Əli Həsənov: "Erməni soyqırımı"na dair qanunun ləğvi Azərbaycan və Türkiyənin birgə uğurudur
01.03.2012 [01:21]
Buna görə Türkiyəni və Azərbaycanı təbrik edən Ə.Həsənov düşünür ki, bu, iki ölkənin bu tipli məsələlərdə birgə fəaliyyətinin ilk belə uğurlu nəticəsidir: “Düşünürük ki, artıq qondarma “erməni soyqırımı”nı siyasiləşdirərək ona qiymət verməyə çalışan dünya ölkələrinə Fransa Konstitusiya Şurasının çıxardığı bu qərar öz təsirini göstərəcək. Və yəqin ki, gələcəkdə, sözün həqiqi mənasında, bu tipli hadisələrin tarixdə baş vermiş hər hansı hadisələri siyasiləşdirməklə siyasilərin dili ilə deyil, məhz tarixi tədqiqatlar nəticəsində tarixçilərin dili ilə dəyərləndirilməsi baş verəcək. O zaman ayrı-ayrı ölkələr bundan siyasi faktor kimi istifadə etməyə qalxmayacaq”.
PA rəsmisi deyib ki, qondarma “erməni soyqırımı” saxtadır, heç bir “erməni soyqırımı” baş verməyib: “Bu, ermənilərin uydurmasıdır, antitürk fəaliyyətinin tərkib hissəsidir. Onlar bu uydurma tarixdən istifadə edərək dünyada antitürk fəaliyyətlərini həyata keçirmək istəyirlər”.
Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyənin birgə fəaliyyətinin nəticəsi idi ki, Fransa parlamentinin aşağı palatasının, Senatının qəbul etdiyi bu qərar Fransanın Konstitusiya Şurası tərəfindən ləğv olundu: “Əlbəttə, Fransa parlamentində qəbul olunmuş bu qərarın əleyhinə səs verən deputatların imzasını toplamaq, onlarla iş aparmaq böyük bir fəaliyyət tələb edirdi. Bilirsiniz ki, həmin dövrdə biz Azərbaycanla dostluq qrupuna daxil olan bir qrup, o cümlədən Sarkozinin partiyasında təmsil olunan fransız deputatları Azərbaycana dəvət etdik, Azərbaycan Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyeva onlarla görüşdü, biz onlarla müxtəlif müzakirələr apardıq. Azərbaycanda bu məsələyə cənab Prezident də daxil olmaqla, həm parlamentdə, həm Prezident Administrasiyasında müxtəlif qiymətlər verildi”.
Onun sözlərinə görə, bütün bunlar ona gətirib çıxardı ki, Fransa cəmiyyətində bu qanunun qeyri-düzgünlüyünə inananların sayı artdı və bu ədalətsiz qərar aradan qalxdı.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

