini başa vuran Örl Litzenberqeri müvəqqəti işlər vəkili statusu ilə Riçard Morninqstar əvəz edib. Morninqstar 2012-2014-cü illərdə ABŞ-ın ölkəmizdəki rəsmi səfiri olub.
Senat təsdiqlədi...
Mark Libbiyə gəldikdə isə, onun Azərbaycana səfir kimi təyin edilməsi ilə bağlı prosesə hələ ötən ilin mayından başlanılmışdı. Belə ki, 2022-ci il may ayının 25-də ABŞ Prezidenti Cozef Bayden diplomatın Azərbaycana səfir təyin edilməsi ilə bağlı Konqresin Xarici Əlaqələr Komitəsinə təklif irəli sürüb. Ancaq bu il yanvar ayının 3-də onun namizədliyi ilə bağlı təklif Bayden administrasiyasına geri qaytarılmışdı. Elə, həmin gün Dövlət Departamenti yenidən Libbinin namizədliyini irəli sürdü. Budəfəki namizədlik məsələsi müsbət yöndə inkişaf etdi - komitə onun namizədliyini 13 iyul 2023-cü ildə müsbət qiymətləndirdi. Onun namizədliyi 8 noyabr 2023-cü il tarixində səsvermə yolu ilə Birləşmiş Ştatlar Senatı tərəfindən təsdiqləndi.
Milli Hərbi Kollecdən Fransaya uzanan yol...
Yeni səfirin siyasi təcrübəsi ilə bağlı maraqlı faktlar mövcuddur. Belə ki, Libbi Vaşinqtondakı Milli Hərbi Kollecdə çalışıb. Libbi 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdadda siyasi müşavir olub.
Əslən “Yeni İngiltərə”dən (bu bölgə ABŞ-ın şimal-şərqindəki altı ştatdan ibarətdir) olan və Konnektikut ştatının Soutberi şəhərinin Pomperoq Liseyinin məzunu olan Libbi Tafts Universitetində bakalavr dərəcəsi alıb. O, həmçinin Fransanın paytaxtında Siyasi Araşdırmalar İnstitutunda da təhsil alıb. Magistr dərəcəsi isə fərqlənmə diplomu bitirdiyi Milli Hərbi Kollecə aiddir.
Hərbi “diplomat”...
Libbi diplomatik xidmətdə müşavir rütbəsi ilə fəaliyyət göstərir. Azərbaycana səfir təyin edilməmişdən əvvəl o, Vaşinqtondakı Milli Hərbi Kollecdə ABŞ Dövlət Departamentinin fakültə məsləhətçisi vəzifəsində çalışıb. Ondan öncə isə ABŞ-ın Avropa İttifaqı yanında missiya rəhbərinin müavini və müvəqqəti işlər vəkili vəzifələrində fəaliyyət göstərib. Libbi Varşava, Nassau, Nikosiya və Bağdad da daxil olmaqla fərqli xidmət məkanlarında fəaliyyət göstərmiş təcrübəli diplomatlardan sayılır. Vaşinqtonda isə o, Dövlət Departamentinin Əməliyyat Mərkəzində əməkdaş, böhranların idarə edilməsi üzrə direktor müavini vəzifəsində çalışıb. O eyni zamanda, Dövlət Departamentində Mərkəzi Avropa məsələləri idarəsinin direktor müavini, Cənubi Avropa məsələləri ofisinin direktoru və diplomatik xidmətin orientasiya direktoru vəzifələrində də çalışıb.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

