Parisdə "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisi açılıb
13.04.2012 [00:38]
Parisdə Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” mövzusunda sərginin açılışı olub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyeva, o cümlədən Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran mərasimdə iştirak ediblər.
“Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi Londondan sonra bu dəfə Parisdə açılıb. Sərgiyə olan marağı Fransa paytaxtının mərkəzi küçələrində vurulan reklam lövhələrindən də görmək olurdu.
Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan sərgi Parisin məşhur Salomon de Rotşild malikanəsində açılıb. Bu da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun viste-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətlərində mədəniyyətimizin təbliğinin prioritet istiqamət olduğunu bir daha təsdiqləyib.
Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən bu sərgini Şərq ilə Qərb mədəniyyətlərinin qovuşmasından ilhamlanan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi də qiymətləndirmək olar.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva mərasimdə çıxış edərək bildirib ki, sərgidə nümayiş olunan əsərlərdəki dinamizm və yaradıcılıq ruhu bu gün Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir. “Mənim ölkəm misli görünməmiş inkişaf dövrü yaşayır və bu, özünü müasir incəsənət sahəsində daha da qabarıq göstərir”, - deyən Leyla xanım Əliyeva Azərbaycanın qədim tarixindən, eləcə də indi Parisdə də satışda olan “Baku” jurnalından danışıb, bu nəşrdə gənc rəssamlara da yer ayrıldığını vurğulayıb.
Leyla xanım Əliyeva sərgidə təqdim edilən əsərlər və rəssamlar haqqında məlumat verərək deyib: “Burada Azərbaycandan 21 rəssam iştirak edir. Onlardan bəziləri gəncdir, bu işə yeni başlayıblar, bəziləri isə bu sənətlə çoxdan məşğul olurlar və tanınmış rəssamlardır. Bizim burada 100-dən çox əsərimiz - videolar, installyasiyalar, rəsm əsərləri, performanslar və fotoşəkillər nümayiş olunur. Burada maraqlı cəhət ondan ibarətdir ki, bu əsərlərin əksəriyyəti məhz “Bakıya uçuş” sərgisi üçün yaradılmışdır və ilk dəfədir ki, nümayiş olunur. Biz bu sərgini bütün Avropada nümayiş etdirməyi planlaşdırırıq, Nyu-Yorkda da təşkil edəcəyimizə ümid vardır və sərgiyə Bakıda yekun vuracağıq”.
May ayında Bakının “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edəcəyini deyən Leyla xanım Əliyeva mərasimdə iştirak edənləri şəhərimizə və onun gözəlliklərini görməyə dəvət edib.
Sərginin kuratoru Erve Mikaeloff isə vurğulayıb ki, bu sərgi zənginliyi ilə diqqət çəkir və burada təqdim edilən əsərlər orijinallığı ilə seçilir. “Azərbaycan incəsənətinin dərin tarixi kökləri var”, - deyən Erve Mikaeloff bu cür tədbirlərin ölkəmizin dünyada daha yaxşı tanıdılmasına kömək etdiyini vurğulayıb. O, bu sərginin keçirilməsində böyük əməyi olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevaya minnətdarlığını bildirib.
Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva, Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi ilə tanış olublar.
Sərginin iştirakçıları arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da adı var. Onun müəllifi olduğu illüstrasiyalardan gələcəkdə rus və ingilis dillərində işıq üzü görəcək “Biri var idi, biri yox” nağıl kitabında istifadə ediləcək. Leyla xanım Əliyevanın müəllifi olduğu “Nar”, “Nar ağacı”, “Həyat davam edir” və digər rəsm əsərləri də orijinallığı ilə iştirakçıların qəlbinə yol tapır.
Sərgidə gənc rəssamlardan Aida Mahmudovanın əsəri də üslubu ilə iştirakçıları özünə cəlb edə bilib. Müəllif əsərində keçmiş həyatı, rastlaşdığı hadisə və hissləri indiki zamanda təqdim edir.
Bundan əlavə, sərgidə tanınmış rəssamlar Altay Sadıqzadə, Ənvər Əsgərov, Mirnadir Zeynalov, ümumilikdə 21 müəllifin təsviri incəsənət, qrafika, heykəltəraşlıq, fotoqrafiya, video-art kimi müxtəlif istiqamətlərdə işləri təqdim edilir. Əsərlərin hər biri orijinallığı, bədii üslubu ilə maraq doğurur. Bir-birindən maraqlı, fərqli avanqard ideyaların hakim kəsildiyi bu sənət əsərləri müasir Azərbaycan incəsənətinin özəlliyindən xəbər verir. Orijinal zövqün, maraqlı düşüncənin, incə ruhun təcəssüm tapdığı əsərlərin bir məkanda təqdim olunduğu bu sərgidə qeyri-ənənəvi ifadə texnologiyaları diqqət çəkir.
Sərgidə, həmçinin müxtəlif illərdə Venesiya Biennalesində Azərbaycanı təmsil edən rəssamların, eləcə də xarici ölkələrdə yaşayan gənc fırça ustalarının, beynəlxalq nüfuzlu tədbirlərdə iştirak edən sənət adamlarının əsərləri də nümayiş olunur. Buradan aydın görünür ki, Heydər Əliyev Fondunun istedadlı gəncləri üzə çıxarmaq istiqamətində reallaşdırdığı bu layihələr nəticəsində zəngin Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkəmizin istedadlı gəncləri də dünyada tanınır və qəbul edilir.
Bu orijinal sərgidə nümayiş olunan əsərlər bir daha sübut edib ki, incəsənətin imkanları sonsuzdur və o, heç bir məhdudiyyət tanımır. Avanqard çalarlar ilə zəngin olan bu sərginin ovqatı həm də onu təsdiqləyir ki, Azərbaycanda mədəniyyətə və sənətə hər zaman böyük diqqət olub. ölkəmizdə mədəniyyətin inkişafı üçün daha münbit şəraitin yaradılması, mədəniyyət və incəsənət nümayəndələrinin azad yaradıcılıq imkanlarının təmin edilməsi yolunda müntəzəm tədbirlər həyata keçirilir.
Beləliklə, Parisdə açılan sərgi Azərbaycan mədəniyyətinin və milli bənzərsizliyimizin nümayişi üçün daha bir imkan olub. Yüzlərlə xarici vətəndaş mədəniyyətimizin zəngin və sehrli aləmini heyranlıqla seyr edib. Aprelin 21-dək davam edəcək bu genişmiqyaslı və müxtəlif istiqamətli sərgiyə göstərilən maraq deməyə əsas verir ki, bu tədbirin uğuru Parisin mədəni həyatında geniş əks-səda doğurub və əsl hadisəyə çevrilib. Bu cür sərgilərin gələcəkdə Moskva, Berlin, Roma, Nyu-York və Bakıda keçirilməsi nəzərdə tutulub.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından sərgidə iştirak edən qonaqların şərəfinə ziyafət verilib. Ziyafətdə birinci xanım Mehriban Əliyeva və Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran çıxış ediblər.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16
YAP xəbərləri
27 Aprel 09:58
Dünya
27 Aprel 09:58
Hadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33

