"Eurovision-2012" göstərdi ki, Azərbaycan hər şeyə qadirdir
01.06.2012 [22:09]
“Biz çox fəxr edirik ki, “Eurovision” müsabiqəsi bu il bizim vətənimizdə keçirildi”. Bu sözləri Latviya-Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Faiq Səfərov deyib. O qeyd edib ki, assosiasiya Azərbaycanın “Eurovision” yarışmasında iştirakını hələ illər öncədən arzulayıb: “Musiqi Azərbaycan xalqının genetik yaddaşındadır. Bu baxımdan, Azərbaycan xalqı dahi və əfsanəvi xalq hesab oluna bilər. Bu cür müsabiqələrdə iştirak həm Azərbaycanda, həm də vətəndən uzaqlarda yaşayan soydaşlarımızda milli hissləri gücləndirir. Biz çox fəxr edirik ki, “Eurovision” müsabiqəsi bu il bizim vətənimizdə keçirildi”.
F.Səfərov bildirib ki, bu müsabiqə, eyni zamanda, Azərbaycanın sürətli inkişafını dünyaya nümayiş etdirib: “Mən həm də ixtisasca mühəndisəm və bir mütəxəssis kimi deyə bilərəm ki, Bakı son illərdə ucaldılan gözəl tikililəri ilə qısa müddətdə Dubay kimi şəhərləri də geridə qoyacaq. Bayraq meydanı, “Bakı Kristal Zalı” - Avropada ona “Almaz Zal” da deyirlər, Dənizkənarı park olduqca gözəldir. Şimaldan cənuba, şərqdən qərbə uzanan Bakı yolları Avropadakı yollardan da üstündür. Bəlkə də, Azərbaycandan kənara çıxmayan insanlar bunu hiss etmirlər. Lakin Avropadan gələnlər görür ki, bu həqiqətən də belədir”.
Assosiasiya rəhbəri Azərbaycanın “Eurovision” müsabiqəsindəki uğurlu çıxışlarının ölkə üçün faydalı tərəflərindən də danışıb: “Azərbaycanın birinci dəfədən başlayaraq, “Eurovision” müsabiqəsində uğurlu çıxışı məndə ölkəmizin qalib gələcəyinə əminlik yaratmışdı. Ona görə də, “Eurovosion-2011”dəki qalibiyyətimiz məni təəccübləndirmədi. Fikrimcə, Azərbaycan müsabiqədə 7 dəfə qalib gəlmiş İslandiyanı da geridə qoymaq imkanlarına malikdir. Bu gün Avropada azərbaycanlı qanı daşıyan 14-17 milyon insan var. Azərbaycandakı inkişaf, insanların mədəni səviyyəsinin daha da yüksəlməsi onlarda da fəxr hissi oyadır. Bütün bunlar Azərbaycana turist axınının güclənməsinə səbəb olacaq. Bunun iqtisadi əhəmiyyəti də var. Azərbaycan iqtisadiyyatı, əsasən, neft ixracından gələn gəlirlərlə artır. Lakin ölkənin gözəlliklərinin, mədəniyyətinin təbliği sahəsində görülən işlər turizm gəlirlərinin ölkə iqtisadiyyatındakı çəkisini artıracaq”.
F.Səfərovun fikrincə, “Eurovision-2012” Azərbaycanın imicinə böyük təsir göstərəcək: “Eurovision-2012” müsabiqəsi Azərbaycan üçün həm də bir sınaq idi. Azərbaycanın bu mötəbər tədbirin təşkilinin öhdəsindən yüksək səviyyədə gəlməsi ölkənin nüfuzuna müsbət təsir göstərəcək. Avropada heç də hər kəs bunu gözləmirdi, çünki bildiyimiz kimi, Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr də mövcuddur. Lakin “Eurovision-2012” göstərdi ki, Azərbaycan hər şeyə qadirdir. Təbii ki, “Eurovision”dakı qalibiyyət Azərbaycanın imicinə müsbət təsir göstərib və müsabiqənin belə möhtəşəm keçirilməsi, ölkənin nüfuzunu xeyli artıracaq. Avropadakı, o cümlədən, Latviyadakı azərbaycanlılar olaraq bu dəyişikliyi biz də hiss edirik. 20 il əvvəl bizimlə görüşmək belə istəməyən görkəmli incəsənət nümayəndələri, dövlət xadimləri ilə artıq xoş münasibətlər qurulub. Bütün bunlar Azərbaycanın nüfuzunun artması ilə bağlıdır. “Eurovision-2012” müsabiqəsinin uğurlu təşkili ilə əlaqədar bütün Azərbaycan xalqını təbrik edirəm”.
Hülya
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41

