Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Beşinci kolon” necə maliyyələşdirilir?

Beşinci kolon” necə maliyyələşdirilir?

06.12.2023 [10:30]

Mübariz FEYİZLİ

Ayrı-ayrı güc mərkəzləri milli dövlətlərə qarşı siyasətlərində bədnam “Beşinci kolon”  ssenarisindən geniş istifadə edirlər. Belə ki, həmin mərkəzlər bu və ya digər ölkədə yerli casus şəbəkəsi quraraq onun vasitəsi ilə özlərinin məkrli planlarını həyata keçirməyə çalışırlar. Təbii ki, yerli casus şəbəkəsinin qurulmasına və idarə olunmasına böyük həcmlərdə maliyyə vəsaitləri xərclənir. Əhalinin müxtəlif təbəqələri həmin vəsaitlərlə şirnikləndirilir.  Yağlı vədlər və pul müqabilində ələ alınan və  zərərli ideyalarla beyinləri yuyulan insanlar sonradan antimilli planların reallaşdırılmasında bir alət kimi istifadə olunur.

USAİD - ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu

İmperialist maraqlar güdən, idarə olunan xaos yaradaraq ayrı-ayrı ölkələrdə oyuncaq hakimiyyətlər quran güc mərkəzləri məkrli planlarını bir qayda olaraq öz uzantıları vasitəsilə həyata keçirirlər. Müxtəlif cəlbedici adlar altında fondlar yaradılaraq dəstəklənir. Əslində isə həmin fondlar kəşfiyyat idarələrindən alınan tezislərə uyğun olaraq fəaliyyət göstərir və pul müqabilində ələ aldıqları “Beşinci kolon” təmsilçilərini də bu istiqamətdə fəaliyyətə yönəldirlər. Elə görüntü yaranır ki, bu və ya digər ölkədə narazılıqlar bilavasitə cəmiyyətdən gəlir və bu narazılıqlar milli “liderlər” vasitəsilə idarə edilir. Yəni ki, milli dövlətlərə qarşı ssenarilərdə imperialist güc mərkəzlərinin uzantıları ön planda yer almırlar. Bütün anarxist əməliyyatların məsuliyyəti “Beşinci kolon”dakı “milli qüvvələr”in üzərində qalır. Reallıqda isə milli dövlətlərin ideoloji, iqtisadi-sosial əsaslarının sarsıdılmasının hərəkətverici qüvvəsi məhz arxa planda yer alan xarici emissarlardırlar.

Bir neçə il bundan əvvəl Yaxın Şərqdə başlayan və hazırda da ayrı-ayrı ölkələrdə davam edən “rəngli” inqilabları, “Ərəb baharı”nı xatırlayaq. Bu inqilabların sosial sifarişləri cəmiyyətlərdən gəlmirdi. Bunlar imperialist güc mərkəzlərinin mətbəxlərində hazırlanan planların tərkib hissələrı idi. Belə ssenarilərin reallaşmasında Açıq Cəmiyyət İnstitutunun, C.Sorosun vəsaitləri əsas hərəkətverici mənbə kimi çıxış edirdi. Təsadüfi deyil ki, Türkiyənin “Qurdlar vadisi” teleserialında C.Sorosun Asiya ölkələrində reallaşdırmağa çalışdığı planlardan da bəhs edilir. Nəticədə, həyatlarını quran ölkələr, xalqlar “demokratiya” çağırışları ilə aldadılaraq onlar üçün mücərrəd yollara sövq edildilər və səfalətlə, anarxiya ilə üzləşdilər. Reallıq ondan ibarətdir ki, yaşanan dağıntılardan, humanitar fəlakətlərdən sonra bəhs olunan ölkələrdə demokratiya heç yada da düşmür. Həmin ölkələrin sərvətləri isə idarəolunan xaos və lidersizlik şəraitində bir ucdan çox asanlıqla talanır.

İmperialist güc mərkəzlərinin milli dövlətlərdə “lövbər” salan ən fəal uzantılarından biri də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyidir (USAID). USAİD uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılıb. Qurumun ayrı-ayrı ölkələrdə müxtəlif proqramlarla əsasən kənd təsərrüfatına, ticarətə, qlobal səhiyyəyə, demokratiyanın inkişafına  və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddia olunur. Ancaq bunlar  aysberqin yalnız görünən üzüdür. Əsas məsələ alt qatda, görünməyən tərəfdədir. Əslində isə  USAİD ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılıb və hazırda yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etmək, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışır.

