Aİ “mülki” missiyasını deşifrə etdi...
07.12.2023 [10:40]
“Mülki”liyin hərbiləşdirilməsi planı ortaya çıxıb
Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası ilə bağlı bəzi “pərdələr” qalxdıqca, əsl məqsəd və məramlar ortaya çıxır - bu missiyanın mülki deyil, hərbi kontingentə bənzəməsi daha çox gözə çarpır. Hələ ötən ayın əvvəlində missiyanın rəhbəri Markus Ritter erməni mediasına açıqlamasında Avropa İttifaqının Ermənistandakı monitorinq missiyasının tərkibinin genişləndirilməsi məsələsinin bu ilin sonuna qədər Brüsseldə müzakirə olunacağını bildirmişdi. Artıq deyəsən, bu baş verməkdədir. Belə ki, Avropa İttifaqı (Aİ) bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistana hərbi-texniki missiya göndərməklə bağlı qərar qəbul edib. Bu barədə qurumun Ermənistandakı nümayəndəsi Vasilis Maraqos deyib. O bildirib ki, Aİ Ermənistanla bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək öhdəliyi götürüb: “Bu ilin sonu və ya gələn ilin əvvəlində Brüssel Ermənistan ilahlı üvvələrinə yardım göstərmək məqsədilə konkret təkliflər hazırlamaq üçün Ermənistana texniki missiya göndərəcək”.
Aİ “jandarmeriyası”nın əsl siması...
Bu planın nədən ibarət olması sirr deyil - belə ki, Aİ üzvlərindən 23 ölkənin nümayəndələrinin daxil olduğu Monitorinq Missiyasının tərkibini genişləndirməklə təşkilat ətrafındakı 27 ölkənin hər birini burada iştirakçı etmək niyyətindədir. Onsuz da missiyanın “hərbi jandermeriya” xarakteri daşıması sənədlərlə sübuta yetirilmişdi. 2020-ci ildən bu yana Ştutqart şəhərinin polis idarəsinin rəisi olan alman Markus Ritterin missiyya başçılıq etməsi məsələnin məğzini ortaya qoyur - Ritterin “əmək faəliyyəti” isə onun polisdən çox hərbçiyə bənzədiyini göstərir: o, Aİ-nin İraqdakı məsləhət missiyasına rəhbərlik edib, Aİ və BMT-nin Cənubi Sudan, Gürcüstan və Kosovadakı missiyalarında xidmət edib, eləcə də Almaniyanın Əfqanıstandakı səfirliyində polis müşaviri olub. Üstəlik, Aİ missiyasının alman komandirindən başqa, missiya əməkdaşlarının böyük əksəriyyəti də elit bölmələrin istefada olan hərbçiləri və müxtəlif Qərb ölkələrinin mövcud kəşfiyyatçılarıdır.
Missiyanın rəsmi olaraq “Avropa İttifaqının missiyası” hesab edilməsinə baxmayaraq, onun faktiki idarəçiyi Avropada NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin ali komandanlığı ilə sıx əlaqədə həyata keçirilir. Komandanlığa isə ötən ildən ABŞ Hərbi Hava Qüvvələrinin generalı, Bosniya və Əfqanıstandakı missiyalarda işləmiş Kristofer Kavoli rəhbərlik edir. Beləliklə, onsuz da Aİ missiya əvvəlindən hərbi obrazda çıxış edirdi. Avropa İttifaqı (Aİ) bu ilin sonu və ya gələn ilin əvvəlində Ermənistana hərbi-texniki missiya göndərməklə bağlı qərarı isə artıq onların əsl niyyətini deşifrə edir.
Yeni ofislər - hədəf uzunmüddətli hərbi kəşfiyyat fəaliyyətidir
Qeyd edək ki, “missyanın genişləndirilməsi” planı bütün istiqamətlər üzrə inkişaf etdirilir. Ötən ay Yeğeqnadzorda (Dərələyəz mahalı) Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının qərargahının açılış mərasiminin keçirilməsi də təsadüfi deyil - qeyd edək ki, açılış mərasimindəki çıxışında Markus Ritter bildirmişdi ki, Aİ-nin Ermənistandakı missiyası bu ilin fevralında fəaliyyətə başlayan zaman iki daimi işçisi və üç sahə ofisi olub. “8 aydan sonra Aİ-nin 23 dövlətindən göndərilmiş 93 missiya üzvü ilə yeni qərargahımızın qarşısında dayanıram. Bəzi çətinliklər olsa da, fəxrlə deyə bilərəm ki, Aİ missiyası tam fəaliyyət qabiliyyətinə çatıb. Sentyabrın əvvəlində bizim Kafan, Gorus, Cermuk, Yeğeqnadzor və İcevanda 6 ofisimiz var idi. Patrullarımızın köməyi ilə biz Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhədin bütün uzunluğu boyunca işləyə bilirik”, - deyə Ritter vurğulamışdı.
Bəli, artıq şərhə ehtiyac qalmır. Ötən 8 ay ərzində kəşfiyyat qrupunu tam şəkildə Ermənistana yerləşdirmək imkanı “qazanan” Aİ-nin məqsədi ortadadır. Fransa və digər “güclər” Azərbaycanın regionda oynadığı və mütləq regional inktişafı hədəfləyən rolunu görür. Onlar ötən dövrdə hər hansı bir təzyiq vasitəsilə Azərbaycanın qərarlarına təsir göstərməyin mümkünsüzlüyünü də dəqiqləşdirib. Bu mənada, regionda distabilliyinin aradan qalxmaması, gərginliyin davam etməsi, sülhün əldə olunmaması üçün bütün gücünü səfərbər edir. Aİ bu kimi hərbiləşdirilmiş “mülki missiya” oyunları ilə daha uzun müddətə regionda qalmağı planlaşdırdığını “bəyan edir”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25

