Borrelin “arzuları”...
14.12.2023 [10:40]
Aİ-nin “yardım konsepsiyası”nın pərdəarxası
2020-ci il Vətən müharibəsinin ardından regionda yeni iqtisadi konfiqurasiyanın formalaşdırılması istiqamətində əsaslı addımları ilə yadda qalan Azərbaycan Cənubi Qafqazın stabilləşdirici faktoru kimi çıxış etməkdədir. Dövlətimiz bölgədə separatizmi təmizləməklə, təhlükəsizldiyin təmini yönündə qətiyyətli addımlar atmaqla həm də mühüm siyasi reallıqların yaranmasına yol açıb - təhlillər göstərir ki, bölgəsəl problemlərin aradan qalxması üçün beynəlxalq dəstək bu kimi reallıqlara adekvat deyil. Başqa sözlə, Azərbaycanın bölgədə səmimi sülh axtarışları hətta beynəlxalq oyunçular tərəfindən belə real qiymətləndirilmir.
“Zəif bənd” üzərindən planlar...
Məsələn, 30 ilə yaxın bölgədə təcavüzkar siyasət yürüdən, işğal faktını davam etdirən, işğal altındakı Azərbaycan torpaqlarındakı mədəni-tarixi irsi dağıdan, həmin əraziləri xarabalıqlara çevirən Ermənistanın bu kimi vandal addımları məqsədli şəkildə “unutdurulur”. 30 il beynəlxalq aləmin tələblərinə məhəl qoymayan rəsmi İrəvan yenə də bəzi güclərin “maraq çərçivəsinə” düşür. Səbəb bəlli olduğu kimi, “tələb və təklif” də bəllidir. Ermənistanı regional proseslərin “zəif bəndi” kimi qiymətləndirən bir sıra təşkilatlar, konkret olaraq Avropa İttifaqı bu ölkəni öz maraqlarının alətinə çevirmək istəyindən geri durmaq istəmir. Hətta “mülki monitorinq missiyası” adı altında Ermənistana yerləşdirdiyi kəşfiyyatçı qrupun sayını aydan-aya artıran Aİ mövcud “sülh situasiyasına” mane olmaq üçün “əlindən gələni əsirgəmir” - düzdür, prosesə təsir mexanizmi mümkün olmasa da, “quru söz”lə də olsa sülh üzərində yeni spekulyasiya yaratmaq cəhdindən geri durmurlar.
Ermənistana diqqət yetirmək “vacibliyi”...
Azərbaycan və Ermənistana münasibətdə yatıb gündə bir yuxu görən və bu yuxu motivlərini “reallıq” kimi “beynəlxalq dövriyyəyə” buraxmaq istəyən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel Aİ Xarici İşlər Nazirləri Şurasının sessiyası başlayar-başlamaz özünün və təmsil etdiyi “qurumun” “sub-arzuları”nı səsləndirməyə başlayıb. Belə ki, sessiya başlamazdan əvvəl Borrel qeyd edib ki, Aİ Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin konfransından əvvəl onun ilk görüşü Ermənistan xarici işlər naziri ilə olacaq. Onun sözlərinə görə, son görüşdən sonra regionda, o cümlədən Cənubi Qafqazda bir çox proseslər baş verib: “Bu proseslərə və xüsusən də çətin vəziyyətdə qalmaqda davam edən Ermənistana diqqət yetirmək vacibdir. Onun bizim güclü dəstəyimizə ehtiyacı var. İştirakımızı necə artıra biləcəyimizi və davam etdirə biləcəyimizi görməliyik, çünki söhbət şərq sərhədimizdən gedir”, - o bildirib.
Aİ həqiqətləri göz ardı edir...
Bəli, Borrel düz vurğulayır ki, “diqqət çəkdiyi” region Qərbin şərq sərhəddidir. Amma Borrel niyə demir ki, Qərb hansı səbəblərdən 30 il özünün “şərq sərhədi”ndə separatizmə göz yumub, azərbaycanlılara qarşı soyqırımları görməzdən gəlib, işğal faktınını aradan qalxması üçün “tükünü belə tərpətməyib”. Bu gün “Ermənistana yardımı” prioritet kimi ilk sıralara “otuzduran” Borrel nə üçün demir ki, məhz Azərbaycanın qətiyyəti Qərbin şərq sərhədlərinə təhlükəsizlik bəxş edib - yeni iqtisadi əməkdaşlıqlar platforması qazandırıb. Hazırki dinc və sabit situasiyanın formalaşması Azərbaycanın xidmətidir - 44 günlük Vətən müharibəsi, ardınıdan lokal antiterror tədbirləri bölgədəki işğalı aradan qaldırdı, separatizmin ləğvini şərtləndirdi. Şərq-Qərb ticarət xəttinin ən mühüm hissələrindən biri olan Cənubi Qafqaz xəttinə stabillik qazandırdı.
Borrelin köməyi, yoxsa “yumşaq işğal” həvəsi...
Borrelin nəzərdə tutduğu “diqqət və yardım”ın nələrdən ibarət olması isə heç kimə sirr deyil. Son dövrlərdə Fransanın təsiri altında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından çox pisləşməsinə “yardım edən”, sülhün əldə edilməməsi üçün cəhdləri ilə yadda qalan Aİ Ermənistana özünün kəşfiyyat qrupunu yerləşdirməklə bölgəyə münasibətini tam şəkildə nümayiş etdirib. Niyə yalnız Ermənistana kömək nəzərdə tutulur - bunu anlamaq elə də çətin deyil. 2022-ci ilin oktyabrında haqlı olaraq Aİ missiyasını öz sərhədləri daxilinə buraxmayan Azərbaycanın yürütdüyü müstəqil siyasi kurs Aİ-nin maraqlarına “cavab vermir”. Azərbaycanın bölgədəki real lider funksiyasını həyata keçirdiyini görən Aİ anlayır ki, qarşıdakı müddətdə sülhün imzalanması reallaşsa, Cənubi Qafqazda maraqlarının təminatı o qədər də asan olmayacaq. Çünki sülhün imzalanması Ermənistanın inkişafı üçün yeni mərhələ deməkdir. Azərbaycanın rəhbərliyi ilə bölgədə aparılan yeni iqtisadi oturuşma bölgəyə yeni sima qazandırır - Cənubi Qafqaz dünyanın ən cəlbedici məkanlarından birinə çevrilir. Qarşıdakı müddətdə bölgənin ümumi inkişaf tempinə ayaq uydurmaq perspektivi olan Ermənistanın isə sonrakı mərhələdə Borrelin və ya Aİ-nin “sözünə baxıb-baxmayacağı” isə qaranlıq qala bilər. Bu baxımdan, Borrel indidən Ermənistanda yerini daha da “isitməyə” çalışır. “Əməkdaşlıq” adı altında Ermənistanı “ələ keçirmək” bu yolla Cənubi Qafqazda “oturuşmaq” həvəsi Borrelin “kömək planı”nın əsas proyeksiyalarıdır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

