Olivieri və Pelosini birləşdirən “dəyər”...
13.03.2024 [11:15]
Hər ikisinin tökdüyü saxta göz yaşları ifşa olunur
Fransanın indiki mövqeyi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdiddir. Ermənilərin maraqları naminə bu ölkə beynəlxalq hüquqa hörmətsizlik edir, bəşəri dəyərləri ayaqlar altına atır. Bu, o deməkdir ki, Fransa hökuməti və parlamenti, bu ölkənin ayrı-ayrı siyasi dairələri uzun illərdir açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyət nümayiş etdirirlər. Bu yanaşma artıq Fransanın dövlət siyasəti səviyyəsinə çatıb. Eyni zamanda, Fransa parlamentinin qərarları beynəlxalq hüququn normalarına və prinsiplərinə zidd olmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımdır. Fransa parlamenti hələ 2020-ci ilin noyabrında - Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi zəfərdən qısa müddət sonra o vaxt Qarabağdakı separatçı rejimin tanınmasının zərurəti haqda qətnamə qəbul etmişdi. Eləcə də, ordumuz Qarabağda erməni separatizminin kökünü kəsərək suverenliyimizi tam bərpa etdikdən sonra rəsmi Paris ölkəmizə qarşı qərəzini daha da artırıb. Fransanın Ermənistanı silahlandırması isə Cənubi Qafqazda yeni müharibə təhlükəsi yaradır.
30 il ərzində Ermənistandan və Azərbaycan torpaqlarından qovulan soydaşlarımızın taleyinə biganə qalan Fransa indi əsassız olaraq az sayda erməninin “etnik təmizlənməyə” məruz qalması barədə dezinformasiya yayır. Rəsmi İrəvanın da Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdiyi halda, Paris mütəmadi olaraq bölgədən könüllü çıxan erməni sakinlərin geri qayıtması üçün canfəşanlıq edir. Hazırda Fransa erməni separatçılarının “hüquqlarının müdafiəçisi” kimi çıxış edir. Bu prosesdə Fransanın Ermənistandakı səfiri Olivier Decotinye də xüsusi “rol” oynayır. Belə ki, diplomat Azərbaycanın Qarabağ bölgəsini könüllü tərk edən erməni sakinlərlə bağlı İrəvanda təşkil edilən sərgiyə qatılıb, orada separatçılar üçün “göz yaşı” axıdıb. Onun bu davranışı ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Ermənistandakı uydurma “erməni soyqırımı” abidəsinin önündə tökdüyü saxta “göz yaşı”na çox bənzəyib.
Qeyd edək ki, Olivier Decotinye Qarabağdan ermənilərin köçməsi barədə əsassız iddialar səsləndirib. Burada heç bir etnik təmizləmədən söhbət gedə bilməz. Azərbaycan dəfələrlə bəyan edib ki, Qarabağ erməniləri bərabər hüquqlar çərçivəsində ölkəmizdə yaşaya bilər. Amma bir şərtlə ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Lakin bu çağırışa rəğmən Qarabağı tərk etmək həmin ermənilərin könüllü seçimidir. Qeyd edək ki, fransız səfir bundan əvvəl də bir neçə dəfə Ermənistana könüllü gedən erməniləri ziyarət edib, Avropa İttifaqının “monitorinq missiyası” ilə Azərbaycanla şərti sərhədə gəlib.
Ümumiyyətlə, Olivier Decotinye kimdir? O, Sorbonna Universitetinin məzunudur. 2012-2015-ci illərdə Fransanın İrandakı səfirliyində ikinci müşavir vəzifəsini tutub. İranın nüvə proqramı, regional siyasəti ilə bağlı analitik məqalələrin müəllifi kimi tanınır. Məqalələri əsasən “The Washington Institute”də dərc olunub. Qarabağı könüllü tərk edən ermənilər üçün Fransanın mobilləşməsi kampaniyasının aktiv iştirakçısı, hətta Parisdə keçirilən “1000 yaşlı erməni musiqisi” adlı xeyriyyə konsertinin təşkilatçılarındandır. Aksiyanın təşkilatçıları sırasında “Fransa ermənilərinin mavi xaçı” adlı qeyri-hökumət təşkilatı da var. 1928-ci ildə Fransada təsis edilən bu təşkilat Qarabağda separatizm hərəkatının aktiv iştirakçılarından olub, bölgəyə terrorçuların göndərilməsi, eləcə də Türkiyəyə qarşı siyasətin öncüllərindəndir. Təşkilatın Fransanın 35 şəhərində 500 üzvü fəaliyyət göstərir.
Fransanın Ermənistandakı səfiri Olivier Decotinye indiyə kimi digər ermənipərəst, anti-Azərbaycan bəyanatları ilə də diqqəti cəlb edib. Sonuncu dəfə erməni mediasına müsahibəsində iki ölkə arasında hərbi sahədə əməkdaşlıqdan danışıb, Azərbaycanın narahatlığını müdafiə və digər sahələrdə əməkdaşlıqdan danışıb, guya Ermənistanın silahlandırılmasının “müdafiə” məqsədi daşıdığını deyib. Səfir onu da bildirib ki, Ermənistan öz suverenliyini və əhalisini qorumaq qabiliyyətində olmalıdır. O iddia edib ki, Paris İrəvanla strateji yaxınlığı, eləcə də onunla müdafiə münasibətlərini üzərinə götürür.
Bütün bunlar bir daha səfirin məhz rəsmi Parisin mövqeyini ifadə etdiyini təsdiqləyir. Göründüyü kimi, Fransa Cənubi Qafqazla bağlı məkrli planlar həyata keçirməyə çalışır. Ermənistanın silahlandırılması məhz bu məqsədə xidmət edir. Tarix boyu müstəmləkə siyasəti həyata keçirən Fransanın Afrika ölkələrində yüzminlərlə günahsız insanları qətlə yetirməsi, soyqırımı törətməsi bütün dünyaya məlumdur. Bu baxımdan, Fransa ilə Ermənistanın çox oxşarlığı var. Ermənilər də 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayıb, xalqımıza qarşı soyqırımları törədib. Məhz belə bir təcavüzkar ölkənin rəsmi Paris tərəfindən dəstəklənməsi Fransanın tarixi “ənənələrindən” irəli gəlir. Amma onlar unutmamalıdır ki, Azərbaycan öz torpaqlarını öz gücünə işğaldan azad edib və bu gün regionda söz sahibidir. Hansısa qərəzli açıqlamalarla, qərarlarla dövlətimizin dünyadakı nüfuzuna təsir edə bilməzlər. Parisin qərəzli mövqeyi Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur. Ona görə də, Fransanın hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində iştirak etmək cəhdləri qəbulolunmazdır. Eyni zamanda, Fransanın regionla bağlı məkrli planları iflasa məhkumdur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

