Dünya mətbuatı Azərbaycan həqiqətləri haqqında yazmaqda davam edir
25.05.2012 [00:30]
AzərTAc bir sıra nüfuzlu qəzetlərin və xəbər agentliklərinin bu barədə materiallarının xülasəsini təqdim edir.
“Reuters” agentliyi son zamanlar “Amnesty İnternational”, “Human Rights Watch” kimi bəzi təşkilatların Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı yaydığı məlumatlara dair Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun fikirlərini şərh edərək yazır: “Biz bu təşkilatların nüfuzundan və gücündən xəbərdarıq, lakin onlar getdikcə Azərbaycan cəmiyyətinin inamını itirirlər. çünki həmin təşkilatların antiazərbaycan ruhlu fikirləri reallığa qətiyyən uyğun deyildir”.
Pakistanın ingilisdilli “Daily Times” qəzeti professor Əli Həsənovun keçirdiyi mətbuat konfransı ilə bağlı geniş məqalə dərc edib. Məqalənin müəllifi “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində guya Bakıda gey-parad keçiriləcəyi ilə bağlı İran tərəfindən yayılan şayiələrlə bağlı Əli Həsənovun fikirlərindən belə bir sitat gətirir: “Əslində, Azərbaycan dilində “gey-parad” sözü yoxdur. Bu cür bəyanatlar tam əsassızdır. Biz “Eurovision” mahnı müsabiqəsi keçiririk, gey-parad deyil”.
Böyük Britaniyanın “Pink News” elektron qəzeti “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Bakıda guya “mavi”lərin paradının keçirilməsi ilə bağlı yayılan şayiələrin məqsədinin çaşqınlıq yaratmaq olduğunu yazır. Bildirilir ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov mətbuat konfransında bu kimi şayiələrin yayılmasının təəssüf doğurduğunu vurğulayıb.
Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində möhtəşəm qələbə qazandıqdan sonra bu il yarışmaya ev sahibliyi etmək hüququ qazandığı qeyd olunan yazıda bildirilir ki, bu tədbiri 125 milyon insan izləyəcəkdir.
Fransanın “France 24”, Səudiyyə Ərəbistanının “Al Arabiya” televiziya kanallarının internet səhifələrində professor Əli Həsənovun Bakıda keçirdiyi mətbuat konfransı barədə geniş yazılar yerləşdirilib. Yazılarda vurğulanır ki, Prezident Administrasiyasının şöbə müdiri son zamanlar Avropanın bəzi kütləvi informasiya vasitələri tərəfindən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının məqsədinin ölkənin beynəlxalq aləmdə imicini korlamaq olduğunu bildirib. Əli Həsənov, xüsusilə də “Amnesty İnternational” və “Human Rights Watch” kimi təşkilatların həqiqətə uyğun olmayan bəyanatlarının Azərbaycan cəmiyyətində narazılıq yaratdığını qeyd edir.
“The Washington Times” qəzeti də Əli Həsənovun Bakıda keçirdiyi mətbuat konfransına diqqəti cəlb edərək şöbə müdirinin fikirlərindən sitat gətirərək yazır: “Biz demokratik ölkəyik. Asiya ilə Avropanın qovşağında yerləşirik, lakin Avropa inkişaf yolunu seçmişik”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

