Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Universitetinin Bakı filialında olub
05.04.2012 [00:18]
AzərTAc xəbər verir ki, S.Lavrov əvvəlcə MDU-nun Bakı filialının yeni kampusunun tikintisinin gedişini əks etdirən albomlarla tanış olub. Bundan əlavə, görüş iştirakçıları S.Lavrovun universitetə hədiyyə etdiyi ədəbiyyat, rus dili, tarix və başqa sahələrə aid kitabları gözdən keçiriblər. Sonra rusiyalı nazir bu ali məktəbin müəllim və tələbələri ilə görüşüb.
Tədbirdə çıxış edən professor N.Paşayeva tələbələrin məşhur dövlət xadimləri və ictimai xadimlərlə görüşünün əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Bakıda MDU-nun filialının yaradılması Azərbaycan vətəndaşlarına öz ölkəsinin hüdudlarını tərk etmədən dünyanın ən nüfuzlu ali məktəblərinin birində təhsil almaq imkanı verib. N.Paşayeva deyib: “Sirr deyildir ki, Azərbaycan gənclərinin burada təhsil almaq istəyi əsasən, Rusiya xalqının mədəniyyətinin və tarixinin ən böyük nailiyyətlərindən biri olan Moskva Dövlət Universitetinin ənənəvi yüksək nüfuzu ilə bağlıdır”.
N.Paşayeva Azərbaycanda rus dilinin vəziyyəti barədə söhbət açaraq vurğulayıb ki, respublikamızda rus dilinə, rus mədəniyyətinə həmişə qayğıkeş, səmimi, həssas münasibət və həqiqi məhəbbət hissləri olub və olacaq.
S.Lavrov öz çıxışında qeyd edib ki, MDU-nun Bakı filialının Azərbaycanda ən gənc ali məktəb olduğuna baxmayaraq, o artıq ölkədə ən nüfuzlu ali məktəblərdən birinə çevrilib. Nazir deyib: “Rusiya Federasiyası rus dilinin Azərbaycan və Rusiya xalqlarının dostluğunun mühüm vasitələrindən biri kimi inkişaf etdirilməsi, qorunub saxlanması və tətbiqi işində universitet rəhbərliyinin xidmətlərini çox yüksək qiymətləndirir”.
S.Lavrov vurğulayıb ki, universitetin fəaliyyəti və onun rektoru Nərgiz Paşayevanın Rusiya və Azərbaycanın strateji tərəfdaşlığında humanitar tərkib hissənin möhkəmlənməsinə şəxsi töhfəsi Rusiya Prezidenti tərəfindən yüksək qiymətləndirilib, o, N.Paşayevanın “Dostluq” ordeni ilə təltif olunması haqqında qərar qəbul edib.
Nazirin sözlərinə görə, səfər müddətində keçirilmiş görüşlərdə iki ölkənin mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinin, bir-birini qarşılıqlı tamamlamasının, dostluq ənənələrinin yeni nəsillərə ötürülməsinin vacibliyi bir daha vurğulanıb.
Rusiyalı nazir ölkələrimiz arasında energetika və investisiya sahələrində münasibətlərin, beynəlxalq məsələlərdə, regionda və dünyada təhlükəsizlik məsələlərində səmərəli əməkdaşlığın durmadan inkişaf etməsini qeyd edib.
S.Lavrov vurğulayıb: “Rusiya-Azərbaycan əməkdaşlıq və tərəfdaşlığı Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm amildir. ümidvaram ki, indiki səfər Rusiya və Azərbaycanın mənafelərinin xalqlarımızın rifahı naminə irəliləməsinə kömək edəcək”.
Sonra Rusiya xarici işlər naziri tələbələrin və müəllimlərin qlobal siyasət, iqtisadiyyat, ölkələrimiz arasında münasibətlər barədə suallarına cavab verib.
Sonda Sergey Lavrov professor Nərgiz Paşayevaya RF Xarici İşlər Nazirliyi yanında “Rossotrudniçestvo” agentliyinin “Dostluq və əməkdaşlığa görə” fəxri nişanını təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

