Azərbaycan gəncliyinin seçimi qalib Lider İlham Əliyevdir!
02.02.2024 [09:30]
7 fevral mənim üçün ikiqat bayram olacaq
Bu gün Azərbaycan bütün sahələr üzrə dinamik inkişaf edir. Təbii ki, ölkəmizin sürətli inkişafı, ictimai həyatın bütün sahələrində əldə edilən nailiyyətlər dövlət gənclər siyasətində də özünü bariz şəkildə göstərir. Yəni uğurlu daxili siyasətin ən mühüm istiqamətlərindən biri cəmiyyətin fəal təbəqəsi olan gənclərin yüksək dövlət qayğısı ilə əhatə olunmasıdır. Azərbaycanda həyata keçirilən gənclər siyasəti fərqlənir və dünyada nümunə kimi çıxış edir. Bu siyasətin əsas məqsədi gənclərin hərtərəfli inkişafını təmin etmək, onları yüksək vətənpərvərlik ruhunda formalaşdırmaq, layiqli vətəndaş kimi yetişdirməkdən ibarətdir.
Gənclik enerji, təşəbbüskarlıq, yaradıcılıq və yenilikçilik deməkdir. Tarixi ənənələri mənimsəmiş, milli ideologiya ətrafında sıx birləşmiş, vətənpərvərlik ideyası əsasında tərbiyə olunaraq yetişmiş gənclik cəmiyyətin inkişaf mənbəyidir. Çünki cəmiyyətin dinamik və aparıcı qüvvəsi olan gənclərin fiziki və mənəvi potensialından səmərəli, məqsədyönlü şəkildə istifadə edilməsi həm milli tərəqqiyə mühüm töhfə verir, həm də parlaq perspektivlər formalaşdırır.
Azərbaycan gəncliyinin inkişafında Ümummilli Lider Heydər Əliyev əvəzolunmaz xidmətlər göstərib. Bu siyasət Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin edib. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi, Gənclər və İdman Nazirliyinin yaradılması, ölkəmizdə Gənclər Gününün təsis edilməsi və digər mühüm əhəmiyyətə malik olan tədbirlər də bu kontekstdə xüsusi vurğulanmalıdır. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis olunub. Hər il Azərbaycan gəncliyi bu təqvimi yüksək əhval-ruhiyyədə qeyd edir.
Bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasətini uğurla davam etdirir. Dövlət başçısının müxtəlif illərdə gəncliyin inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar ölkəmizdə həyata keçirilən gənclər siyasətinə yeni impuls verib. Ən mühüm məqam isə Azərbaycan gənclərinin yüksək milli vətənpərvərlik ruhunda yetişməsidir. 44 günlük Vətən müharibəsində və Qarabağda keçirilən antiterror tədbirlərində biz bu reallığın şahidi olduq. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Bu fakt da Ulu Öndər Heydər Əliyevin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin, Prezident İlham Əliyevin gənc nəslə verdiyi önəmin nəticəsidir.
Azərbaycan gənclərinin siyasi mövqeyinə gəlincə, burada da onlar Ulu Öndər Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin siyasətinə sadiqdirlər. Bu, indiyədək keçirilmiş seçkilərdə biz gənclərin Heydər Əliyev siyasi kursunu dəstəkləməsində də özünü ifadə edir.
Bizi - müasir Azərbaycan gəncliyini yeni bir sınaq gözləyir. Məlumdur ki, bir neçə gündən sonra - 7 fevral tarixində Azərbaycanda Prezident seçkiləri keçiriləcək. Gənclərimiz Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş qalib xalqın qalib Lideri İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyasında fəal iştirak edirlər.
7 fevral - səsvermə günündə də gənclərimiz daha fəal olmalı, bu Zəfər seçkisində öz vətəndaşlıq mövqeyini ortaya qoymalıdırlar.
Şübhə yoxdur ki, bütün vətəndaşlarımız, o cümlədən gənclərimiz prezident seçkilərində yüksək əhval-ruhiyyə ilə iştirak edəcəklər.
7 fevral Prezident seçkiləri bir gənc olaraq mənim üçün ikiqat əlamətdardır. Çünki prezident seçkilərinin keçirildiyi tarix - 7 fevral mənim doğum günümdür. Bu mənada prezident seçkilərində qalib Lider, Müzəffər Ali Baş Komandan, gənclərin dostu İlham Əliyevin parlaq qələbəsi mənim üçün həyatımda unudulmaz ad günü hədiyyəsi olacaq!
Bütövlükdə isə, nəzərə almalıyıq ki, Zəfər seçkisi yeni dövrün başlanğıcıdır və yeni dövrdə cənab İlham
Əliyevin liderliyi ilə yeni hədəflərimizə çatmaq başlıca məqsədlərimizdir. Bu yolda Azərbaycan gəncliyinə uğurlar arzulayıram!
Murad PAŞAYEV
“Yeni Azərbaycan” qəzetinin əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

