Əli Həsənov: Bundan artıq güzəştə getmək niyyətimiz yoxdur
20.06.2012 [15:09]
Əli Həsənov “Media forum” saytına deyib ki, həmsədr ölkələrin rəhbərləri ötən il də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış ediblər: “üç prezidentin ötən il verdikləri bəyanatda qeyd olunmuşdu ki, status-kvonun saxlanması yolverilməzdir və münaqişənin həllində irəliləyişə nail olunması zəruridir. Hesab edirik ki, 18 iyun bəyanatı həmsədr ölkələrin iradəsinin davamıdır. Dağlıq Qarabağ probleminin dünyanın həllini gözləyən əsas məsələlərindən biri kimi dəyərləndirilməsi, tərəflərin kompromis addımlara çağırılması müsbət haldır.
Lakin onu da deməyi borc bilirik ki, Azərbaycan tərəfi bu məsələdə konstruktiv mövqe ortaya qoyub. Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktivlik göstərən, problemin aradan qaldırılmasına ciddi yanaşmayan Ermənistandır. Ona görə də, münaqişənin həlli üçün Ermənistan addımlar atmalıdır, bu ölkə Azərbaycanın konstruktiv mövqeyinə cavab verməlidir. Azərbaycan bütün beynəlxalq hüquq normalarının, ATƏT-in prinsiplərinin, prezidentlərin birgə bəyanatında istinad olunan Helsinki Yekun Aktının imkan verdiyi maksimum güzəştləri ortaya qoyub. Bizim bundan artıq güzəştə getmək imkanımız və niyyətimiz yoxdur”.
Həmsədr ölkələrin Azərbaycan və Ermənistanı güc tətbiqindən çəkinməyə çağırmasına gəlincə, şöbə müdiri bildirib ki, güc tətbiqindən çəkinmək BMT-nin dövlətlərarası münasibətlərdə mübahisəli məsələlərin həlli üçün müəyyənləşdirdiyi təməl prinsiplərdəndir: “Bu prinsip mübahisəli məsələlərin, münaqişələrin dinc yolla həllini, müharibəyə yol verməməyi nəzərdə tutur. Ona görə də, üç prezidentin birgə bəyanatında bu məsələyə toxunulmasını həmin prinsipə istinad olunması kimi dəyərləndiririk. Amma bu o demək deyil ki, ərazi işğalı faktı uzun müddət davam edəcək, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək hüququndan məhrum olacaq. Azərbaycan bu hüququ özündə saxlayır. Lakin biz də bu məsələnin sülh yolu, danışıqlarla həll olunmasına tərəfdarıq. üç həmsədr ölkənin çağırışını da onların münaqişənin sülh yolu ilə həllinə üstünlük vermələri kimi dəyərləndiririk”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

