/ / Dünya şöhrətli "The Business Year" jurnalının Azərbaycana aid növbəti xüsusi buraxılışının təqdimatı olub
Dünya şöhrətli "The Business Year" jurnalının Azərbaycana aid növbəti xüsusi buraxılışının təqdimatı olub
09.05.2012 [17:15]
Dünən Bakıda Prezident Administrasiyasının və “The Business Year” jurnalının təşkilatçılığı ilə nəşrin “Azerbaijan 2012” xüsusisi buraxılışının (“The Business Year-Azerbaijan 2012”) təqdimat mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Jurnalın ölkə meneceri Bətul çakaloğlu “Eurovision” mahnı müsabiqəsinə həsr olunmuş buraxılışda 160-dək hökumət və iş adamlarının, o cümlədən Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müsahibələrinin yer aldığını bildirib. B.çakaloğlu xüsusi buraxılışın ərsəyə gəlməsində kömək göstərmiş Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinə və digər qurumlara təşəkkürünü bildirib.
Mərasimdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ikinci dəfədir ki, bu jurnalın xüsusi buraxılışının Azərbaycana həsr olunduğunu bildirib. Şöbə müdiri Azərbaycanın gənc bir dövlət olsa da, “The Business Year” kimi nüfuzlu bir jurnalın xüsusi buraxılışının ikinci dəfə ölkəmizə həsr olunmasını əhəmiyyətli hadisə kimi qiymətləndirib. Əli Həsənov ölkəmizin dünyanın diqqət mərkəzində olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan ötən il BMT Təhlükəsizlik Şurasına üzv seçilib və bu il ona sədrlik edib. Azərbaycan Prezidenti BMT-nin ali tribunasından sədr kimi dünyada gedən qlobal proseslərə, Cənubi Qafqazda ermənilərin həyata keçirdiyi işğalçılıq, terrorçuluq siyasətinə, azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktlarına qarşı fikirlərini birbaşa səsləndirib. Prezidentin nitqinin bütün dünyaya canlı yayıldığını vurğulayan şöbə müdiri, bunun artıq Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun sübutu olduğunu deyib.
Əli Həsənov ölkəmizin artıq iki ildir dünyanın diqqət mərkəzində olduğunu, bütün beynəlxalq aləmin nəzərlərinin “Eurovision” mahnı müsabiqəsi ilə bağlı Azərbaycana yönəldiyini, ən tanınmış ölkələrin mətbuat orqanlarının ölkəmiz haqqında informasiyalar yaydığını bildirib.
Şöbə müdiri qeyd etmişdir ki, biz milli mədəniyyətimizlə, incəsənətimizlə fəxr edirik: “çünki Azərbaycan mədəniyyəti, incəsənəti bütün zamanlarda ümumbəşəri mədəniyyət xəzinəsinə layiqli töhfələr verib. Azərbaycan mili mənəvi dəyərlər, siyasi plüralizm və dini tolerantlıq baxımından bəzi Avropa ölkələrindən irəlidədir. Bunu qısqanclıqla qarşılayan bəzi qüvvələr ölkəmizin imicinə ziyan vurmağa çalışırlar”.
Ə.Həsənov qeyd edib ki, “Eurovision” müsabiqəsi Azərbaycan üçün məqsəd deyil, vasitədir: “Biz bu vasitə ilə Azərbaycanın mədəniyyətini, tolerantlığını dünya ictimaiyyətinə çatdırmaq istəyirik. Biz bütün dünyaya nəyə nail olduğumuzu, “Eurovision” kimi müsabiqəni yüksək səviyyədə təşkil edə bildiyimizi sübut edəcəyik. ölkəmizə gələnlər Azərbaycanın dostları kimi geri dönəcəklər”.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev jurnalın ölkəmizə həsr edilmiş xüsusi buraxılışı münasibətilə mərasim iştirakçılarını təbrik edib. Jurnalın nəfis şəkildə buraxıldığını qeyd edən nazir bildirib ki, Azərbaycanın dünyada təbliği baxımından 18-20 il əvvəllə müqayisə etsək görərik ki, bu gün ölkəmiz dünyada kifayət qədər tanınır.
Ə.Qarayev dövlətimizin başçısının göstərişi ilə Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə dünyanın bir çox ölkələrində Azərbaycan mədəniyyəti günlərinin keçirildiyini bildirib. O, il ərzində Azərbaycanın turizm potensialı barədə məlumatların 15 ölkədə təqdim olunduğunu, ölkənin azı 10 sərgidə iştirak etdiyini diqqətə çatdırıb. Nazir ötən il Azərbaycana gələn turistlərin sayının 2 milyon 234 min nəfər olduğunu və turistlərin sayının 14 faiz artdığını deyib.
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov qeyd edib ki, Azərbaycan dünyada maliyyə böhranından şərəflə çıxan azsaylı ölkələrdən biridir. O, ölkədə yoxsulluq probleminin həllini tapdığını, yoxsulluq həddinin 8 ildə 4 dəfə azaldığını, sosial proqramlar üzrə xərclərin 10 dəfə artdığını deyib. E.Rüstəmov dövlət investisiyaların son 8 ildə 40 dəfə artaraq 32 milyard dollardan çox olduğunu, strateji ehtiyatların dövlət borcunu 10 dəfə üstələdiyini diqqətə çatdırıb. Bildirilib ki, son 10 ildə əhalinin gəlirlərinin orta illik artımı 22 faiz təşkil etmiş, xarici ticarətdə tərəfdaşların sayı 2 dəfə artıb. Yaxın 10 ildə ölkə iqtisadiyyatının həcmi 2 dəfə artacaq. Bu artımla Azərbaycan yüksək gəlirli ölkələr qrupuna daxil olacaq.
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bütövlükdə Azərbaycanın, o cümlədən onun iqtisadi potensialının dünyada tanıdılması baxımından jurnalın xüsusi buraxılışının əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, Dövlət Neft Fonduna indiyədək 70 milyard dollardan artıq vəsait daxil olub. Dövlət Neft Fondu tərəfindən ölkənin sosial-iqtisadi həyatına aid çoxsaylı layihələr maliyyələşdirilib.
O, hazırda fondda 32 milyard dollardan artıq vəsait mövcud olduğunu demişdir. Ş.Mövsümov Azərbaycanın, eyni zamanda beynəlxalq şəffaflıq təşəbbüsünə qoşulduğunu da bildirib.
Tədbirdə çıxış edən “Gilan Holdinq” şirkətlər qrupunun təmsilçisi Rəşad Qasımov ölkədə özəl sektorun inkişafından danışıb, təmsil etdiyi şirkətin fəaliyyətindən söz açıb.
Jurnalın redaktoru Ceyson Nesh, son illər Azərbaycanın dünyada artan nüfuzundan, iqtisadi və siyasi cəhətdən əldə etdiyi nailiyyətlərdən danışıb. C.Nesh bütün bunları nəzərə alaraq jurnalın daha bir buraxılışının Azərbaycana həsr olunduğunu deyib. O, xüsusi buraxılışda Azərbaycanın iqtisadiyyatı ilə yanaşı, siyasi-sosial həyatı barədə maraqlı məqalə və müsahibələrin dərc olunduğunu bildirib.
Xəbər lenti
Hamısına baxDünya
04 May 21:58
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45

