Tahir Budaqov: Ağacəkmə aksiyaları ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərir
23.12.2023 [14:58]
Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar ölkə ərazisində və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri, mütərəqqi ümumbəşəri dəyərlərin təşviqinə verdiyi töhfələr minnətdarlıqla yad edilir, onun ideyalarının Azərbaycanın gələcək inkişafı üçün əhəmiyyəti xüsusi vurğulanır. Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyəti də bu ilin əvvəlində “Heydər Əliyev İli” ilə bağlı Tədbirlər Planını təsdiq edib”.
Bu fikirləri YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Heydər Əliyev İli” çərçivəsində keçirilən ağacəkmə aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib.
Tahir Budaqov bildirib ki, YAP İdarə Heyətinin təsdiqlədiyi Tədbirlər Planında müxtəlif tədbirlər nəzərdə tutulur: “Onlardan biri də Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyalarının keçirilməsidir. Bu aksiyalara yaz aylarında start verilib və payız-qış mövsümündə də davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına əsasən, “Heydər Əliyev İli” çərçivəsində bu il ölkəmizin ərazisində ümumilikdə 3 milyondan çox ağac əkilib. Bu, ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək, insanların həyat keyfiyyətinin yaxşılaşmasına öz töhfəsini verəcək”.
YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycan dünyada mövqelərini ildən-ilə möhkəmləndirir: “Aparıcı dövlət kimi Azərbaycan nəinki regionda, həm də qlobal miqyasda öz yerini təsdiq edib. Bu baxımdan, COP29 tədbirinin (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-red.) məhz Azərbaycanda keçirilməsi ilə bağlı qərar tarixi əhəmiyyət kəsb etməklə ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edir. Bu tədbir çərçivəsində dünyanın yüzlərlə dövlət və hökumət başçısı, bütövlükdə bu sahə ilə məşğul olan minlərlə insan Azərbaycana gələcək. Düşünürəm ki, COP29 ərəfəsində bu kimi ağacəkmə aksiyaları Azərbaycanın ekoloji sağlamlığa yetirdiyi diqqətin, iqlim dəyişikliyinin yaratdığı fəsadların yumşaldılmasına xidmət edən önəmli töhfəsinin bir nümunəsidir”.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50

