Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / MSK-nın “Seçki - 2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb

MSK-nın “Seçki - 2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb

15.01.2024 [10:07]

Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki - 2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, mərkəzin məqsədi 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, ekzitpol (exit-poll) keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici mediaya operativ şəkildə çatdırmaqdır.

Mərkəzin https://secki-2024.az/ saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir.

Saytda seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir. Eyni zamanda, seçkilərlə bağlı foto və videomateriallar təqdim edilir.

Mərkəzin həm feysbuk səhifəsi, həm də teleqram kanalı aktiv fəaliyyət göstərir.

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31