Azərbaycanda nəticə verməyən fəaliyyətlər

İmperialist güc mərkəzlərinin Açıq Cəmiyyət İnstitutu, USAİD kimi uzantılarının ölkəmizdə formalaşdırdığı “Beşinci kolon”un fəaliyyəti bir qayda olaraq nəticəsiz qalır. Bu da onunla bağlıdır ki, Azərbaycan cəmiyyəti monolit cəmiyyətdir, ölkəmizdə xalq-iqtidar həmrəyliyi yüksək səviyyədədir və onu heç bir qüvvə sarsıda bilməz.

Sözügedən qurumun vaxtilə respublikamızda müxtəlif adlar altında fəaliyyət göstərən təşkilatları maliyyələşdirməklə onların vasitəsilə  Azərbaycan hökuməti əleyhinə qeyri-qanuni aksiyaların permanentliyini təmin etməyə çalışdığına dair təkzibolunmaz faktlar var. Bununla yanaşı, USAİD məkrli fəaliyyətini pərdələmək üçün regionlarda müxtəlif layihələr həyata keçirirdi. Məsələn, 2014-cü ildə USAID Azərbaycanda “müstəqil medianın inkişafı” üçün 2,4 milyon dollar məbləğində qrant ayırıb və vəsaiti özünə yaxın bildiyi media və vətəndaş cəmiyyəti təsisatlarına qeyri-şəffaf formada paylayıb. Azərbaycan güclü dövlətdir və burada USAID kimi qurumların yardım proqramlarına heç bir ehtiyac yoxdur. Respublikamızda media və QHT sektoru dövlət tərəfindən lazımi qaydada dəstəklənir. Bununla belə, rəsmi qurumlar tərəfindən bu layihələrə ehtiyac olmadığı bildirilsə də, USAID fəaliyyətini dayandırmırdı. Çünki bu fəaliyyətlərin alt qatında qərəzli məqsədlər gizlənir.  Heç təsadüfi deyildir k, ölkəmizdəki redikül müxalifət düşərgəsində yer alan “Beşinci kolon” təmsilçiləri USAID-dən, ABŞ Milli Demokratiya İnstitutundan (MDI/NDI) maliyyələşir və aldıqları qrant müqabilində lazım olan informasiya və dəstəyi göstərməyi özlərinə borc bilirlər. Xatırlayaq: 2014-cü ildə MDI/NDI-nin Bakıdakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevs bank hesabından 2 milyon dollar çıxararaq bir sıra QHT-lərə, bəzi şəxslərə paylayıb ki, özləri üçün burada bir dayaq qrupu yaratsınlar. Bu dayaq qrupunun fəaliyyəti də çox qısa zamanda iflasa uğradı... 

USAID-in yeni “Demokratiya doktrinası” nəyə xidmət edir?

Zaman dəyişdikcə, USAID-n “Beşinci kolon”a ötürdüyü tezislər də yenilənir. Politoloq Yeganə Hacıyeva KİV-ə açıqlamasında qurumun yeni “doktrinası”na diqqət çəkərək bildirib:   “ABŞ Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauer 2022-ci ilin iyun ayında ABŞ administrasiyasının təmsilçisi qismində “Demokratiya doktrinası”nın “yenilənmiş elementləri”ni açıqlayıb. Bildirib ki, yenilənmiş “Demokratiya doktrinası” imkan yaradır ki, ABŞ “demokratiya işartıları”nın göründüyü ölkələrə diqqətini artırsın, yerli təşəbbüsləri dəstəkləsin. “Demokratiyanın işartıları” deyəndə nəyin nəzərdə tutulması da maraqlı nüansdır. Samanta Pauer bu mənada dörd fərqli istiqamətə toxunub. Onun açıqlamalarından çıxan nəticə budur ki, “demokratik işartılar” konsepsiyası dörd mühüm əlamətlə müəyyənləşdirilir. Buraya “demokratik üsyanlar”, “perspektivli avtokratik varislər”, “bloklanmış hakimiyyətin ələ keçirilməsi” və “həlledici seçkilər” daxildir”.

Paylaş:
Baxılıb: 213 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Xəbər lenti

Siyasət

Xarici siyasət

Xəbər lenti

Analitik

Analitik

İqtisadiyyat

Gündəm

Gündəm

Xəbər lenti

3№-li protokol

23 Fevral 22:28  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Ədəbiyyat

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29