Əli Həsənov: İranın xarici işlər nazirinin çağırışında təhdidlərin olmasından təəssüflənirik
25.05.2012 [00:31]
“Biz dəfələrlə İrana olan münasibətimizi bildirmişik, dövlət başçısından tutmuş bütün səviyyələrdə İranla dost münasibətləri davam etdirməyə hazır olduğumuzu və bunun zəruriliyini açıqlamışıq. Azərbaycandan İrana heç bir ziyan gəlməyəcəyini dəfələrlə bəyan etmişik. Eyni zamanda, çağırışlar da etmişik ki, İran tərəfi Azərbaycanla, onun seçimi, onun xalqının iradəsi, dövlət quruluşu, daxili və xarici siyasəti ilə bağlı ehtiyatlı olmalıdır. Xüsusən son zamanlar İran ruhaniyyətinin antiazərbaycan çağırışlarına reaksiya verməlidir”, - deyə Ə.Həsənov əlavə edib.
PA rəsmisi bildirib ki, Azərbaycan İslam dininin bütün müqəddəslərinə hörmət və sayğı ilə yanaşır və heç zaman Azərbaycanda imkan verilmir ki, İslam müqəddəslərinə qarşı hansısa çağırışlar, onların təlqin etdiyi İslam dəyərlərinə qarşı tədbirlər olsun.
“O cümlədən biz İranın ruhaniyyətinə qarşı da həmişə hörmətli, sayğılı davranmışıq. Amma əfsuslar olsun ki, İran ruhaniyyətinin bəzi nümayəndələri son zamanlar Azərbaycan dövlətinə, dövlətçiliyinə, onun Konstitusiya quruluşuna, Azərbaycan xalqına, Azərbaycanın Prezidentinə qarşı hörmətsizlik nümunəsi olan açıqlamalar verirlər, çağırışlar edirlər, şüarlar səsləndirirlər. Biz də İran tərəfindən bu çağırışlara münasibət gözləyirik. Biz də gözləyirik ki, İranın rəsmi dairələri bu çağırışları pisləyən bəyanatlar versinlər, iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərən belə hallarla mübarizə aparsınlar. Əlbəttə, biz İran səfirliyi qarşısındakı piketlərdəki çağırışların əksəriyyətini dəstəkləmirik. Eləcə də onlara müvafiq münasibət bildirəcəyik, əgər orda İran ruhaniyyətinin, dini rəhbərlərinin ünvanına nalayiq sözlər səsləndirilibsə, onlara müvafiq cavablar veriləcək. Amma eyni addımı biz İran tərəfdən də gözləyirik. İran hakimiyyətinin Azərbaycan dövlətinə, xalqına, Konstitusiya quruluşuna qarşı çevrilmiş çağırışlara da adekvat qiymət verməsini gözləyirik”, - deyə şöbə müdiri əlavə edib.
PA rəsmisi Salehinin çağırışında bəzi təhdidlərin olmasına təəssüf etdiklərini bildirib: “Azərbaycanı bu cür təhdidlərlə nə qorxutmaq olar, nə də onu haqq yolundan döndərmək, onun xalqını iradəsindən daşındırmaq olar. Azərbaycan dövlətinin iradəsi onun xalqının iradəsinə söykənib və bu iradəni heç kim qıra bilməz, heç kim də buna qarşı hər hansı təhdidlər irəli sürə bilməz”.
Xəbər lenti
Hamısına baxMüsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26

