Radikal müxalifət "Eurovision 2012" mahnı yarışmasını siyasiləşdirməyə çalışır
29.02.2012 [00:39]
2011-ci ildə ölkəmizin Avropanın ən populyar musiqi yarışması olan “Eurovision” mahnı müsabiqəsində qalib gəlməsi, Azərbaycan mədəniyyətinin təntənəsi idi. Belə ki, qısa zaman kəsiyində bütün sferalarda inkişaf əldə etmiş ölkəmizin mədəniyyəti artıq Avropada ən yüksək səviyyədə təmsil olunur və qalib gəlirdi. Onu da qeyd edək ki, ölkəmizin bu qələbəsi ilə fəxr edən Azərbaycan vətəndaşları respublikamızda baş tutacaq yarışı səbirsizliklə gözləyir.
Təbii ki, Azərbaycanın “Eurovision-2012” mahnı yarışmasına ev sahibliyi etməsi bütün Avropanın diqqətinin ölkəmizə yönəlməsinə səbəb olub. Digər tərəfdən, Azərbaycanın əldə etdiyi inkişaf yolu, ölkəmizin qədim tarixə malik mədəniyyətinin dünyada daha yaxından və geniş şəkildə tanınması üçün müsbət mənada imkan yaradıb.
Təəssüf ki, ölkəmizin mədəni sferada əldə etdiyi bu böyükmiqyaslı uğur bəzi dairələr tərəfindən hədəfə götürülüb. Mədəni bir tədbir olan bu yarışmanı siyasi oyunların burulğanına atmağa, bundan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan bəzi qüvvələr milli marağı, dövlət, millət mənafeyini unudaraq gözüyumulu ermənipərəst qüvvələrin əmrlərini icra etməyə başlayıblar. Bir para satqınlığa köklənmiş zümrə şantajı və böhtanı yenidən özünə peşə seçərək bu mədəni tədbirə əsassız qara yaxmağa çalışır. Bütünlüklə fəaliyyətləri ermənipərəst dairələrin əmrlərinə əsaslanan bu insanlar hazırda da “Eurovision” yarışması ilə bağlı aparılan yüksəksəviyyəli işlərə kölgə salmaq üçün min bir yalanlar uydururlar. Təbii ki, onların dedikləri yalanları ancaq özləri eşidirlər. çünki xalqımız bu cür qüvvələrə qarşı münasibətini hər zaman açıq şəkildə ortaya qoyub. Bununla belə, özünü bu millətin nümayəndəsi sayan şəxslərin hansı mənəviyyatla bu qədər cılızlaşması sual doğurur. Siyasi karyeraları uğursuzluqla müşayiət olunan, yalnız xalqın və dövlətin maraqlarını satmaqla məşğul olan bu kəsim hər bir sözü, hər bir hərəkəti ilə Azərbaycan xalqına və dövlətinə düşmən mövqedə dayandığını nümayiş etdirir.
Az qala iqlimi də “Eurovision” yarışması ilə əlaqələndirənlərin əsl niyyəti nədir?
İstər özünü QHT kimi qələmə verən, əslində isə, ermənipərəst qüvvələrin diqtəsi ilə işləyənlərin, istərsə də, radikal müxalifət düşərgəsinin yeni bir mərəzi üzə çıxıb. Belə ki, bu insanlar az qala Azərbaycanda havaların isti və ya soyuq keçməsini də “Eurovision 2012” ilə əlaqələndriməyə “çalışırlar”. Yol tikintisi, abadlıq, quruculuq işləri, inkişafa yönəlik addımlar... Hər addımı bu mədəni tədbirin yedəyinə qoşmağa çalışanlar niyə anlamırlar ki, Azərbaycanda son illərdə aparılan abadlıq quruculq işləri proqram, konsepsiya ilə və davamlı şəkildə həyata keçirilir. Məsələn, Bakı və Bakı ətrafı ərazilərin abadlaşdırılması istiqamətində həyata keçirilən işlərlə bağlı müzakirələr aparılanda, konsepsiya müəyyənləşəndə heç Azərbaycan “Eurovision”da qələbə qazanmamışdı. Necə olur ki, sahil xəttində gedən işlər, o cümlədən, yolların çəkilişi, təmiri, parkların abadlaşdırılması, tikililər məhz bu yarışma ilə əlaqələndirilir? Bu hansı məntiqə əsaslanır, nəyə söykənir? Və ya ölkəmizdə yeni turizm obyektlərinin inşasını “Eurovision”la əlaqələndirənlər niyə unudurlar ki, 2011-ci il “Turizm ili” elan olunmuşdu.
Bu qədər yalana, böhtana qapılan, ermənipərəst qüvvələrin əmrini yerinə yetirə-yetirə ermənilərin maraqlarını qorumaqla məşğul olan insanların satqınlıqları ilə məntiqsizlikləri arasında bərabər işarəsini qoymaqdan başqa əlac qalmır. Həqiqətən də, milli kimliyini itirənlər üçün bu qədər yalanı danışmaq mənəvi cəhətdən heç bir problem yaratmır. Misal ortadadır...
“Eurovision” yarışması hansı tikilini “özü ilə aparacaq”?
Bəli, qeyd olunduğu kimi, “Eurovision” bütün Avropa məkanının əsas diqqət mərkəzindədir. Bu gün Azərbaycanın əldə etdiyi inkişaf, ölkəmizin nail olduğu uğurlar bu yarışmanı yüksək səviyyədə keçirməyimizə tam şərait yaradır. Bu yarışmanın keçirilməsi üçün tikilən “Baku Crystal Hall” sadəcə tədbirə belə demək mümkündürsə, ev sahibliyi edəcək. Əlbəttə ki, bu bina yarışmadan sonra ölkəmizdə çoxsaylı konsert salonlarından biri kimi öz fəaliyyətini davam etdirəcək. Bu mənada, “Baku Crystal Hall”un tikilişi nə üçün radikal müxalifət düşərgəsini, o cümlədən, öz fəaliyyətini satqınlıq üzərində bərqərar etmiş bəzi QHT nümayəndələrini bu qədər “narahat” edir? Bir binanın tikilişini belə siyasiləşdirməyə çalışanlar nəyə nail olmaq istəyirlər? Əslində, onların arzuları bəllidir və bu arzu heç vaxt reallaşmayacaq, sadəcə, bu insanlar öz addımları ilə nə qədər cılız və səbatsız olduqlarını bir daha sübut edirlər...
Əlbəttə ki, bu satqınlıqların cavabı xalqımız tərəfindən hər zaman layiqli şəkildə verilib. öz siyasi karyerasını Azərbaycanın dövlət və millət maraqlarına zərbə vurmağa ixtisaslaşdırmış, siyasi alveri xarakterə çevirmiş və utanmadan özünü “siyasətçi” adlandıran bu cür naqis xislətə malik kəsim əlləri hər şeydən üzüldüyü üçün başqa çıxış yolu tapa bilmir. Bu səbəbdəndir ki, hər addımda xalqının uğurlarına qısqanclıqla yanaşan insanlar siyasətlə mədəniyyəti, dövlət marağı ilə hakimiyyət uğrunda mübarizəni səhv salıblar. Onlar hər addımda bəlli edirlər ki, yalınz bir marağa xidmət göstərirlər-pula. Bu maddi marağı isə hətta ermənilər belə təmin etsələr, bu insanlar onların da sözünü deyər, dəyirmanını fırladar. Necə ki, indiki halda deyirlər...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

